Gədəbəydə Aşıq Ələsgərin 190 illiyi qeyd edilib

 

   Gədəbəydə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin anadan olmasının 190 illiyinə həsr edilmiş yubiley gecəsi keçirilib. Gecədə görkəmli el sənətkarının Azərbaycan aşıq sənətinin inkişafına verdiyi töhfələrdən söhbət açılıb, Gədəbəy aşıqlarının formalaşmasında onun irsinin əvəzsiz rolu qeyd edilib.

   Filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlının Aşıq Ələsgərin həyat və yaradıcılığı barədə məruzəsi dinlənildikdən sonra söz aşıqlara verilib. Gədəbəy, Gəncə, Qazax, Tovuz, Ağstafa, Şəmkir, Kəlbəcər, Bərdə, Təbriz aşıqlarının ifasında Aşıq Ələsgərin sözlərinə yazılmış aşıq mahnıları və şeirlər səslənib.

   Yubiley gecəsində Aşıq Ələsgərin nəvəsi İslam Ələsgərov çıxış edərək Azərbaycanda aşıq sənətinin inkişafına göstərdiyi diqqət və qayğıya görə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

 

 

   Mədəniyyət.- 2011.- 2 sentyabr.- S. 4.