“Müstəqillik
- ən böyük milli
dəyər“
Oktyabrın 15-də Beynəlxalq Mətbuat
Mərkəzində “Aşıq Şəmşir” Cəmiyyəti
Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı
ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyini
bərpa etməsinin 20-ci ildönümü münasibətilə
“Müstəqillik - ən böyük milli dəyər“
adlı tədbir keçirildi.
Tədbiri giriş sözü ilə
“Aşıq Şəmşir“ Mədəniyyət
Ocağı İctimai Birliyinin nümayəndəsi Həbib
Misirov açaraq ölkəmizin müstəqillik tarixi, ötən
20 ildə əldə olunan uğurlar, hüquqi və dünyəvi
dövlət quruculuğu yolunda görülən işlərdən
söz açdı. Qeyd olundu ki, hələ ötən əsrin
70-ci illərindən başlayaraq xalqımızın
böyük oğlu Heydər Əliyevin rəhbərliyi ilə
respublikamızda həyata keçirilən genişmiqyaslı
proqramlar müasir iqtisadi potensialın formalaşmasına,
sosial-mədəni həyatın canlanmasına və milli-mənəvi
dəyərlərin dirçəlməsinə yönələrək
gələcək müstəqilliyimizin təmin olunmasına zəmin
yaradıb. O da vurğulandı ki, müstəqilliyimizin ilk illərində
hərc-mərclik, iqtisadiyyatın zəifləməsi ölkədə
dərin böhran yaradıb. 1993-cü ilin iyununda Heydər Əliyevin
ölkə rəhbərliyinə qayıdışı ilə
Azərbaycanın yeni inkişaf mərhələsi, müstəqil
dövlət quruculuğu başlanıb. Bu illər ərzində
Azərbaycanda bütün istiqamətlərdə dövlət
quruculuğu prosesi uğurla həyata keçirilib və
dövlətçilik ənənələri zənginləşdirilib.
Bu inkişaf, bütün sahələrdə olduğu kimi, mədəniyyət
sahəsində də əldə olunan nailiyyətlərdə
özünü göstərib.
Tədbirdə daha sonra filologiya
üzrə fəlsəfə doktoru Adil Cəmil, şair Nofəl
Ədalət, “Aşıq Şəmşir” Cəmiyyəti Mədəniyyət
Ocağı İctimai Birliyinin üzvləri
çıxış etdilər.
Tədbirin sonunda Aşıq Şəmşirin
həyatı ilə bağlı videolent göstərildi...
Savalan Fərəcov
Mədəniyyət.-
2011.- 19 oktyabr.- S. 14.