Üzeyir Hacıbəyli
III Beynəlxalq Musiqi Festivalı
Festival Azərbaycan Respublikasının
dövlət müstəqilliyinin
bərpasının 20-ci ildönümünə
həsr olunur
Azərbaycan professional musiqisinin
banisi, dünya şöhrətli bəstəkar
Üzeyir Hacıbəylinin
anadan olmasının ildönümü münasibətilə
2009-2010-cu illərdə respublikamızda
beynəlxalq musiqi festivalları keçirilib.
I və
II Üzeyir Hacıbəyli
Beynəlxalq Musiqi Festivalı ölkəmizdə
və onun hüdudlarından kənarda
böyük əks-səda
doğurub. Festival konsertlərində görkəmli
musiqiçilər, bədii
kollektivlər, solistlər,
dirijorlar iştirak ediblər.
Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasının
dövlət müstəqilliyinin
bərpasının iyirminci
ildönümü haqqında
21 yanvar 2011-ci il tarixli sərəncamı ilə
təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq Heydər Əliyev Fondunun dəstəyi və Mədəniyyət
və Turizm Nazirliyinin təşkilatçılığı
ilə sentyabrın
18-dən 30-dək Bakıda Üzeyir Hacıbəyli
III Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
Festivalda Rusiya, Böyük Britaniya, ABŞ, Avstriya, Çənubi Koreya, Macarıstan, Almaniyadan tanınmış musiqiçilər
və kollektivlər -
Yekaterinburq Opera və
Balet Teatrı, Ferens List, Veritas, Vyana kamera orkestrləri,
Yeva Tebbe, Yekaterina Levental, Je Xay Li, Aleksandr Melnikov, Karolin Vidman və s. tanınmış
musiqiçilər iştirak
edəcəklər.
Xatırladaq ki, ümummilli lider Heydər Əliyevin sərəncamı
ilə hər il dahi bəstəkarın doğum
günü - 18 sentyabr
Azərbaycanda Milli Musiqi Günü kimi qeyq olunur.
Bu il də
əlamətdar gün
müxtəlif tədbirlərlə
qeyd olunacaq. Sentyabrın
18-də Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi,
mədəni ictimaiyyətinin
təmsilçiləri, tanınmış
sənət xadimləri
Fəxri xiyabandakı
Üzeyir Hacıbəylinin,
burada uyuyan incəsənət korifeylərinin
məzarlarını ziyarət
edəcəklər. Sonra
Milli Musiqi Günü ilə bağlı Üzeyir Hacıbəyli adına
Bakı Musiqi Akademiyasının qarşısında
təntənəli tədbir
keçiriləcək. Tədbir dahi
bəstəkarın ev-muzeyində
xatirə mərasimi ilə davam edəcək.
Sentyabrın 18-də axşam Azərbaycan Dövlət Filarmoniyasında Üzeyir
Hacıbəyli III Beynəlxalq
Musiqi Festivalının
açılış mərasimi
gerçəkləşəcək.
Mərasimdə Elnarə Kərimovanın
rəhbərliyi ilə
Buta kamera xorunun ifasında konsert proqramı təqdim olunacaq.
Sentyabrın
19-da Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrında Yekaterinburq Dövlət Akademik Opera və Balet Teatrının (Rusiya) təqdimatında Xalq artisti, tanınmış
bəstəkar Polad Bülbüloğlunun Eşq
və ölüm baleti nümayiş olunacaq.
Sentyabrın 20-də festival Milli Kitabxanada Azərbaycanın
səs xəzinəsi
kataloqunun birinci buraxılışının, Azərbaycanın görkəmli
şəxsiyyətləri seriyasından Müslüm
Maqomayev. Biblioqrafiya kitabının
təqdimatı ilə
davam edəcək.
Həmin
gün Azərbaycan Milli İncəsənət
Muzeyində Bilitis duetinin (Hollandiya), Dövlət Filarmoniyasında
isə Vyana Kamera Orkestrinin (Avstriya) konserti təqdim olunacaq.
Mədəniyyət.- 2011.- 16
sentyabr.- S. 3.