Bərdənin
mədəni həyatı rəngarəng tədbirlərlə
zəngindir
Bərdə
Rayon Mədəniyyət və Turizm Şöbəsinin tərkibində
7 uşaq musiqi və incəsənət məktəbi, 1 Rəsm
Qalereyası, 1 Tarix Diyarşünaslıq muzeyi, 33 kənd mədəniyyət
evi, Mərkəzi kitabxana sistemi, 1 Uşaq kitabxanası, 56
kitabxana filialı, 77 klub müəssisəsi fəaliyyət
göstərir. Mədəniyyət və Turizm Şöbəsi,
hər il olduğu kimi, bu il də rayonun ictimai, mədəni həyatında
iz qoyan çoxsaylı tədbirlər hazırlayaraq həyata
keçirməkdədir. Onlardan bir qisminə nəzər
salaq.
May ayında alman faşizmi üzərində
Qələbənin 66-cı ildönümü münasibətilə
təşkil olunan veteranlarla görüşdə Prezident təqaüdçüsü
Pərvaz İbrahimlinin konserti, 10 mayda ümummilli lider Heydər
Əliyevin anadan olmasının 88-ci ildönümü
münasibətilə təşkil olunan ədəbi-bədii
kompozisiya, 15 may - Beynəlxalq ailə günü münasibətilə
keçirilən dəyirmi masa yaddaqalan tədbirlərdən
olub. Zəngin tarixi keçmişə, 3000 illik yaşa malik Bərdədə
18 may - Beynəlxalq muzeylər günü də maraqlı tədbirlərlə
qeyd olunur. “Əsrlərin yadigarı” adlı dəyirmi masa da
bu qəbildəndir. Mayın 25-də keçirilən “Kitab
bayramı”nda “Qarabağ” ansamblının
çıxışı, 28 may - Respublika günü
münasibətilə təşkil olunan ədəbi-bədii
kompozisiya, eləcə də 1 iyun - Beynəlxalq
uşaqları müdafiə günü münasibətilə
keçirilən musiqili tədbir iştirakçılar tərəfindən
maraqla qarşılanıb.
15 iyun - Milli Qurtuluş günü
münasibətilə “Millətinlə baş-başa, Azərbaycanım
yaşa” adlı tədbirdə, 26 iyun - Milli Ordu günü
münasibətilə Bərdə rayon Mədəniyyət evinin
“Qarabağ” ansamblının iştirakı ilə “N” saylı
hərbi hissədə keçirilən konsertdə, eləcə
də 22 iyul - Milli Mətbuat günü ilə bağlı,
rayon əhalisinin mədəni istirahətinin təşkili məqsədilə
keçirilən digər tədbirlərdə “Qarabağ”
ansamblı maraqlı repertuarla iştirak edib.
Azərbaycan dili milli varlığımızın
ifadəsidir. Avqustun 1-də Azərbaycan əlifbası və Azərbaycan dili günü ilə əlaqədar təşkil
olunan “Ana dilim ölən deyil” adlı ədəbi-bədii
kompozisiya doğma dilimizə sevginin təcəssümü idi.
2 avqust - Milli
kino günündə
“Kino milli sərvətimizdir”
adlı sənədli
film nümayiş olunub.
Mədəni-kütləvi tədbirlər hazırlanarkən
vətənin müdafiəsində
ayıq-sayıq dayanan
vətən oğulları
da diqqətdən kənarda qalmır. Avqustun 7-də
və 30-da “Qarabağ”
ansamblı özünün
maraqlı konsert proqramı ilə gənc əsgərlərin
görüşündə olub.
Rayonumuzda fəaliyyət göstərən
uşaq musiqi məktəblərində çoxlu
istedadlı uşaqlar
təhsil alırlar.
Onlar muğam müsabiqələrində
və musiqi festivallarında iştirak
edərək öz istedad və bacarıqlarını göstərirlər.
İyunun 1-də Çexiyanın Lidise şəhərində
39-cu ənənəvi beynəlxalq
uşaq incəsənət
sərgisinə Azərbaycandan
göndərilmiş əsərlər
içərisində 21 müəllifin
əl işi mükafat qazanıb.
Fərəhli haldır ki,
onların arasında Bərdə şəhər
1 saylı uşaq incəsənət məktəbinin
şagirdi Fərhad Məhərrəmov (12 yaş)
qızıl medala layiq görülüb.
Mədəniyyət və Turizm
Şöbəsi rayonun
mədəniyyət müəssisələrində,
istirahət guşələrində
təmir-bərpa, quruculuq
və abadlıq işlərini də diqqətdə saxlayır.
Mədəniyyət evində, mərkəzi
kitabxanada təmir işləri aparılıb.
Gülbəs Məmmədova,
Bərdə rayon Mədəniyyət
evinin direktoru
Xalq qəzeti.- 2011.- 7 oktyabr.- S. 12.