Regionlarda təsviri sənətin inkişafına töhfə

 

    Qazaxda rəssamların yaradıcılıq emalatxanası uğurla yekunlaşdı

  

   2008-ci ildən başlayaraq hər il respublikanın müxtəlif bölgələrində rəssamların yaradıcılıq emalatxanaları təşkil olunur. Bu silsilədən növbəti tədbir oktyabrın 3-də Qazax rayonunda başlanmışdı. Ayın 12-də yaradıcılıq emalatxanası öz işini yekunlaşdırdı çəkilən rəsmlərdən ibarət sərgi təşkil olundu.

  

   Qazax Dövlət Rəsm Qalereyasında keçirilən tədbirdə Mədəniyyət Turizm Nazirliyinin Regionlarla sektorunun müdiri Pərviz İsgəndərli, sektorun məsləhətçisi Elnur Hüseynov, Qazax Rayon İcra Hakimiyyəti başçısının mədəniyyət, təhsil səhiyyə sahəsi üzrə müavini Gülayə Həsənova, rayon Mədəniyyət Turizm Şöbəsinin müdiri Valeh Vəliyev, qonşu rayonların mədəniyyət turizm şöbələrinin müdirləri, mədəniyyət işçiləri, gənc rəssamlar iştirak edirdilər.

   Tədbiri Mədəniyyət Turizm Nazirliyinin sektor müdiri Pərviz İsgəndərli açaraq qeyd etdi ki, bölgələrdə rəssamlıq yaradıcılıq emalatxanalarının təşkili təsviri sənətin inkişaf etdirilməsi, regionlarda bu sənətə marağın artırılması məqsədi daşıyır. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbir həm rəsm qalereyalarının fondlarının zənginləşdirilməsinə xidmət edəcək. Qeyd olundu ki, yaradıcılıq emalatxanaları yerlərdə böyük maraqla qarşılanır.

   Mədəniyyət Turizm Nazirliyi Regionlarla sektorunun məsləhətçisi Elnur Hüseynov regionlarda gənc rəssamlarla görüşlərin keçirilməsi, ustad dərslərinin təşkilinin əhəmiyyətindən danışdı: “Bölgələrdə gənc rəssamlar, uşaq incəsənət məktəbləri şagirdləri ilə belə görüşlər onlara stimul verir. Nazirliyin xətti ilə Qəbələdə, Qaxda, Şamaxıda, Lənkəranda, Xaçmazda belə tədbirləri keçirmişik. Bu yaxınlarda - sentyabrın 23-dən oktyabrın 2-dək - Gəncədə yaradıcılıq emalatxanası təşkil olundu. Emalatxanada çəkilən 20-dək əsər Gəncə Dövlət Rəsm Qalereyasına təhvil verildi. Uşaq rəssamlıq incəsənət məktəblərində Bakıdan gəlmiş rəssamların açıq dərsləri təşkil olundu. Əminəm ki, Qazaxda keçirilən bu tədbir maraqlı mədəniyyət hadisəsi kimi yadda qalacaq”.

   Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gülayə Həsənova dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbirin əhəmiyyətini vurğuladı, rayonda gənc rəssamların yaradıcılıq imkanlarının genişləndirilməsinə, bölgədə rəssamlıq sənətinə marağın artırılmasına xidmət edən tədbirin təşkilinə görə Mədəniyyət Turizm Nazirliyinə minnətdarlığını ifadə etdi.

  

   * * *

 

   Sonra Qazax Dövlət Rəsm Qalereyasında nümayiş olunan əl işlərinə baxış keçirildi. Qeyd edək ki, bina özünəməxsus görkəmi, daxili interyeri ilə göz oxşayır. Qalereyanın direktoru Münəvvər Xəlilova bildirdi ki, burada 771 eksponat saxlanılır. Bunlardan 446-sı rəngkarlıq, digərləri heykəltəraşlıq, qrafika digər janrlardadır. Ekspozisiya zalında isə 61 əl işi nümayiş olunur. Onlardan 30-u yerli, 31-i isə respublika rəssamlarının rəsmləridir. Direktor Qazaxda davamlı olaraq müxtəlif mədəni tədbirlərin keçirildiyini bildirdi. “Son bir ayda qalereyada üç tədbir keçirmişik. Oktyabrın 5-də tanınmış rəssam Sakit Məmmədovun tələbələrinin əl işlərindən ibarət sərgi, sentyabrın sonunda ölkəmizin, habelə Qazağın inkişafını əks etdirən fotosərgi, qalereyanın nəzdində fəaliyyət göstərən dərnək uşaqlarının əl işlərindən ibarətGəlin müstəqilliyimizi qoruyaqadlı sərgilər çox maraqla qarşılandı. Mədəniyyət Turizm Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşən bu sərgidə gənc rəssamların əsərləri nümayiş olunur. Sevinirik ki, bu tədbir həm fondumuzun zənginləşməyinə xidmət edəcək”.

