“20 il
müstəqillik yollarında” adlı növbəti tədbir keçirildi
Oktyabrın 5-də Yasamal Rayon İcra Hakimiyyətinin və
Bakı Şəhər Mədəniyyət və Turizm
İdarəsinin dəstəyi ilə Hüseyn Cavid
bağında Yasamal rayon MKS-in böyük kitab sərgisi
keçirildi.
Azərbaycan Respublikası dövlət
müstəqilliyinin bərpasının 20-ci
ildönümünə həsr olunmuş sərgidə Yasamal
rayon İH başçısı İbrahim Mehdiyev, Bakı
Şəhər Mədəniyyət və Turizm İdarəsinin
rəisi Əlikram Əliyev, Təhsil Nazirliyinin Təhsil, səhiyyə
və mədəniyyət şöbəsinin müdiri Zemfira
Cəfərova, yazıçılar, şairlər və digər
ictimai xadimlər iştirak edirdilər.
Tədbirdə Bakı şəhərində
fəaliyyət göstərən musiqi məktəblərinin
və orta məktəblərin şagird və müəllim
kollektivi də həvəslə iştirak etdi.
Vaqif Mustafazadə adına 2 saylı uşaq musiqi məktəbinin, “Aysel” rəqs qrupunun, “Nağaraçılar” ansamblının, C.Hacıyev adına 3 saylı uşaq musiqi məktəbinin kanon çalanlar və nəfəsli musiqi ansamblının, Xətai və Yasamal rayon mədəniyyət evlərinin trio ansambllarının və Xətai Rayon Mədəniyyət Mərkəzinin “Səma” rəqs qrupunun çıxışları tamaşaçılar tərəfindən maraqla izlənildi.
İncəsənət gimnaziyası, 20 saylı məktəb-liseyin, 167, 158, 53 saylı orta məktəblərin şagirdləri Azərbaycan şairlərinin əsərlərindən ibarət şeirləri tamaşaçılara təqdim etdilər. Yasamal rayonunda yaşayan həvəskar əhalinin əl işlərinin və Bakı şəhərində fəaliyyət göstərən nəşriyyatların çap məhsullarının təşkil olunmuş sərgisi və satışı isə çox böyük marağa səbəb oldu.
Lalə
Mədəniyyət.- 2011.- 7 oktyabr.-
S. 6.