İslam ənənəsi və Azərbaycan musiqisi

 

   Noyabrın 29-da Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına konsert salonunda musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Lətifəxanım Əliyevanın “İslam ənənəsi və Azərbaycan musiqisi” kitabının təqdimatı keçirildi.

  

   2001-ci ildə Bəstəkarlar İttifaqının üzvü seçilən müəllif 2006-cı ildə “İslam ənənəsi və musiqi” adlı elmi işini müdafiə edərək sənətşünaslıq namizədi elmi dərəcəsi alıb.

   Təqdim olunan kitabda islamda musiqinin halalharam olması problemləri, azanların təhlili və Azərbaycan bəstəkarlarının yaradıcılığında dini musiqinin ifadəsi və həlli öz əksini tapıb.

   Tədbiri Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə açaraq təqdim olunan kitabın əhəmiyyətindən danışdı. Sonra söz Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, professor Vasim Məmmədəliyevə verildi. Akademik monoqrafiyanın təqdimatını təqdirəlayiq hadisə olduğunu vurğuladı.

   Təqdimat mərasimində çıxış edən sənətşünaslıq namizədi, professor Səadət Seyidova, sənətşünaslıq namizədi Sürəyya Ağayeva kitabın oxuculara böyük töhfə olduğunu, mövzunun aktuallığını qeyd etdilər.

   Tədbirin bədii hissəsində “Əhli beyt məddahları” qrupu, CavadMurad Cavadzadələr dini musiqilər ifa etdilər. Sonda Xalq artisti Alim Qasımov və Əməkdar artist Fərqanə Qasımova çıxış etdilər. Xanəndələrin “Şur” muğamı üstündə ifa etdikləri fəlsəfi qəzəllər tədbir iştirakçılarına zəngin mənəvi qida bəxş etdi.

 

   Lalə Azəri

 

  Mədəniyyət.- 2011.- 30 noyabr.- S. 2.