  

   * * *

 

   Sərgiyə baxışdan sonra paytaxtdan gələn rəssamlar tərəfindən yeniyetmə gənc rəssamlar üçün açıq dərslər oldu. Məşğələlərdə 20-dək yeniyetmə gənc iştirak edirdi. Tapşırıq 2 əşyadan - dolça konusdan ibarət natürmortun çəkilməsi idi. İştirakçıların həyəcanı əvvəlcədən hiss olunurdu. Açıq dərsi idarə edən rəssam Arzu Əsgərov gənc rəssamlar Aysel Əmirova, Sofiya Mirbabayeva dərs iştirakçılarının əl hərəkətlərini diqqətlə izləyir, onlara lazımi tövsiyələr verirdilər. Kursun ən balaca iştirakçısı 11 yaşlı Fatimə Həmzəyeva idi. Qazax Dövlət Rəsm Qalereyasının dərnəyində rəssamlıqla məşğul olan Fatimə böyüyəndə tanınmış rəssam olmaq istədiyini dedi.

   Simarə Məmmədova isə sərgidə iştirak etmək üçün Tovuz rayonundan gəlib. Tovuz rayon Nəsrəddin Tusi adına orta məktəbin 9-cu sinif şagirdidir. “Sərgidə 10-a yaxın əl işim var. Rəssamlıqla həvəskar şəkildə məşğul oluram. Hərdən müəllim yanına gedirəm. Bakıdan gələn müəllimlərlə söhbət etdim, əl işlərimi onlara göstərdim. Onlar mənə rəsmlərimdə bəzi çatışmazlıqları izah etdilər. Açıq dərslərdə iştirakım çox maraqlı oldu. Çox şey öyrəndim. Rəng effektlərindən istifadə qaydaları haqqında əldə etdiklərim mənim üçün çox maraqlı oldu”.

   

   * * *

 

   Bu arada Qazax Rayon Mədəniyyət Turizm Şöbəsinin müdiri Valeh Vəliyevin tədbirlə bağlı fikirlərini öyrəndim. Rayonda incəsənətə çox böyük marağın olduğunu deyən həmsöhbətimiz Mədəniyyət Turizm Nazirliyinin xətti ilə keçirilən belə tədbirlərin əhəmiyyətini qeyd etdi: “Rayonumuzda istedadlı rəssamlar çoxdur. Vaxtaşırı onların sərgilərini təşkil edirik. Qalereyamız da müasir tələblər səviyyəsindədir. Bölgələrdə belə tədbirlərin keçirilməsi çox vacibdir. Çünki bölgələrdə rəssamlar üçün belə ustad dərslərinin keçirilməsi həm bu sənətə marağı artırır, həm rəssamların peşəkarlığının yüksəldilməsi baxımından çox zəruridir”.

   Azərbaycan Rəssamlar İttifaqının üzvü, Prezident təqaüdçüsü Aysel Əmirova da tədbiri maraqla izləyir. Qazaxa səfər etmək, sərgidə iştirakdan məmnun olduğunu deyir: “Bu sərgidə mən 3 əsərimlə iştirak edirəm. Onların hamısı burada çəkilib. Onlar Qazaxın mənzərəsini, təbiətini əks etdirən tablolardır. Bölgənin olduqca gözəl mənzərələri var. Bir rəssam kimi hesab edirəm ki, bu gün istedadlı gənclərə çox böyük diqqət var. Biz bu diqqətdən, qayğıdan lazımınca istifadə etməliyik. Rəssamların yaradıcılıq emalatxanalarının təşkili istedadlara diqqət qayğının nümunəsidir”.

  

   * * *

 

   Bakıdan gələn rəssamlar tərəfindən keçirilən açıq dərs 3 saata qədər davam etdi. Artıq qrafika janrında çəkilən rəsmlər hazırdır. Rəssam Arzu Səfərov öncə gənclərə, sonra bizə öz fikirlərini bildirir: “Dərsdə iştirak edən uşaqların yaradıcı potensialı var. Amma öz üzərlərində çox işləməlidirlər. Hər birinin özünəməxsus dəst-xətti var. Rəssamlıda bütün texnikalar eyni ola bilməz. Yaradıcı uşaqlar, istedadlı uşaqlar çoxdur. Gəldiyim qənaət ondan ibarətdir ki, uşaqlar gördükləri əşyaların sərbəst şəkildə düzgün təsvirini verə bilirlər. İndidən demək olar ki, bu uşaqların böyük gələcəyi var. Dərnək müəllimlərinin əməyini xüsusi qeyd etmək istərdim”.

  

   * * *

 

   Açıq dərs yekunlaşır. Çəkilən əsərlər qiymətləndirilir. Yaradıcı mühitdə sənət söhbətləri davam edir. Sonda 19 əsər Qazax Dövlət Rəsm Qalereyasının fonduna təhvil verilir. Beləcə Mədəniyyət Turizm Nazirliyinin təşkilatçılığı ilə daha bir maraqlı tədbir uğurla başa çatır.

  

 

   Ceyhun Zərbəliyev

 

  Mədəniyyət.- 2011.- 14 oktyabr.- S. 8.