Mən xalqın sevdiyi xalq artistiyəm

 

   Oktyabrın 16-da Mədəniyyət Turizm Nazirliyinin təşkilatçılığı ilə Akademik Milli Dram Teatrında görkəmli aktyor, Xalq artisti, “Şöhrətordenli Yaşar Nurinin 60 illik yubileyi qeyd olunacaq. Tədbirdə sənətkarın həyat yaradıcılıq yolunu əks etdirən fotolar sərgilənəcək. Fotosərgi Cəfər Cabbarlı adına Dövlət Teatr Muzeyinin dəstəyi ilə hazırlanıb.

  

   Ötən ay “Space” televiziyasında Xalq artisti Yaşar Nurinin 60 illik yubileyini qeyd etdilər. Özü yüksək səviyyədə. Sonda səbəbkar danışdı, özü necə danışdı. Bu tarixi çıxışın nöqtəsinə, vergülünə toxunmadan sizlərə təqdim edirik:

   - 60 yaş əsil kişi yaşıdır. İndi deməyə ixtiyarım çatır ki, mən xalqın tanıdığı, xalqın sevdiyi Xalq artistiyəm. Dostlarıma sadiq, torpağıma sadiq Xalq artistiyəm. Mən Akademik Milli Dram Teatrının kollektivinə borcluyam. Onlar məni yetişdiriblər, səhvlərimə dözüblər. Mən səhvlərimə borcluyam, böyük səhv yox ha, xırda səhvlərimə. Yenidən doğulsaydım yenə o səhvləri eləyərdim. (Gülür) Əvvəla, təzədən nöş doğuluram, nolub bəyəm, bayram zaddır?! Yaşar kimi oğullar əslində bir dəfə doğulur. Təzədən dünyaya gəlsəydim yenə bu sənəti seçərdim. Necə yaşamışam, o səhvlərimlə - nöqtəsi ilə, vergülü ilə, nidası ilə, apostrof moddan düşüb, apostrofu ilə yenə yaşayardım. Yaşamaq istəyirəm, həyatı həyat kimi yaşamaq istəyirəm!   

   Ömrün 60-cı zirvəsində Yaşar Nuri özünü belə təbrik etdi. Canlı efirə baxan hər kəs sevimli aktyorunu ürəyində təbrik etdi. Üç sənət adamının təbrikini Yaşa, yüz il yaşa!” - deyib qəzetimiz vasitəsi ilə xalqın çox sevdiyi sənətkara çatdırırıq.

  

   Yaşar, arzuladığın qədər yaşa

  

   Yaşar kütlənin aktyorudur, millətin, xalqın aktyorudur, Molla Nəsrəddin teatrının aktyorudur, meydanın epataj aktyorudur, məhəllənin baməzə qədeş aktyorudur, tünd, parlaq, koloritli boyalarla işləyib səhnədə ya kinokadrda birdən-birə tufan, qasırğa qoparmağı, anındaca dəyişməyi, başqası olmağı xoşlayan aktyordur, müşahidəsi iti aktyordur, müxtəlif janrlar arasında kefi istəyən kimi gahQaytağı”, gahQıtqılıda”, gah daQoçəlioynayan aktyordur. Kütlə Yaşarı sevir, Yaşar da - kütləni. Çünki o, hamının ürəyindən, fikrindən keçənləri sənətə gətirməyi bacarır, hamıya açıq olmağı bacarır, hamının qılığına girməyi bacarır. Xalq içində bu tip adamlara, adətən, deyirlər ki, “nağara dibindən çıxıb”. Nədən ki, onlar dünyanın hər üzünü bilirlər tanıyırlar; uşaqla uşaq kimi ola bilirlər, böyüklə böyük kimi.

   Hansı aktyorlarsa haçansa qocalırlar, köhnəlirlər. Yaşar isə heç vaxt qocalmır, köhnəlmir. Ona görə ki, daxilən çox mobildir, çevikdir, akkumulyativdir, diridir hər zaman öz oyunundan, öz zarafatından, öz jestindən, danışığından həzz ala-ala yaşayır Yaşar.

   Yaşar üçün yaş nədir ki... Olsa-olsa yalnız bir tamaşa... Bizsə pəncərədən baxan adamlar... Yaşar, arzuladığın qədər yaşa, doyunca yaşa, sən Azərbaycan mədəniyyəti üçün gərəkli birisisən...

  

   Aydın Talıbzadə,

   teatrşünas 

 

   * * *

 

   Yaşa... yarat... yaşat!

  

   Əzizim Yaşar, səni - xalqımın böyük sənətkarını, ləyaqətli oğlunu 60 illik yubileyin münasibətilə ürəkdən təbrik edirəm. Azərbaycan xalqı səni özünün MİLLİ SƏRVƏTİ hesab edir. Son illər səhhətinlə bağlı sənət dostlarını səni sevən tamaşaçıları yaman həyəcanlandırdın. Arzum budur ki, yubiley bayramından sonra bizləri yalnız yalnız səhnədən, efirdən, ekrandan həyəcanlandırasan.

   Bu gün Azərbaycanda «ulduzlar» çoxdur, sən isə Azərbaycan teatrının tarixində iz qoymuş ƏSL ULDUZlardansan. Bu günə qədər yaratdığın obrazlar tükənməz istedadından mayalanıb, canından, qanından, əsəblərindən toxunulub.

