Turizmin inkişafı media müstəvisində

 

   Mətbuat Şurasında dəyirmi masa keçirildi

  

   Sentyabrın 20-də Mədəniyyət və Turizm Nazirliyinin və Mətbuat Şurasının təşəbbüsü ilə “Turizmin inkişafı media müstəvisində” mövzusunda dəyirmi masa keçirildi. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirak edirdi.

  

   Mətbuat Şurasının sədri Əflatun Amaşov tədbiri açaraq bildirdi ki, rəhbərlik etdiyi qurum ölkə mediasında müxtəlif sahələr üzrə maarifləndirmə işlərinin aparılmasına ciddi önəm verir. 2011-ci ilin «Turizm ili» olduğunu xatırladan Ə.Amaşov il ərzində kütləvi informasiya vasitələrinin turizm mövzusuna xüsusi diqqət ayırdığını vurğuladı: “Ölkə prezidentinin təsdiqlədiyi Azərbaycan Respublikasında 2011-ci ilin «Turizm ili» elan edilməsi ilə bağlı Tədbirlər Planına əsasən KİV-də «2011-ci il Turizm ilidir» devizi altında proqramların və xüsusi verilişlərin təşkilinə dair bənd yer alıb. Bunun da icrasına məsul qurumlar içərisində Azərbaycan Mətbuat Şurasının da adı var. Televiziyaradiolarda «Turizm ili» ilə bağlı kifayət qədər verilişproqramlar yayımlanır. Mətbuatın da məsələyə diqqəti müşahidə edilməkdədir. Bu ilin 6 ayı ərzində ölkənin aparıcı kütləvi informasiya vasitələrində turizmlə əlaqədar çoxsaylı materiallar yer alıb. Onların 87 faizi informasiyalardır. Analitik məzmunlu və daha çox təşəbbüs ruhlu yaradıcılıq nümunələri 9 faiz təşkil edib. Materialların 4 faizi isə reportaj janrındadır. Ümumən medianın, xüsusən də çap mediasının məsələyə diqqətinin artırılması vacibdir. Tədbirimiz bu istiqamətlərdə fikir mübadiləsi aparmaq məqsədi daşıyır”.

   Tədbirdə çıxış edən Əbülfəs Qarayev Mədəniyyət və Turizm Nazirliyinin əsas prinsiplərindən birinin kütləvi informasiya vasitələri ilə daimi təmas, mediaya açıqlıq olduğunu dedi: “Mən bu sahədə qarşılıqlı əməkdaşlıqdan razıyam, çünki hər bir mətbuat orqanında, televiziya kanalında turizm mövzusuna xüsusi yer ayrılır. Nazirliyin tədbirlərinin işıqlandırılması, təhlili, onların vacibliyinin ictimaiyyətə çatdırılmasında mətbuatın rolu əvəzsizdir”.

   Mədəniyyətlə turizmin bir-biri ilə sıx təmasda olan sahələr olduğunu nəzərə çatdıran nazir qeyd etdi ki, 2006-cı ildə prezident İlham Əliyevin fərmanı ilə Mədəniyyət və Turizm Nazirliyi təsis edildikdə əsas məqsəd kimi Azərbaycanın zəngin mədəniyyətinin inkişafı və turizm vasitəsilə onun geniş ictimaiyyətə, bütün dünyaya tanıdılması idi: “Eyni zamanda turizm vasitəsilə mədəniyyətin də təbliğinə nail olmaq mümkündür”.

   Azərbaycanda turizmin inkişafı ilə bağlı son illər dövlət tərəfindən ardıcıl, məqsədyönlü aparıldığını vurğulayan nazir 2010-cu ildə bu sahənin inkişafına dair Dövlət Proqramının qəbul edildiyini, 2011-ci ilin ölkə prezidenti tərəfindən “Turizm ilı” elan olunduğunu nəzərə çatdırdı. Nazirlik tərəfindən bu sahənin inkişafı ilə bağlı zəruri işlər görülür: “Turizmin inkişaf tempini dünya standartlarına uyğunlaşdırmağa çalışırıq. Turizm şirkətləri və hotellərlə əməkdaşlıq edirik. Nazirlik turizm müəssisələrinə lisenziyalar verir, monitorinqlər keçirir. Bizim əsas məqsədimiz turizmi daha yaradıcı inkişaf etdirməkdir. Ölkə mədəniyyəti, tarixi haqda düzgün, dəyərli məlumatı çatdırmaq üçün hər bir turizm müəssisəsi öz işinə yaradıcı yanaşmalıdır. Bu baxımdan biz turizm müəssisələrindən maraqlı təkliflər, layihələr alırıq. Mətbuat da bu cür layihələrin işıqlandırılmasında yaxından iştirak etməlidir”.

