Rəssam-aktrisanın
gül-çiçək dünyası
Suğra Bağırzadənin sərgisi
açılıb
Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət
Mərkəzində tanınmış rəssam-florist, Əməkdar
artist, Azərbaycan Kinematoqrafçılar
İttifaqının və Rəssamlar İttifaqının
üzvü Suğra Bağırzadənin əsərlərindən
ibarət sərginin açılışı olub. Sərgi
Azərbaycanda dövlət müstəqilliyinin bərpa edilməsinin
20-ci ildönümünə və Müstəqil Dövlətlər
Birliyinin 20 illiyinə həsr olunub.
İxtisasca kimyaçı-mühəndis
olan S.Bağırzadə uşaqlıqda “Cücələrim”
ansamblının solisti olmuş, sonra isə kinoya çəkilmişdir.
Hobbi kimi başlamış güllərə olan həvəs
tədricən onu daha bir peşəyə gətirib
çıxarıb. Təzə güllərdən
hazırlanan orijinal kompozisiyalar rəssam-floristə
şöhrət qazandırıb. Kimyaçı təhsili əbədi
olmayan çiçəklərin ömrünü uzatmağa,
onları əbədiləşdirməyə kömək
göstərib. Sənətkarın təzə güllərdən
və müxtəlif kimyəvi komponentlərdən
yaratdığı ilk əsəri 15 ildən sonra indi də
yaradıldığı gündə olduğu kimi təravətli
qalıb.
Müxtəlif beynəlxalq sərgilərdə,
tədbirlərdə o, Azərbaycanı layiqincə təmsil
edir. 2004-cü ildə Dünya Floristlər
Şurasının Riqada keçirilmiş XXI sammitində
S.Bağırzadə floristika sənayesində yeni peşə
istiqamətinə görə sertifikat alıb.
Suğra xanım bu janrda canlı
güllərdən istifadə edən yeganə
florist-dizaynerdir. O, gül aranjemançılarının
Peterqofun (Sankt-Peterburqda muzey-qoruq) 300 illiyinə həsr
olunmuş beynəlxalq sərgisində iştirak edib. Burada
onun işləri “Dost Peterqofa hədiyyə” adı altında
nümayiş etdirilib. Suğra Bağırzadə bu sərginin
mükafatını almış 4 iştirakçıdan biri
olub.
Mədəniyyət.-
2011.- 26 oktyabr.- S. 10.