Tağıyev
Nurəddin Məmmədoviç
Azərbaycan mədəniyyətinə
itki üz vermişdir. Azərbaycan Dövlət Rəsm
Qalereyasının direktor müavini, Əməkdar mədəniyyət
işçisi Tağıyev Nurəddin Məmmədoviç
2011-ci il oktyabrın 1-də, ömrünün 67-ci ilində vəfat
etmişdir.
Tağıyev Nurəddin Məmmədoviç
1944-cü ildə Gürcüstan Respublikasının Tbilisi
şəhərində anadan olmuşdur. 1969-cu ildə Azərbaycan
Dövlət İncəsənət İnstitutunun rejissorluq
fakültəsini bitirən Nurəddin Tağıyev 1991-ci ilə
qədər Azərbaycan Dövlət Radio və Televiziya Komitəsində
rejissor vəzifəsində
çalışmışdır. Bu müddət ərzində
yaratdığı 60-a yaxın sənədli film
tamaşaçılar tərəfindən rəğbətlə
qarşılanmışdır.
1991-ci ildən başlayaraq Mədəniyyət
və Turizm Nazirliyi sistemində Bədii Sərgi Salonunun
direktoru, daha sonra isə ömrünün sonunadək Dövlət
Rəsm Qalereyasının direktor müavini vəzifəsində
çalışmışdır. Nazirliyin xətti ilə
keçirilən dövlət əhəmiyyətli tədbirlərin,
dünyanın müxtəlif ölkələrində Azərbaycan
Mədəniyyəti Günlərinin təşkilində fəal
iştirak edərək milli incəsənətimizin təbliğində
böyük xidmətlər göstərmişdir. Uzun illər
göstərdiyi səmərəli fəaliyyətinə
görə Nurəddin Tağıyev müxtəlif dövrlərdə
fəxri fərmanlara, 2007-ci ildə isə Azərbaycan
Respublikasının Prezidenti tərəfindən «Əməkdar
mədəniyyət işçisi» fəxri adına layiq
görülmüşdür.
İstedadlı rejissor,
bacarıqlı mədəniyyət təşkilatçısı,
gözəl insan Nurəddin Tağıyevin işıqlı
xatirəsi onu tanıyanların qəlbində əbədi
olaraq yaşayacaqdır.
Allah rəhmət eləsin.
Azərbaycan
Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Mədəniyyət.-
2011.- 5 oktyabr.- S. 10.