Başqa dilim, elim var mənim

 

  Güney Azərbaycanın tanınmış ziyalısı, doktor Məhəmmədtağı Zehtabinin «Başqa dilim, elim var mənimadlı şeirlər toplusu çapdan çıxıb.

  

   Kitabın redaktoru, nəşrə hazırlayanı, ön sözün şərhlərin müəllifi filologiya üzrə fəlsəfə doktoru Pərvanə Məmmədlidir. Daha çox tarixçi (“İran türklərinin tarixi” - II cilddə) türkoloq kimi məşhur olan Məhəmmədtağı Zehtabi kitabda oxuculara şair kimi tanıtdırılıb. Kitaba ədibin vətəndən ayrı düşdüyü illərdə qələmə aldığı şeirlər daxil edilib. M.Zehtabinin bu şeirləri 1947-1978-ci illərdə Aşqabad, Bakı, Berlin, Bağdad şəhərlərində yaşayıb fəaliyyət göstərdiyi illərdə yazılıb.

   P.MəmmədlininÖn söz”də yazdığı kimi, bu şeirlərdə ədibin doğulduğu diyardan ayrılıb daha ədalətli bir məkan tapmaq arzusundan, çətinliklərlə sovetlər ölkəsinə keçə bilsə , sonunda yanıldığından poetik dillə bəhs olunur. ”Leninin təriflədiyi məkandakeçirdiyi sonrakı ömür yolu, yaşadığı hislər, bir növ ayrı-ayrı şeir parçalarından yaranmış avtobioqrafik poemadır.

   Kitabda şeirlər tarixi xronologiyaya əsaslanıb sıralanmışdır. Kitabdakı ön söz çətin anlaşılan sözlərin şərhi oxucuya yaxın bələdçilik edir.

   Qeyd edək ki, Məhəmmədtağı Zehtabi 1923-cü ilin oktyabrın 13-də Şəbüstərdə anadan olub. İlk orta təhsilini Təbrizdə alır.

   M.Zehtabi ana dili ilə yanaşı fars, ərəb, fransız, sonralar mühacirət dövründə isə rus dilini mükəmməl mənimsəyir. M.Zehtabi jurnalistika tərcümə sahəsində qələmini sınayır. BerlindəƏrkdərgisini, Bağdadda isə 5 müxtəlif dildəBirlik yoluadlı qəzet nəşr etdirir. Fransız ədəbiyyatından etdiyi tərcümələr hələ 40-cı illərdə qəzet səhifələrində dərc olunur. Sənət dostu Əliağa Vahidlə birlikdə klassik ədəbiyyatdan tərcümələr edir. 1940-cı illərdə M.Zehtabi Azərbaycan Demokratik Firqəsinin mətbu orqanı olan Mirzə Əli Şəbüstərinin redaktorluğu ilə ana dilində nəşr olunanAzərbaycanqəzetində məqalə şeirlərlə çıxış edir.

   1946-cı ildə Azərbaycan Milli Hökumətinin Təbrizdə açdığı universitetin ədəbiyyat fakültəsinin ilk tələbələrindən olur. Yeni yaranmış Milli Hökumətin başçısı, eyni zamanda istedadlı publisist ədəbiyyatşünas olan Seyid Cəfər Pişəvərinin həmin fakültədə həftədə iki dəfəDünya ədəbiyyatımövzusunda oxuduğu mühazirələri dinləyir.

   Milli Hökumət qan içində süquta yetirildikdən sonra onun uğurlu islahatlarının cərgəsində olan Təbriz Universiteti qapadılır. M.Zehtabinin həmin faciəvi günlərdə qələmə aldığı məşhur «Sən osan, mən buyam» şeiri rejimin ana dilində təhsilə, mətbuata danışığa qoyduğu yasağa qarşı etiraz səsi idi;

  

   Su deyibdir mənə əvvəldə anam, «ab» ki, yox.

   Yuxu öyrətdi uşaqlıqda mənə, «xab» ki yox.

   İlk dəfə ki, çörək verdi mənə, «nan» demədi.

   Əzəlində mənə duzdana «nəməkdan» demədi...

   Bəli, daş yağsa da göydən, sən osan, mən buyam.

   Var sənin başqa anan, vardı mənim başqa anam.

   Özümə məxsus olan başqa elim vardı mənim.

   Elimə məxsus olan başqa dilim vardı mənim.

  

   İranda başqa ölkələrdə təhsilini davam etdirmək istəyində olan M. Zehtabi maddi digər problemlərlə qarşılaşır. Universitet təhsilini başa çatdırmaq İrandakı rejimin siyasi təqiblərindən yaxa qurtarmaq üçün qaçaq yolla 1948-ci ildə vətənin bu tayına - sovet Azərbaycanına üz tutur. Lakin onu Bakıya gətirən bir neçə saatlıq yolu az qala 6 ilə qət etməli olur - universitetə yox, həbs düşərgəsinə düşür. Sərhədi pozduğuna görə uzaq Sibirə göndərilir. Heç bir günahı olmadan 3 il orada sürgün həyatı yaşamalı olur.

   Nəhayət, Stalinin ölümündən (1953) sonra bəraət alır. Bir ildən sonra Bakıda təhsil almaq arzusu ilə Azərbaycana gəlir.