   Nazir qeyd etdi ki, bu gün Azərbaycanda gedən bütün yenidənqurma və islahat işləri demək olar ki, turizmin inkişafına yönəlib: “Turizmin inkişafı bir neçə amildən asılıdır. Bunlardan biri də nəqliyyat infrastrukturunun yaradılmasıdır. Məsələn, Quba-Xaçmaz yolunun bərpa edilməsi həmin bölgədə turizmin iki dəfə artımı ilə müşahidə olundu. Həmçinin bu regionda istirahət obyektlərinin sayı da artdı. Sözsüz ki, problemlər də var. Biz turistlərin rahat istirahətini, çimərlikdən, meşələrdən və s. rahat və təhlükəsiz istifadəsi üçün şərait yaratmalıyıq. Turizm zonalarında tarixi abidələrə diqqət, onların mühafizəsi də mühüm məsələdir. Bu işdə ictimaiyyətin də fəallığı lazımdır və burada kütləvi informasiya vasitələrinin üzərinə maarifləndirmə baxımından mühüm düşür.

   Hazırda Qobustanda yeni muzeyin təşkili ilə bağlı aparılır. “Qalaetnoqrafik muzey kompleksi indi turistlər üçün maraqlı bir məkandır. Mətbuat nümayəndələri üçüninfoturlar təşkil olunmalıdır. Bu təbliğat sahəsində öz töhfəsini verəcək”.

   Nazir qeyd etdi ki, mətbuatda turizm mövzusu gündəmə gəldikdən sonra bu sahəyə maraq artıb. İndi respublikada yeni hotellərin inşası genişlənib, bu sahəyə mətbuat da diqqət ayırır. Nazir ilin sonuna qədər yeni beşulduzlu hotellərin açılışının nəzərdə tutulduğunu bildirdi. Gələn il ölkəmizdə keçiriləcək “Eurovision-2012“ mahnı müsabiqəsinə hazırlıqla bağlı işlərdən danışan Əbülfəs Qarayev bildirdi ki, təkcə Bakıda təxminən 15 min, ümumilikdə isə ölkədə 30 mindən çox turistin yerləşdirilməsi üçün imkanlar mövcuddur.

   Sonra MŞ İdarə Heyətinin üzvü, APA-nın baş direktoru Vüsalə Mahirqızı, “Olaylaragentliyinin və eyniadlı qəzetin rəhbəri Yunus Oğuz, «Xalq cəbhəsi» qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, «Yeni Azərbaycan» qəzetinin baş redaktoru Hikmət Babaoğlu, MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, «Xalq qəzeti»nin baş redaktor müavini Tahir Aydınoğlu, İctimai Yayım Şurasının sədri, Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli, «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu, MŞ İdarə Heyətinin üzvü, «525-ci qəzet»in baş redaktoru Rəşad Məcid və başqaları çıxış edərək turizmin inkişafı, bu sahədə təbliğatın genişləndirilməsində medianın rolu ilə bağlı fikirlərini bildirdilər. Çıxışlarda media vasitələrində turizmlə bağlı təbliğatın aparılması, internetin bu sahədə imkanlarından daha səmərəli istifadə, KİV-lərin mövcud sahə üzrə mütəmadi məlumatlandırma məqsədilə müxtəlif brifinqlərin və konfransların təşkili ilə bağlı təkliflər səsləndi. Mədəniyyət və Turizm NazirliyininXalq yaradıcılığı paytaxtları” layihəsi çərçivəsində “paytaxtelan edilən bölgələrin mədəni irsturizm potensialının təbliği, turizmlə bağlı jurnalların nəşri, jurnalistka təhsilində turizm mövzusunun tədrisinin önəmi vurğulandı.

  

 

   Reyhan İsayeva

 

  Mədəniyyət.- 2011.- 21 sentyabr.- S. 3.