Səbail rayon MKS-in Direktorlar
Şurasının iclası
keçirilib
Oktyabrın
16-da Səbail rayon Mərkəzləşdirilmiş
Kitabxana Sisteminin (MKS) Direktorlar Şurasının
iclası keçirildi.
Azərbaycanın dövlət
müstəqilliyinin bərpasının
20 illiyinə həsr olunan iclas M.Ə.Sabir
adına Mərkəzi
Şəhər Kitabxanasında
gerçəkləşdi. Tədbiri kitabxananın direktoru Gülşən Abbasova açaraq ölkəmizin suverenliyinin
elan olunmasından keçən 20 ildə əldə olunan nailiyyətlərdən danışdı.
Bu illərdə elmin,
mədəniyyətin, o cümlədən
kitab və nəşriyyat sahəsinin
özünəməxsus inkişaf
yolu keçdiyi vurğulandı. Azərbaycanda
elmə, təhsilə,
mütaliəyə daim
xüsusi önəm verildiyini xatırladan şair İlyas Tapdıq digər peşə bayramları ilə yanaşı, kitabxanaçıların da
peşə bayramının
keçirilməsi arzusunda
olduğunu ifadə etdi.
Tədbirdə
daha sonra Səbail MKS-in direktoru Nüşabə Ələkbərova,
Bakı Şəhər
Mədəniyyət və
Turizm İdarəsinin
Mədəni-kütləvi, kitabxanalar, mədəniyyət
evi və muzey işi sektorunun müdiri Gülnarə Seyidova və məsləhətçisi
Səbinə Məmmədova
çıxış etdilər.
Gülər
Mədəniyyət.-
2011.- 19 oktyabr.- S. 5.