Ölkəmizin
turizm imkanları Kiyevdə nümayiş olunub
Gələn
il Bakıda keçiriləcək «Eurovision» müsabiqəsi
ukraynalıları ən çox maraqlandıran mövzu olub
Oktyabrın
4-dən 6-dək Kiyevdəki Beynəlxalq Sərgi Mərkəzində
18-ci Beynəlxalq “Ukrayna-2011” turizm sərgisi keçirilib.
Sərgidə Azərbaycanın
turizm potensialı da nümayiş olunub. Mədəniyyət və
Turizm Nazirliyinin Turizm şöbəsinin Turizmin marketinqi və
təbliğatı sektorunun müdiri Vüqar Şıxəmmədovun
bildirdiyinə görə, sərgidə Azərbaycanın turizm
potensialını nümayiş etdirmək üçün Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən 30 m2-lik stenddə 20
adda müxtəlif növ reklam-çap məhsulları
nümayiş etdirilib: «Sərgidə dünyanın 40 ölkəsinin
600-dən çox şirkəti, rəsmi turizm qurumları,
turizm şirkətləri və mehmanxanaları iştirak
edirdilər. Stendimizə yaxınlaşan ziyarətçilərə
ölkəmizlə bağlı ətraflı məlumatlar
verdik, onlara Azərbaycanda turizmin inkişafı və
perspektivləri haqqında danışdıq. Artıq ikinci
ildir ki, biz bu sərgiyə Ukrayna dilində çap edilən
Azərbaycana aid broşürlər aparırıq. Bu, ziyarətçilərin
böyük marağına səbəb olur».
Həmsöhbətimiz bildirdi ki,
2012-ci ilin mayında Bakıda keçiriləcək «Eurovision»
mahnı müsabiqəsi ukraynalıları ən çox
maraqlandıran mövzu idi. Kiyevdə fəaliyyət göstərən
kütləvi informasiya vasitələrinin nümayəndələri
də ölkəmizin stendinin ziyarətçiləri
arasında üstünlük təşkil edirdi. Sərginin
davam etdiyi günlərdə müxtəlif yerli kanallara və
yazılı mətbuata müsahibələr verdik, onlara Azərbaycanın
turizm imkanları, ölkəmizdə bu sektora dövlət tərəfindən
göstərilən diqqət, yeni tikilən hotellər, «Turizm
ili» çərçivəsində həyata keçirilən
layihələrlə bağlı məlumatlar verdik».
Sektor müdiri qeyd etdi ki, Azərbaycan
artıq 4-cü dəfədir Kiyev sərgisində iştirak
edir. Bu ölkəmizə gələn ukraynalı turistlərin
sayının artmasına da müsbət təsir göstərir.
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.-
2011.-12 oktyabr.- S. 9.