Kəndlərimizin turizm potensialı: Kiş

 

    Azərbaycanda kənd turizminin potensialı çox genişdir. Hər il yüzlərlə turist paytaxtın səsli-küylü həyatından uzaq, təbiətin qoynunda dincəlmək üçün səfalı yerlərə üz tuturlar. Hazırda ölkəmizdə 4300-ə yaxın kənd tipli yaşayış məntəqəsi mövcuddur. Onların əksəriyyəti gözəl təbiətə, tarixi abidələrə, özünəməxsus adət-ənənələrə, maraqlı etnoqrafik xüsusiyyətlərə zəngin mətbəxə malikdir. Şəki rayonunun Kiş kəndi ekzotikası ilə turistlərin diqqətini çəkir.

  

   Böyük Qafqazın ətəklərində, rayonun şimal-şərqində yerləşən kənd vaxtilə Qafqaz Albaniyasının mühüm yaşayış məntəqələrindən olub. Onu da deyək ki, Kiş adlı yaşayış məntəqəsinə Monqolustandan ön Asiyayadək müxtəlif yerlərdə, hətta Avropada da rast gəlmək mümkündür. Şəkinin Kiş kəndi ilk baxışdan adi kənd təsiri bağışlamır. Onun görünüşündə, küçələrinin salınmasında, evlərin tikilməsində qədim şəhər mədəniyyətinin üslubları görünür. Qırmızı kirəmitli ikimərtəbəli evlər, çaylaq daşından hörülmüş hasarlar, salınmış küçələr, qapı pəncərələrdəki qədim memarlıq əlamətləri Kişin keçmişindən xəbər verir.

  

   Qədim Kiş məbədi

  

   Kiş kəndinə dünyanın müxtəlif yerlərindən, xüsusilə xristian ölkələrindən turistlər gəlir. Onları daha çox cəlb edən isə buradakı qədim xristian (alban) məbədidir.

   Kiş Tarix-Memarlıq Qoruğunun direktoru İlhamə Hüseynova deyir ki, ərazidə Kiş Alban Məbədi ilə yanaşı, e.ə. IV əsrə aid Doxon nekropolu, XV əsrə aid Gələrsən-görərsən qalası, XIX əsrə aid məscid aiddir. 2003-cü ildən Mədəniyyət Turizm Nazirliyinin müvafiq əmri ilə Tarix-Memarlıq Qoruq Muzeyi kimi fəaliyyət göstərən Kiş 2009-cu ildə qoruq statusu alıb.

   Abidə Cənubi Qafqazda ən qədim xristian məbədi hesab olunur. Tarixi qaynaqlara görə, I əsrdə apostol Faddeyin şagirdlərindən biri - müqəddəs Yelisey Qafqaz Albaniyasındaalban kilsələrinin anasısayılan bu kilsənin əsasını qoyub. Aparılan qazıntılar sübut edir ki, çox-çox əvvəl bura ibadət yeri olub. Xristianlığın təşəkkül tapdığı vaxtlarda bu dinin yayılması üçün əvvəllər buranın ibadət yeri olması nəzərə alınaraq tikilib. Bu gün qoruq ərazisində muzey kimi fəaliyyət göstərməsinə baxmayaraq məbəd insanların inanc yeridir.

   Qeyd edək ki, 2000-ci ildə Azərbaycan - Norveç Kiş layihəsi üzrə burada arxeoloji qazıntılar aparılıb. Qazıntılar zamanı məbədin həyətində bir çox qəbirlər aşkar edilib. Qəbirlər tunc dövründən başlayaraq son orta əsrlərə qədər uzun dövrü əhatə edir. Bundan əlavə, qazıntılar zamanı üzə çıxarılmış müxtəlif inşaat layları Kiş məbədinin bir neçə dəfə yenidən qurulmasını, həm Kişin həqiqətən, şəhər olmasını təsdiqləyib. Burada abidənin bərpasına vasitəçilik edən tanınmış norveçli alim-səyyah Tur Heyerdalın büstü qoyulub.    

 

   Gələrsən-görərsən

  

   Kişin ikinci abidəsiQız(lar) qalasıadlanır. Qala haqqında məlumat verən yeganə mənbələr Kərim Ağa Fatehin Hacı Seyid Əbdülhəmid Əfəndinin əsərləridir. Həmin mənbələrdə bu qala Qız(lar) adı ilə deyil, ”Gələrsən-görərsənadı ilə xatırlanır. Bu adların qalaya sonradan, 1743-cü ilin hadisələri ilə əlaqədar olaraq verildiyi təsadüf edilir. Həmin vaxt Nadir şahın qoşunları qalaya hücum etsələr , onu ala bilmirlər. Deyirlər ki, bir dəfə Nadir şah soruşub: ”O qala necə qaladır ki, onu almaq olmur?” Şaha cavab verirlər ki, “Gələrsən - görərsən”. Rəvayətə görə, elə o vaxtdan qala iki adla çağırılmağa başlanıb.

  

   Kənddə turizm xidməti şəbəkəsi genişləndiriləcək

   

   Şəki Şəhər Mədəniyyət Turizm Şöbəsinin müdiri Aydın İbrahimxəlilovun sözlərinə görə, Kiş kəndinin özünəməxsus təbiəti burada ekoturizm üçün geniş imkanlar açır: “Kənddə turistlərin mənalı istirahəti üçün hər cür şərait var. Qonaqlar həm istirahət obyektlərində, həm evlərdə qala bilərlər. Burada ekoturizmin imkanları çox genişdir. Kənd rayon mərkəzinə yaxın ərazidə yerləşir. Kənddən Xan yaylağına yol gedir. Hər il kəndə çoxlu sayda turistlər gəlir, onlar üçün ekskursiyalar təşkil olunur. Turistlərin çoxluğu nəzərə alınaraq burada yeni turizm obyektlərinin istifadəyə verilməsi planlaşdırılır”.

   

 

   Ceyhun Zərbəliyev

 

  Mədəniyyət.- 2011.- 7 oktyabr.- S. 7.