Kitabxanalar milli mədəniyyətin dirçəliş resursudur

 

   Bakıda beynəlxalq konfrans keçirilir

  

   Oktyabrın 18-də Cəfər Cabbarlı adına Respublika Gənclər KitabxanasındaKitabxanalar milli mədəniyyətin dirçəliş resursudurmövzusunda beynəlxalq konfrans işə başladı.

 

   Mədəniyyət Turizm Nazirliyinin UNESCO-nun “İnformasiya hamı üçünProqramının Azərbaycan Komitəsinin dəstəyi ilə keçirilən konfransı giriş sözü ilə açan Respublika Gənclər Kitabxanasının direktoru Tahir Sadıqov kitabxana sisteminin inkişafında beynəlxalq əlaqələrin qurulmasının vacibliyindən danışdı.

   UNESCO-nun “İnformasiya hamı üçünProqramının Azərbaycan Komitəsinin sədri, Mədəniyyət Turizm Nazirliyinin Kitabxana sektorunun müdiri Lətifə Məmmədova ölkədə kitabxana işi sahəsində görülən işlərdən söz açdı. Qeyd olundu ki, “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın qəbulundan sonra bu sahədə dinamik inkişaf hiss edilməkdədir. Azərbaycan kitabxanaçıları hər il müxtəlif beynəlxalq tədbirlərdə uğurla iştirak edir. Mədəniyyət Turizm Nazirliyi sisteminə daxil olan kitabxanalar da beynəlxalq tədbirlərdə fəal təmsil olunurlar.

   Tədbirdə çıxış edən mədəniyyət turizm nazirinin birinci müavini Vaqif Əliyev bildirdi ki, zəngin mədəniyyətə malik Azərbaycanda mədəni irsin təbliğinə böyük önəm verilir. Mədəniyyət Turizm Nazirliyi tərəfindən kitabxana sahəsində yeniliklərin tətbiq olunmasına, kitab sənətinin təbliğinə xüsusi diqqət göstərildiyini diqqətə çatdıran Vaqif Əliyev beynəlxalq konfransın təcrübə mübadiləsi aparılması baxımından əhəmiyyətini vurğuladı: “Müasir dövrdə informasiya cəmiyyəti inkişaf etdikcə Azərbaycan kitabxanaları da inkişaf edir, müasirləşir, elektron kitabxanalar yaradılır, onların bazaları genişləndirilir. Bütün bunlarla yanaşı, kitabxanaların da fəaliyyətinə xüsusi diqqət yetirilir, kitab fondları zənginləşdirilir. Kitablar eyni zamanda mədəni irsin təbliğində çox vacib resursdur”.

   Konfransın işinə uğurlar arzulayan Vaqif Əliyev tədbirin kitabxanaların fəaliyyətinin gücləndirilməsinə xidmət edəcəyinə əminliyini vurğuladı.

   Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin iki ölkə arasında kitabxana sahəsində əməkdaşlıqdan danışdı, konfransın həm Rusiya, həm Azərbaycan kitabxanaçıları üçün səmərəli olacağına əminliyini qeyd etdi.

   UNESCO üzrə Azərbaycan Milli Komissiyasının məsul katibi Günay Əfəndiyeva çıxışında 18 oktyabrın Azərbaycanın tarixində əlamətdar gün olduğunu, konfransın bu tarixə təsadüf etməsini xüsusi vurğuladı. Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində mədəniyyətimizə dəyən zərərdən söz açan G.Əfəndiyeva işğal olunmuş ərazilərdə çoxsaylı kitabxanaların dağıdılıb talan olunduğunu, nadir kitab nüsxələrinin məhv edildiyini dedi.

   Rusiyanın Mədəniyyət Nazirliyinin nümayəndəsi Tatyana Kuznetsova da iştirakçıları salamladı konfransın işinə uğurlar arzuladı.

   Qeyd edək ki, konfrans öz işinə bu gün, oktyabrın 19-da yekun vuracaq. Konfransın proqramına bir sıra məruzələrin dinlənilməsi, Azərbaycanın qabaqcıl region kitabxanalarının fəaliyyətinin, habelə Mədəniyyət Turizm Nazirliyi tərəfindən nəşr olunmuşDağıdılmış sərvətlər, məhv edilmiş kitabxanalaradlı bukletin təqdimatı daxildir.

  

 

   Ceyhun Zərbəliyev

 

   Mədəniyyət.- 2011.- 19 oktyabr.- S. 3.