Turizm İnstitutunda yeni tədris ilinin açılışı oldu

 

   Sentyabrın 15-də Azərbaycan Turizm İnstitutunda yeni dərs ilinin başlanması münasibətilə tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan ATİ-nin rektoru Cəfər Cəfərov bildirdi ki, artıq 6 ildir fəaliyyət göstərən institutun Azərbaycanın ali təhsil müəssisələri içərisində öz yeri var.

 

   Bu yerin qazanılmasında institutun müəllim tələbə heyətinin, eləcə Mədəniyyət Turizm Nazirliyinin xüsusi rolu olduğunu qeyd edən rektor vurğuladı ki, ölkə rəhbərliyinin dəstəyi olmasaydı, bu uğurları əldə etmək mümkün olmazdı: “Azərbaycanda turizmin inkişaf etdirilməsi dövlətin strateji xəttinin tərkib hissəsidir. Turizm İnstitutu bu sahəni ixtisaslı kadrlarla təmin etmək məqsədilə yaradılıb. Biz bu məqsədə çatmaq üçün əlimizdə olan bütün imkanlardan istifadə edirik”.

   Rektor qeyd etdi ki, ATİ qısa müddət ərzində böyük inkişaf yolu keçib. 200 tələbə, 3 ixtisasla 2006-cı ildə fəaliyyətə başlayan ali məktəbin bu gün 1400-dən artıq tələbəsi var: “İki məzun buraxılışımız olub. Azərbaycanda ilk dəfə ATİ ikili təhsil verən proqrama imza atıb. Bundan əlavə, institutumuz digər beynəlxalq proqramlarda iştirak edir ki, onlar da tələbələrimiz üçün böyük imkanlar açır. Turizm İnstitutu on illərlə tarixi olan ali məktəblər sırasında layiqli yer tutub. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının tərtib etdiyi reytinq sıralarında 50-dən artıq ali məktəb arasında son illər 3-5-ci sıralarda təmsil olunmuşuq. Bu bizim üçün həm fəxr məqamıdır, həm məsuliyyətimizi daha da artıran bir faktordur. Bizim məzunlarımız artıq ölkəmizin turizm sənayesində önəmli yerdə olan müəssisələrdə çalışırlar. Bakıda fəaliyyət göstərən 5 ulduzlu hotellərin işçi heyətinin əksəriyyəti bizim məzunlarımızla formalaşır”.

   Rektor tələbələri, müəllimləri institutun bütün kollektivini yeni tədris ilinin başlanması münasibətilə təbrik etdi, xüsusilə birinci kursun tələbələrinə həyatlarının yeni mərhələsində uğurlar arzuladı.

   Mədəniyyət turizm nazirinin birinci müavini Vaqif Əliyev təmsil etdiyi nazirlik adından bu il tələbə adını qazanan gəncləri təbrik edərək bildirdi ki, 15 sentyabr Azərbaycanın hər yerindəBilik günükimi qeyd edilir: «Hər bir dövlət təhsilin inkişafına böyük diqqət qayğı ilə yanaşır. ÖlkəmizdəBilik günü”nün əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra onun azad düşüncəli gəncləri, müstəqil təfəkkürə malik insanları formalaşmağa başladı. Buna isə güclü təhsillə nail olmaq mümkündür. Ölkəmizdə təhsilə olan diqqət daim artır. Ölkə başçısı İlham Əliyev respublikanın təhsil sistemini, onun maddi-texniki bazasının gücləndirilməsini, bu sahədə beynəlxalq əlaqələrin formalaşmasını, yeni təhsil ocaqlarının yaranmasını şəxsən diqqət mərkəzində saxlayır”.

   Nazir müavininin sözlərinə görə, müstəqillik dövründə bütün sahələr, xüsusilə ölkə iqtisadiyyatı sürətlə inkişaf edib: «İqtisadiyyatın ən gəlirli sahələrindən biri turizmdir. Azərbaycanın coğrafi mövqeyini, iqlimini, təbiətini, zəngin mətbəxini nəzərə aldıqda bu sahənin qədər böyük potensiala malik olduğunu görürük. Dövlət bunları nəzərə alaraq turizm sahəsinin inkişafına daha çox diqqət göstərir. Bunun ən bariz nümunəsi Azərbaycanda müasir tələblərə cavab verən Turizm İnstitutunun yaradılmasıdır. Hər sahədə olduğu kimi, turizmin inkişafı da orada çalışan insanlardan asılıdır. Turizm ölkəmizdə yeni bir sahə olduğundan burada ixtisaslı mütəxəssislər yetişdirən ali təhsil ocağına böyük ehtiyac var. ATİ-nin 6 illik fəaliyyəti sübut edir ki, burada turizm üzrə bilikli savadlı mütəxəssislər hazırlanır. İnstitut qısa zamanda qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlib”.

   Sonra Vaqif Əliyev bu il ATİ- yüksək balla qəbul edilmiş tələbələrə tələbə biletini təqdim etdi onlara təhsildə uğurlar arzuladı.

 

 

   Fəxriyyə Abdullayeva

 

   Mədəniyyət.- 2011.16 sentyabr.- S. 4.