   Yaxşı yadımdadır, teatra gələndə sən artıq efirdən tanınmış məşhur aktyor idin. Ustadımız Tofiq Kazımov səninlə işləməyi çox sevirdi, məşğul olduğun tamaşalara hər dəfə baxmaqdan zövq alırdı. Sənin oyununa baxan zaman onun üzünü görməyin özü bir tamaşa idi. Sevinc heyranlıq dolu bu üz YAŞARın bir aktyor kimi kimliyini, dəyərini, bənzərsizliyini bilən böyük rejissorun münasibətini güzgüləyirdi.

   Sən 60 yaşa gəlib çıxdığın bu ecazkar sənətdə əsl insanşünas oldun. Janr məhdudiyyəti bilmədən bizləri GÜLDÜRDÜN... AĞLATDIN... DÜŞÜNDÜRDÜN...

   ... Əzizim Yaşar, həm xalq, həm dövlət, həm sənət dostların sənin qədrini-qiymətini bilir.

   Valideynlərin YAŞAR adı qoymaqla sənə xoşbəxt uzun bir ömür yaşamağı diləyiblər. Onların arzusunu yerinə yetir. Yaşa... yarat... xalqına bol-bol sevinc payı bəxş elə...

   Sən buna qadirsən!

  

   Tələbə dostun Məryəm Əlizadə,

   teatrşünas  

 

   * * *

 

   Yaşar Nuri özü təkbaşına bütöv bir teatrdır

  

   Yaşar Nuri anadan olduğu vaxtdan aktyor peşəsinin daşıyıcısıdır. Allah onu elə bu missiya ilə göndərib dünyaya, başqa sözlə, Yaşarın aktyorluğu qazanılmış, sonradan təhsillə ya nəyləsə öyrənilən aktyorluq deyil, o, anadangəlmə aktyordur. Ona görə o, özünü səhnədə suda balıq kimi rahat hiss edir, çox asanlıqla oynayır.

   Yaşar onlarla maskası olan aktyordur. Bu maskaların komizmi, məqamında lirizmi, təkrarsızlığı, müxtəlifliyi, hər dəfə yenilənməsi yeni-yeni maskaların rəsm edilməsi aktyorun əlində tum çırtlamaq qədər asan bir işdir. Bu həqiqətdə belədir. Yaşarın bircə televiziya tamaşasında (Ruhəngiz Qasımova, Ramiz Həsənoğlu - “Qonşu qonşu olsa”) oynadığı 10-a yaxın müxtəlif obrazları yada salmaq kifayətdir. Bura aktyorun Vaqif Mustafayevin filmlərində oynadığı rolları da əlavə etsək, mənzərənin qədər əlvan olduğunu görə bilərik.

   Yaşar Nuri özü təkbaşına bütöv bir teatrdır. 2009-cu ildə GəncədəYeni teatrfestivalında mən, deyək ki, “Yaşar teatrı”nın səhnədənkənar çıxışlarının tamaşaçısı oldum. O, dramaturqsuz, rejissorsuz, səhnəsiz dekorasiyasız saatlarla insanların diqqətini üzərində saxlaya bilirdi. Onun müəllifi olduğu söhbətlərindən, lətifə improvizələrindən doymaq mümkün deyildi.

   Yaşar ümumxalq məhəbbəti qazanmış sənətkardır, sözün həqiqi mənasında o, xalqın sənətkarı, xalqın artistidir. Bunu da mən Gəncə şəhərində bir həftəlik festival günlərində gördüm, şahidi oldum. O harada görünürdüsə, adamlar onu böyük sevinclə, məhəbbətlə əhatəyə alırdılar. Mən hiss eləyirdim, görürdüm ki, o özü bu məhəbbətdən güc, enerji alır, xoşbəxt olur.

   Yaşar Nuri gözəl teatr aktyorudur. Bir dramaturq kimi çox xoşbəxtəm ki, mənim Akademik Milli Dram Teatrının səhnəsində Bəhram Osmanovun quruluşunda tamaşaya qoyulmuş iki əsərimdə - “Ağqoyunlular Qaraqoyunlular”da (1995) Ata Qaraqoyunlu Mesenat”da (2005) Ağamusa Nağıyev rollarında oynamışdır. Biri baş roldur, ikincisi epizodik. Bu iki rolu ilə Yaşar sübut elədi ki, həqiqətən rolun böyüyü-kiçiyi yoxdur.

   Yaşar Nuri bir ömür içərisində onlarla insanın həyatını yaşayıb, oynadığı surətlərin ömrünü öz aktyor həyatına sığışdıra bilib. Onun yaratdığı rollar sayına sanbalına görə əslində bir neçə sənətkarın yaradıcılıq bioqrafiyasına bəs edə bilərdi. Əslində bu, böyük aktyorun, nadir sənətkarın qələbəsidir.

   Yaşar Nuri 60 yaşını tamam eləyir. Bu, təkcə Yaşar Nurinin, böyük aktyorun, onun ailəsinin bayramı deyil, bu, həm bir sənət bayramıdır! Elə bu bayram münasibətilə sevimli aktyorumuzu ürəkdən təbrik edir, ona möhkəm cansağlığı arzulayıram!

  

 

   Əli Əmirli,

   yazıçı-dramaturq

  

   Hazırladı: Təranə Vahid

 

  Mədəniyyət.- 2011.- 14 oktyabr.- S. 6.