Mədəniyyət
və turizm naziri bir sıra görüşlər keçirib
Mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev oktyabrın 12-də
Avstriya iş adamlarından ibarət nümayəndə heyətini
qəbul edib.
Görüşdə Avstriya-Azərbaycan
Ticarət Palatasının katibi Niklas Şmidmayer, Avstriya
Federal İqtisadiyyat Palatasının MDB ölkələri
üzrə direktoru Haynz Volter və müxtəlif sahələri
təmsil edən avstriyalı iş adamları iştirak ediblər.
Avstriyalı qonaqların ölkəmizə səfərindən
məmnunluğunu bildirən nazir iki ölkə arasında siyasi,
mədəni və biznes əlaqələrinin inkişaf
etdiyini vurğulayıb.
Görüşdə Azərbaycanla
Avstriya arasında ikitərəfli əməkdaşlığın,
siyasi və iqtisadi münasibətlərin hazırkı vəziyyəti
ilə bağlı fikir mübadiləsi aparılıb, mədəni
sahədə təmasların artırılmasının və
əlaqələrin böyük potensialından geniş
istifadə olunmasının zəruriliyi qeyd olunub. Sonra
nümayəndə heyəti ilə turizmin inkişafı, bu
sahədə təcrübə mübadiləsi, qış
turizmi, eyni zamanda digər konkret tədbir və layihələr
müzakirə edilib.
Nazir Əbülfəs Qarayev bu
yaxınlarda Bakıda Vyana şəhərinin vitse-meri
xanım Renata Braunerlə görüşünü
xatırladaraq ikitərəfli əlaqələrin gələcəkdə
yüksələn xətlə inkişaf edəcəyinə
inandığını bildirib.
Belçika Senatının fəxri prezidenti Azərbaycanın
Avropada təbliğatçısıdır
Mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev Bakı Beynəlxalq Humanitar
Forumunun iştirakçısı olmuş Belçika
Senatının fəxri prezidenti xanım Ann Mari Lizini qəbul
edib. Xanım Lizinə Azərbaycanın Avropada
tanınması və təbliğ olunmasına göstərdiyi
xüsusi marağa görə təşəkkürünü
bildirən nazir onu yenidən Bakıda görməkdən məmnunluğunu
ifadə edib. Görüşdə Azərbaycanın
Belçika, Avropa Birliyi və Avropa Şurası ilə əlaqələri
barədə fikir mübadiləsi aparılıb, beynəlxalq
təşkilatlar çərçivəsində əməkdaşlığın
əhəmiyyəti vurğulanıb.
Xanım Anne Mari Lizin Azərbaycanın
turizm və mədəniyyət potensialı haqqında məlumatların
Avropa ictimaiyyətinə çatdırılması ilə
bağlı layihələri barədə danışıb.
Nazir bu layihələrin həyata
keçiriləcəyinə ümidvar olduğunu bildirib.
Rusiyanın mədəniyyət naziri və TÜRKSOY-un
baş katibi ilə görüş
Mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev oktyabrın 10-11-də Bakıda
keçirilən Beynəlxalq Humanitar Forum çərçivəsində
Rusiyanın mədəniyyət naziri Aleksandr Avdeyev və
TÜRKSOY təşkilatının baş katibi Düsen
Kaseinovla görüş keçirib.
Nazir rusiyalı həmkarı ilə
görüşü zamanı mədəniyyətin ikitərəfli
əlaqələrdə xüsusi rolunu vurğulayaraq Rusiya ilə
Azərbaycan arasında mədəni təmasların yüksələn
xətlə inkişafının cəmiyyətlər
arasında möhkəm bağlar yaratdığını qeyd
edib.
TÜRKSOY təşkilatının
baş katibi Düsen Kaseinovla görüşdə təşkilatın
türk mədəniyyətinin təbliğ olunmasında
gördüyü işlər, gələcək layihələr
ətrafında fikir mübadiləsi aparılıb.
Mədəniyyət.-
2011.- 14 oktyabr.- S. 4.