Qusarda mütaliə həftəsi

 

   Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə əlaqədar Qusar şəhərində Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşəbbüsü ilə “Mütaliə həftəsi” kampaniyası başlayıb. MKS-nin direktoru Zahir Mustafayevin verdiyi məlumata görə, məqsəd əhalinin mütaliəyə marağının artırılması və kitabları təbliğ etməkdir.

   Mütaliə həftəsi oktyabrın 18-dək davam edəcək. Bu müddət ərzində oxucular həm kitabxanaya üzv olmaqla istədikləri kitabı ala, həm də açıq havada kitab mütaliə edə bilərlər.

   Oxucular həftə ərzində “Doğma Qarabağ”, “Yerli yazarlar”, “2011-ci il turizm ilidir”, “Müstəqilliyimiz ədəbidir”, “Bizm nağıl dünyamız” adlı kitab sərgisi ilə də tanış ola biləcəklər.

   Qeyd edək ki, tədbir “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın həyata keçirilməsinə dair Mədəniyyət və Turizm Nazirliyinin tədbirlər planının icrası çərçivəsində həyata keçirilir.

  

 

   Ceyhun

 

   Mədəniyyət.- 2011.- 14 oktyabr.- S. 4.