   Akademik Yusif Məmmədəliyev onun Azərbaycan (Bakı) Dövlət Universitetində oxumasına şərait yaradır. O, dövrdə universitetin rektoru olan akademik onun qabiliyyətini dəyərləndirir, gələcəkdə kimyaçı kimi görmək istəyir. M. Zehtabi isəHörmətli akademik, mənim seçimim xalqımın daha çox ehtiyacı olan ədəbiyyata, tarixədir”, - deyib akademikin xeyir-duasını alır.

   Təhsilini başa vurduqdan sonra 15 il müddətində universitetin şərqşünaslıq fakültəsində ərəb dili ədəbiyyatını tədris edir. “Əbu Nəvvasın həyatı yaradıcılığımövzusunda dissertasiya müdafiə edərək, filologiya elmləri namizədi elmi dərəcəsini alır.

   1969-cu ildə M.Zehtabi İraqa getmək Bağdadda işləmək üçün işlədiyi universitetə müraciət edir. Bağdad Universitetində həvəslə qədim türk dillərini fars dilini tədris edir. Dilçiliyə aid yazdığı iki kitab dərs vəsaiti kimi istifadə olunur. Yazıb çap etdirdiyi əsərlər əsasında universitetin elmi şurası tərəfindən ona professor adı verilir. İraqda işlədiyi dövrdə Avropaya səfər edir, orada güneyli tələbə gənclərlə görüşür. Tələbələr ona ana dilini öyrənmək üçün kitab tapmadıqlarını söyləyirlər. Nəticədə professor “İran türklərinin sərfi” (morfologiyası) kitabını yazır bu kitab tələbələrin köməyi ilə 1976-cı ildə Almaniyada çap olunur. İraqda yaşayan kərküklərin dili bəzi məhəlli fərqləri nəzərə almasaq, tamamilə Azərbaycan türkcəsindədir. M.Zehtabi kitabı bir qədər təkmilləşdirərək İraq türkmanlarının ləhcə ədəbiyyatı da daxil olmaqla digər bir dilçilik kitabı da hazırlayır. Ümumiyyətlə, onun dilçiliklə bağlı altı kitabı nəşr olunub.

   1979-cu ildə İranda Pəhləvi rejiminin süqutundan sonra, M.Zehtabi, nəhayət ki, vətəni Təbrizə qayıdır. Otuz ildən sonra xalqının içində olmaq onun üçün ifadə edilməz bir xoşbəxtlik idi. Təbriz Universitetində Azərbaycan türkcəsini, eləcə ərəb dilini tədris edir, elmi tədqiqatlarını daha geniş aspektdə davam etdirir. Zehtabiİran türklərinin sərfikitabını tədris etməkdən ruhlanaraq universitetdə tədris zamanı yüzlərlə gənc oğlan qızların dili öyrənib mənimsəməyə can atdıqlarını, bu sahədə mənbə ədəbiyyatın qıtlığını nəzərə alıbMüasir Azərbaycan ədəbi dilinin leksikologiyası”, «Ana dilimizi öyrənək» adlı kitablarını yazır.

   Təbrizdəki dostları iləAzərbaycan mədəniyyət ocağı”nı qurur. O, neçə illər boyu ardı-arası kəsilmədən bu qurumun iclaslarında iştirak edərək xalqımızın ədəbiyyat və tarixini tanıtdırır. Bu ocaq indi də fəaliyyətini davam etdirir. Professor Təbrizdə türkcə qrammatika kurslarının açılmasında böyük rol oynayır. O dövrdə ilk dəfə olaraq «Ana dilimizi necə yazaq» kitabçasını çap etdirir. Bu kiçik əsərdə dilin əsas - səs qanunları, ahəng qanunu açıqlanıb, əlifbanı düzgün yazıb, oxumaqda gənclərə bir mənbə oldu. Sonralar Cənubda keçirilən orfoqrafiya ilə bağlı seminarlarda ondan çox faydalandılar.

   Alim dilçiliklə yanaşı, türk ədəbiyyatı ilə də məşğul olur. “İslamaqədərki İran türklərinin dili və ədəbiyyatı”, “Əruzun türk folklorundakı izləri” adları altında çap edilmiş silsilə yazıları ümumtürk ədəbiyyatına daxil olan dəyərli yazılardandır.

   Türkologiya, tarix, dilçilik, ədəbiyyat və folklora aid dəyərli əsərlərin müəllifi kimi tanınmış M.Zehtabi bədii yaradıcılıqla da məşğul olub. “Çerik əfsanəsi”, “Pərvanənin sərgüzəşti”, “Bəxti yatmış”, “Bağban Eloğlu”, “Bəzz qalasında”, “Mişovun əfsanələri”, “Qoy olsun on”, “Həstiye nəsim” (farsca) kimi bədii əsərləri ayrı-ayrı vaxtlarda Bağdad, İstanbul, Berlin və Təbrizdə nəşr olunub. “Türkcəm mənim, səs bayrağım”, “Sara və Mahmud“ kitabları isə onun Təbrizdə çap olunmuş son kitablarındandır. Ömrünün çox hissəsi qürbətdə, sürgündə, həbsxanalarda keçən doktor Məhəmmədtağı Zehtabi 1998-ci ilin dekabrında vəfat edib. Doğulub böyüdüyü Şəbüstərdə dəfn olunub.

   Düşünürük ki, belə bir kitabın nəşr olunub Azərbaycan ictimaiyyətinə çatdırılması az öyrənilmiş Güney Azərbaycan ədəbiyyatının təbliğinə yeni bir töhfə olacaq.

 

  

   Fidan Musayeva

 

   Mədəniyyət.- 2011.- 21 oktyabr.- S. 11.