Ölkələrarası
mədəni əlaqələrə töhfə
Bakı Slavyan Universitetində fəaliyyət göstərən
mədəniyyət mərkəzlərində maraqlı layihələr
həyata keçirilir
2000-ci
ildə Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı
İnstitutunun bazasında yaradılan Bakı Slavyan Universiteti
ötən müddətdə mühüm inkişaf yolu
keçib.
Universitetin rektoru,
tanınmış alim və yazıçı, filologiya elmləri
doktoru, professor Kamal Abdullanın rəhbərliyi ilə təhsil
ocağında geniş islahatlar həyata keçirilib, tədris-tərbiyə,
maddi-texniki baza tamamilə yenilənib. Bu gün Bakı Slavyan
Universiteti unikal tədris və mədəniyyət mərkəzi
kimi bölgədə slavyan xalqlarının mənəvi dəyərlərini
tədqiq və təbliğ edir. Universitetdə Ukrayna mədəniyyət
mərkəzi, Rusiya Mədəniyyəti və tədris mərkəzi
(Moskva auditoriyası), Türkiyə Araşdırma mərkəzi,
Müasir Yunan dili və mədəniyyəti mərkəzi,
bolqar, polyak, çex dili və mədəniyyəti mərkəzləri
fəaliyyət göstərir.
Bu mərkəzlərdə
maraqlı layihələr həyata keçirilir, slavyan ölkələrindən,
digər ölkələrdən Azərbaycana gələn
dövlət rəhbərləri, yüksək vəzifəli
qonaqlar Bakı Slavyan Universitetindəki mədəniyyət mərkəzlərinin
fəaliyyəti ilə yaxından tanış olurlar.
Belə mərkəzlərdən
biri də Çex dili və mədəniyyəti mərkəzidir.
Çexiya Respublikasının Azərbaycandakı səfirliyinin
köməkliyi ilə yaradılmış mərkəz iki
ildir fəaliyyət göstərir. Mərkəzin rəhbəri
Roza Şəfiyevanın sözlərinə görə, əsas
məqsəd - gənclərin hər iki ölkənin mədəniyyəti,
təhsili, maarif və elmində qarşılıqlı
iştirakı, bohemistika sahəsində təhsil prosesinin
mükəmməlləşdirilməsindən ibarətdir. Bu
məqsədlə Bakı Slavyan Universitetinin Çexiya istiqamətində
mütəxəssislər hazırlayan “Tərcümə” və
“Beynəlxalq münasibətlər və
regionşünaslıq” fakültəsinin tələbələri
mərkəzin fəaliyyətinə cəlb olunublar. Mərkəzin
çex dilində nəşrlərdən ibarət
kitabxanası da var. Mərkəz elmi təhsil, elmi-tədqiqi və
maarif istiqamətində fəaliyyət göstərir.
Mərkəzdə dil məşğələləri
ilə yanaşı müxtəlif mədəni tədbirlər,
çex xalqının mədəniyyəti, tarixi, adət-ənənələri
ilə bağlı bayramların keçirilir, siyasət, elm və
mədəniyyət xadimləri ilə görüşlər,
müxtəlif mühazirələr təşkil olunur.
Görüşlərdə Çexiyanın Azərbaycandakı
səfirliyinin mədəniyyət işləri üzrə
attaşesi və digər əməkdaşları da
iştirak edirlər.
2010-cu ilin mayında ölkəmizə
səfər edən Çexiya Respublikasının prezidenti
Vatslav Klaus mərkəzin qonağı olub. Bu ilin martında
Çexiyanın ölkəmizdəki səfiri Radek Matula
çexiyaşünaslıq fakültəsinin tələbələri
ilə görüş keçirib və Azərbaycan Tələbə
Gənclər Təşkilatları İttifaqının yeni
yaranmış “ Bohemistlər” işçi qrupunun üzvləri
ilə tanış olub.
Universitetdə fəaliyyət
göstərən digər mədəniyyət mərkəzləri
də beynəlxalq əlaqələri genişləndirir,
xarici ölkələrin ali məktəb və mədəniyyət
təşkilatları ilə əlaqələr saxlayırlar.
Bu əlaqələrin inkişaf etdirilməsi yönündə
layihələr davam etdirilir.
Lalə
Azəri
Mədəniyyət.-
2011.- 28 oktyabr.- S. 5.