Elimizin toy kimi bir adəti var
Xalqın milli-mənəvi dəyərlər,
adət-ənənələr toplusu onun varlığının
əksi olmaqla yanaşı, həm də özəl xüsusiyyətlərinin göstəricisidir.
Bu mənada Azərbaycan
toylarının ayrı
bir yeri, məna yükü var.
Bu mərasimlərin
əsasında dayanan amillər Azərbaycan məişətini, mədəniyyətini
ifadə edir. Deməli, toy
sadəcə mərasim,
şadyanalıq tədbiri
yox, həm də xalqın ailəyə münasibətinin
təzahürüdür. Bu gün isə
bu və ya digər amillərdən
asılı olaraq toyun təşkili və mahiyyətində müəyyən sapmalar müşahidə olunmaqdadır.
Əvvəllər bir neçə
gün davam etməklə böyük
bir hadisə kimi qeyd olunan
toylar indi sadəcə 5-6 saatlıq
əyləncə kimi
səciyyələnir. Təbii ki, burada müəyyən maddi-mənəvi amillər,
zaman məhdudiyyəti
və s. kimi nüanslar var.
Məlumdur ki, keçmişdə
Azərbaycan toyları
nağıllar və dastanlarda əks olunduğu kimi, üç, yeddi, hətta qırx gün davam edib. Məhz bu rəqəmlərin
seçilməsi ilkin
təsəvvürlərdə onların sakral rəqəmlər kimi qəbul edilməsindən
irəli gəlib.
Qədim türklərin
üçlü dünya
modeli, xristianlıqda müqəddəs üçlük,
göyün yeddi qatı, dünyanın yeddi günə yaradılması, göy qurşağının yeddi
rəngi və s. rəqəmlər gerçək
yanaşmanın bariz nümunəsidir. Keçmiş zamanlarda toyda evlənənin şəninə
söylənən alqışlar,
sazın sədaları,
gedilən yallılar,
atılan güllələr
və yandırılan
üzərliklər çətin
məqamda insanlara yardım etmək məqsədi daşıyıb.
Ancaq indiki məqamlarda toy mərasimləri sadəcə
cəmiyyətin özəyini
təşkil edən yeni ailələrin qurulmasının yaxın
ətraf tərəfindən
qeyd edilməsi kimi yadda qalır.
Bu gün
toylarımız öz
ilkin əsaslarından
uzaqlaşıb. Bu dəyişmə mərasimlərin
təşkili dövrünə
də təsir edib. Məsələn, əvvəlki dövrlərdə
toy mərasimləri yalnız
payız aylarında keçirilərdi. Bu da keçmişdə insanların təsərrüfat
həyatı ilə bağlı olub. Onlar qışda toy etməyiblər.
Çünki buna təbii
şərait imkan verməyib. Daha sonra isə
ərzaq qıtlığı,
köçərilik və
arana-yaylağa köçmək
və s. Yazda da toy olmayıb. Çünki qışdan çıxan
insanların ərzağı
tamamilə tükənib.
Əkinçiliklə məşğul olanların da torpağa başı qarışıb. Yayda isə
əkin-biçin vaxtı
gəlib. Ancaq payız
bütün bu ağır zəhmət tələb edən işlərin bitməsi, meyvə və tərəvəzlərin yetişməsi
dövrüdür. Göründüyü kimi, payız əsil toy etmək fəslidir. Bu səbəblərdən də
toy mərasimləri adətən
payıza təsadüf
edib. Bu nüans folklorumuzda da öz əksini tapıb:
Əziziyəm
əyəndə,
Güllər boynun əyəndə,
Mənim toyum olacaq,
Şamamalar dəyəndə.
Ötən zamanlarda evliliyə,
ailə həyatına
da çox ciddi yanaşılıb.
Gənclərin bu addımı
bütöv bir tayfanın, nəslin, elin maraq dairəsində
olub. Onların toydan sonrakı
ailə həyatları,
yaşam tərzləri
böyüklərin diqqət
mərkəzində olub.
Gənc ailənin maddi-mənəvi
məsələlərinin həllində
qohum-əqrəba maraqlı
olub. İndi isə nikaha
adi bir prosedur
kimi yanaşılır,
toydan sonra evli cütlük yaxınların, qohum-əqrəbanın
diqqətindən kənarda
qalır.
Toy adətlərinin
deformasiyasının obyektiv
və subyektiv səbəbləri çox
olsa da, burada qloballaşma amili daha qabarıqdır.
Təəssüf ki. müəyyən məqamlarda
qloballaşma milli-mənəvi
dəyərlər sisteminə
təsirsiz ötüşmür.
Savalan Fərəcov
Mədəniyyət.-
2011.- 14 oktyabr.- S. 13.