“Müstəqilliyimiz əbədidir”

 

   Səbail rayon MKS-in 1 saylı filialında Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə “Pərvanə” gənc yazıçılar dərnəyinin üzvləri, Səbail rayon MKS-in kitabxana-filialların müdirləri, muzey əməkdaşları, jurnalistlər və oxucular iştirak edib.

   Tədbiri açan kitabxana-filialın müdiri G.Abbasova Azərbaycanın müstəqillik tarixi haqqında danışıb. Yazıçılar Birliyinin üzvü, şair Q.Nəcəfzadə, şairə-publisist M.Şahbuzlu, yazar N.Ədalət məruzələrlə çıxış ediblər, azadlıq, vətənpərvərlik mövzusunda şeirlərini söyləyiblər.

   Sonra bədii qiraət ustalarının ifasında Azərbaycanın müstəqilliyini tərənnüm edən şeirlər təqdim olunub. Azərbaycan Dövlət Filarmoniyasının Fikrət Əmirov adına Rəqs Ansamblının gənc rəqqaslarının milli rəqslərimiz tədbirə əlavə rəng qatıb. Bayram tədbirində “Müstəqilliyimiz əbədidir” adlı kitab sərgisi də nümayiş olunub.

 

 

  Mədəniyyət.- 2011.- 5 oktyabr.- S. 15.