“Müstəqil
Azərbaycan - 20 ildə”
Qazax rayon Mərkəzi
Kitabxanası rayon Mədəniyyət evində “Müstəqil
Azərbaycan - 20 ildə” adlı dəyirmi masa keçirib. Tədbirdə
Qazax rayon İcra Hakimiyyəti başçısının
müavini Gülayə Həsənova, rayon Mədəniyyət
və Turizm Şöbəsinin müdiri Valeh Vəliyev, mədəniyyət,
kitabxana işçiləri, Azərbaycan Müəllimlər
İnstitutunun Qazax filiallarının müəllimləri,
rayon Təhsil Şöbəsinin işçiləri, muzey
işçiləri, Qazax Sosial İqtisadi Kollecinin müəllim
və tələbələrindən ibarət fəal oxucular
iştirak ediblər.
Tədbiri giriş sözü ilə
MKS-nin direktoru Solmaz Babanlı açaraq Azərbaycanın
dövlət müstəqilliyinin 20 illiyi ilə əlaqədar
kitabxanalarda keçirilən silsilə tədbirlər barədə
danışıb. İcra Hakimiyyəti
başçısının müavini Gülayə Həsənova
çıxış edərək ümummilli lider Heydər Əliyevin
rəhbərliyi ilə Azərbaycanın davamlı inkişaf
yoluna çıxdığını vurğulayıb. Rayon Mədəniyyət
və Turizm Şöbəsinin müdiri Valeh Vəliyev
çıxış edərək müstəqil Azərbaycanın
memarı Heydər Əliyevin tarixi xidmətlərindən danışıb.
Azərbaycan Müəllimlər
İnstitutunun Qazax filalının baş müəllimi Fazil Əliyev,
Qazax Sosial-İqtisadi Kollecinin baş müəllimi Qiymət
Bağırova, kollecin gənclər təşkilatının
katibi Türkan Hacıyeva da mövzu ətrafında
çıxış ediblər. Tədbir “Müstəqil Azərbaycan-
20 ildə” mövzusuna həsr olunmuş kitab sərgisinə
baxışla başa çatıb.
Mədəniyyət.-
2011.- 12 oktyabr.- S. 13.