“Biz müstəqilliyimizin həmyaşıdlarıyıq”
Oktyabrın 17-də Azərbaycan
İstiqlal Muzeyində dövlət müstəqilliyimizin bərpasının
20 illiyi ilə əlaqədar “Biz müstəqilliyimizin həmyaşıdlarıyıq”
adlı sərgi açıldı. Tədbirdə Azərbaycan
Dövlət Rəssamlıq Akademiyasının və
Respublika Gənc Turistlər, Diyarşünaslıq Mərkəzinin
müəllim və tələbə heyəti, Prezident
Qvardiyasının, Daxili Qoşunların əsgərləri,
Ali Hərbi Dənizçilik Məktəbinin kursantları və
digər qonaqlar iştirak edirdilər.
Tədbirdə İstiqlal Muzeyinin
direktoru Fəridə Şəmsi çıxış edərək
Azərbaycanın 20 illik müstəqillik dövründə
qazandığı uğurlardan, keçdiyi inkişaf yolundan
söz açdı.
Sənətşünas Ziyadxan Əliyev
isə müstəqillik dövründə sənət
adamlarının yaradıcılığından
danışdı.
Sərgidə Azərbaycan dövlət
Rəssamlıq Akademiyasının tələbələrinin
və Respublika Gənc Turistlər və
Diyarşünaslıq Mərkəzinin şagirdlərinin 50 ədəd
rəsm, qrafika və heykəltəraşlıq əsərləri
nümayiş olundu.
Ceyhun
Mədniyyət.-2011.-
19 oktyabr.- S. 14.