Dünyanın
ən çox nəşr olunan
kitabı
“Ginnesin rekordlar kitabı”nda azərbaycanlı
rekordçuların da adları var
Dünyada
insanlar tərəfindən göstərilən və ya təbiətdə
qeydə alınan ən yüksək nəticələri
ümumiləşdirən bu məcmuə ilk dəfə
1955-ci ildə İrlandiyanın "Ginness" pivə
zavodunun sifarişi ilə nəşr olunub.
"Ginness" pivə zavodunun
direktoru Hyu Biver 1951-ci il mayın 4-də tanışı ilə
birlikdə ova çıxır. Ovda onların arasında
qızılı cüllütün, yoxsa şotland tetra
quşunun daha sürətlə uçması barədə
mübahisə düşür. Həmin vaxt bu barədə
soraq kitabı olmadığına görə, kimin haqlı
olduğunu müəyyənləşdirmək mümkün
olmur. Bundan sonra ser Hyu qərara alır ki, belə bir soraq
kitabı tərtib etdirsin. Bu işi Londonda məlumat agentliyi olan Norris və Ross Makuirter qardaşlarına tapşırır. 1954-cü ilin avqustunda soraq kitabının ilk variantı hazırlanır
və 1000 nüsxə
pulsuz paylanır.
Növbəti il isə artıq pulla satılan kitab İngiltərədə ən
çox satılan kitablar siyahısında ön sıraları tutur. 1956-cı ildə
rekordlar kitabı
ABŞ-da 70 min nüsxə
ilə satışa çıxarılır.
Qeyd edək ki,
1954-cü ildə birinci
kitabın nəşri
üçün pivə
zavodunun sahibi tərəfindən "Guinness World Records
Limited" şirkəti yaradılmışdı.
Sonradan kitabın çap hüququ bir neçə dəfə satılıb. Nəhayət, 1995-ci ildə kitabın konsepsiyası dəyişib.
O vaxtadək yalnız
mətndən ibarət
olan kitab şəkilli alboma çevrilib. Albomun özü də
rekorda imza atıb. Hazırda "Ginnessin rekordlar
kitabı" 100 milyon
tirajla, 24 dildə çap olunur. O, kitab ticarəti tarixində ən uğurlu kommersiya nəşridir.
Hər il rekord
sahibi olmaq üçün müraciət
edənlərin sayı
60 minə yaxın olur.
Azərbaycandan
isə 2004-cü ildə
"Ginnesin Rekordlar Kitabı"na düşmüş ilk şəxs
Cəbrayıl rayonunda
anadan olan, hazırda Belçikada yaşayan Fəxrəddin Vəliyevdir. O, 5 dəqiqəyə
20 nəfərin siluetini
çəkməklə bu
şərəfə nail olub.
F.Vəliyev həyatının 25 ilini qrafika sənətinə
və kölgə rəsmləri çəkməyə
həsr edib. Bir sıra ölkələrdə
fərdi sərgiləri
təşkil edilib.
F.Vəliyev həm də
Belçikada fəaliyyət
göstərən Avropa-Azərbaycan
diaspor mərkəzinin
vitse-prezidentidir.
Lənkəran
rayonunun Aşağı
Nüvədi kənd sakini 7 yaşlı Ələsgər Rəhim
oğlu Həsənzadə
"Ginnesin Rekordlar Kitabı"na düşən kiçikyaşlı
şəxsdir. O, 1 saat
45 dəqiqə ərzində
barmaqlarının ucu
ilə sinəsini yerə vurmamaq şərti ilə 3 min dəfə qalxıb enməklə dünya rekordunu müəyyən edib.
Bakı şəhərində anadan olan Stanislav
Şpanin isə "Ginnesin Rekordlar Kitabına" planetin ilk gənc rəssamı kimi düşüb.
Hazırladı: Səbinə Məmmədova
Mədəniyyət.-
2011.- 5 oktyabr.- S. 15.