60
yaşın bərəkəti
Yaşar Nurinin sənət ömrünün
hər ili tamaşaçı sevgisi ilə zəngindir
Görkəmli aktyor, sevilən sənətkar, Xalq artisti Yaşar Nuri 1951-ci il sentyabrın 3-də Bakıda tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlib. Səhnəyə ilk dəfə on bir yaşında “Toy kimindir?” (dramaturq Məhərrəm Əlizadə, bəstəkar Ağası Məşədibəyov) tamaşasında Tapdıq rolunda çıxıb. Məktəbli vaxtlarında televiziyada “Yelkən” verilişinin aparıcılarından olub, “Buratino”, “Qaranquş”, “Pioner” uşaq verilişi-teatrlarında müntəzəm iştirak edib. Müxtəlif dram dərnəklərinə gedib, keçmiş 26 Bakı Komissarı adına Mədəniyyət Sarayı Xalq Teatrının tamaşalarında çıxış edib.
1968-ci ildə Bakıdakı 173 saylı orta məktəbi bitirib. Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universiteti) Dram və kino aktyorluğu fakültəsinə daxil olub. Kurs rəhbərləri, tanınmış səhnə xadimləri Rza Təhmasib və Əliheydər Ələkbərovdan aktyorluq sənətinin incəliklərini öyrənib. İnstitut dövründə “Sevil”də (C.Cabbarlı) Balaş, “Toy”da (S.Rəhman) Salmanov, “Günahsız müqəssirlər” də (A.N.Ostrovski) Neznamov və s. rolları oynayıb.
1974-cü il dekabrın 1-də Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun dəvəti ilə bu kollektivin aktyor truppasına qəbul olunub.
Yaşar Nuri Milli Dram Teatrında işlədiyi
gündən repertuarda
olan bir çox tamaşalarda iştirak edib. Milli Dram Teatrının
səhnəsində ilk rolu
Aleksandr Vampilovun “Övlad” (“Boyuk oğul”, 28 dekabr 1974) komediyasının tamaşasında
Silva rolu olub. Bundan başqa o, İlyas Əfəndiyevin
“Bağlardan gələn
səs” dramında Pərviz (1 oktyabr 1975), Əkrəm Əylislinin “Quşu ucan budaqlar” pyesində Qasım (29 oktyabr 1978), Mehdi Məmmədovun təfsirindəki “Dəli
yığıncağı” faciəsində Sərsəm
Salman (6 may 1978), Fuad və Zəminə Hacıyevlərin hazırladığı
“Sevil”də Əbduləli
bəy (18 noyabr 1978) və s. obrazlar yaradıb.
Teatr aktyoru kimi görkəmli sənətkar
olan Yaşar Nuri həm də
məşhur kino ustasıdır. 50-dək filmə
çəkilib: "Yol
əhvalatı", “Tənha
narın nağılı”,
"Yaramaz", “Bəyin
oğurlanması", “Lətifə",
"Qətl günü",
“Yuxu”, “İstanbul reysi” və s.
Görkəmli aktyor Dövlət
Televiziyasında hazırlanmış
yüzdən çox
tamaşada, bədii kompozisiyada, satirik səhnəciklərdə iştirak
edib. Onun əsasən baş
rolları ifa etdiyi teletamaşalar televiziyanın fondunda daimi sənət nümunələri kimi qorunur. Bu sırada Ramiz Həsənoğlunun
quruluşunda Ruhəngiz
Qasımovanın “Yollar
görüşəndə...”, “Ömrün yolları”, İsi Məlikzadənin “Qatarda”, Anarın “Evləri köndələn
yar”, Mövlud Süleymanlının “Kökdən
düşmüş piano”, Hüseyn Cavidin “Topal Teymur”, Aslan Qəhrəmanovun əsərləri əsasında
Tariyel Vəliyevin lentə aldığı
“Səni axtarıram”,
“Bağışla”, “Səndən
xəbərsiz” trilogiyası
və s. televiziya tamaşalarını misal
göstərmək olar.
Yaşar Nuri 1981-ci ildə,
30 illik yubileyində
ilk fəxri adını
- Əməkdar artist adını
alıb. 1989-cu ildə
Azərbaycan Respublikasının
Xalq artisti fəxri adına layiq görülüb,
1991-ci ildə 40 illik yubileyində ona “Yaramaz” filmindəki Maşallah roluna görə Dövlət mükafatı verilib,
1992-ci ildə “Qızıl
dərviş” mükafatına
layiq görülüb.
Aktyor özünü rejissor
kimi də sınayıb. Teatrda İsi
Məlikzadənin “Subaylarınızdan
görəsiniz” əsərinə
quruluş verib, kinoda “Spasibo” filmini ekranlaşdırıb.
Sevimli sənətkarımızı qarşıda hələ neçə-neçə rollar,
teatr, kino, televiziya layihələri gözləyir. Yaşar Nurini
əlamətdar yubileyi
münasibətilə təbrik
edir, ona, hər şeydən öncə, möhkəm cansağlığı arzulayırıq.
Mədəniyyət.-
2011.- 2 sentyabr.- S. 6.