Azərbaycan cizgi filminin beynəlxalq uğuru

 

   Firəngiz Qurbanova: “Soçidə qazandığımız bu uğur bizi yeni işlərə ruhlandırır

  

   Bu yaxınlarda Rusiyanın Soçi şəhərində keçirilən XVI Beynəlxalq uşaq animasiya filmləri festivalında Əməkdar incəsənət xadimi Firəngiz Qurbanovanın rəhbərlik etdiyiBirlikstudiyasının yaradıcı heyətinin çəkdiyiTəmiz, natəmiz biz” cizgi filmi (ssenari müəllifi Gülşən Tofiqqızı, bəstəkar Firudin Allahverdi) böyük uğur qazanıb.

  

   35 ölkədən 87 animasiya ekran əsərinin iştirak etdiyi müsabiqədə Azərbaycan cizgi filmiYüksək professionallığa görənominasiyasında xüsusi mükafata münsiflər heyətinin diplomuna layiq görülüb. Bu uğur sayəsində azərbaycanlı rejissor gələn il keçiriləcək XVII festivalda beynəlxalq münsiflər heyətinin üzvü kimi iştirak edəcək. Xatırladaq ki, Firəngiz Qurbanova 2009-cu ildə Batumidə keçirilənTofuzifestivalında beynəlxalq münsiflər heyətinin sədri olub. Rejissor son festivalda əldə olunan uğur yaradıcılıq planları barədə bunları dedi:

   - “Təmiz, natəmiz biz” cizgi filminin çəkilməsiniMozalanstudiyası bizim yaradıcılıq qrupuna etibar etdi. Göründüyü kimi, etimadı doğrultduq, Azərbaycanın adına belə bir mötəbər tədbirdə uğur qazana bildik. Bu, gənc bəstəkar Firudin Allahverdi ilə artıq dördüncü işimizdir. Fəlsəfi məna daşıyan bu animasiya filmində personajları oğlum Cavid onun həyat yoldaşı Zema Əhədovlar ərsəyə gətiriblər. Soçidə qazandığımız bu uğur bizi yeni işlərə ruhlandırır. Belə ki, bu il oğlum Cavidin ssenarisi əsasında olan bir cizgi filmi çəkməyi planlaşdırırıq. Hələ vaxtından əvvəl bu barədə geniş danışmaq istəmirəm. Ancaq onu deyə bilərəm ki, bu, səmada cızma-qara, rəsmlə bağlı olacaq. Ümidvarıq ki, bu animasiya filmimiz tamaşaçılar tərəfindən rəğbətlə qarşılanacaq.

   Xatırladaq ki, Firəngiz Qurbanovanın rəhbərliyi iləBirlikstudiyası 1989-cu ildə yaranıb. BuradaArzu yarat”, “Akvarium”, “Bir axşam s. cizgi filmləri çəkilib. Firəngiz xanım Azərbaycan Rəssamlar Kinemotoqrafçılar İttifaqının, Beynəlxalq Animasiya Filmləri Assosiasiyasının üzvüdür. Yaradıcılıq kollektivinə gələcək işlərində böyük uğurlar qazanmağı arzulayırıq.

  

 

   İradə

 

   Mədəniyyət.- 2011.- 21 sentyabr.- S. 15.