Milli Kitabxana yeni layihələrini təqdim etdi

 

   Sentyabrın 20-də M.F.Axundov adına Milli Kitabxanada «Azərbaycanın görkəmli şəxsiyyətləri» seriyasından nəşr olunan «Müslüm Maqomayev: Biblioqrafiya» «Azərbaycanın səs xəzinəsi» seriyasından olan «Milli Kitabxananın Not nəşrləri səsyazmaları şöbəsinin fondunda saxlanılan qrammofon vallarından kompakt disklərə (CD) köçürülmüş əsərlər» kitablarının təqdimat mərasimi keçirildi.

  

   Mərasimdə çıxış edən kitabxananın direktoru Kərim Tahirov görkəmli bəstəkar Müslüm Maqomayevin Azərbaycan mədəniyyətinə verdiyi töhfələrdən danışdı: “Üzeyir Hacıbəylinin doğum günü Azərbaycanda musiqi bayramı kimi qeyd olunur. Bu kitabların təqdimatının indi keçirilməsi təsadüfi deyil. Müslüm Maqomayevin Azərbaycan musiqisi qarşısında böyük xidmətləri var. «Şah İsmayıl» kimi möhtəşəm opera yazıb, Opera Balet Teatrına rəhbərlik edib”. Qeyd olundu ki, Müslüm Maqomayevin biblioqrafiyasının tərtib olunması onun mədəni irsinin öyrənilməsi təbliği baxımdan mühüm hadisədir.

   Milli Kitabxananın direktoru onu da bildirdi ki, Azərbaycanın səs irsinin elektron variantının yaradılmasına böyük zərurət var idi, bununla bağlı çoxlu müraciətlər olub. Elektron variant musiqimizin dünyada tanıdılması istiqamətində görülən işlərdən biri olacaq. Kataloq musiqi məktəblərinin proqramına uyğun tərtib olunub.

   Mədəniyyət Turizm Nazirliyinin Elm təhsil şöbəsinin müdiri Yaşar Əliyev isə M.Maqomayev yaradıcılığının dəyərindən danışdı: «Dahi bəstəkar Müslüm Maqomayevin yaradıcılığına, həyatına, irsinə nəzər salmaq hər birimiz üçün önəmlidir. Onun irsi dünya mədəniyyəti xəzinəsinə daxildir. Bu irs gələcək nəsillərə ötürülməlidir».

   «Milli Kitabxananın Not nəşrləri Səsyazmaları şöbəsinin fondunda saxlanılan qrammofon vallarından kompakt disklərə köçürülmüş əsərlər» kitabının tərtibçisi, Əməkdar mədəniyyət işçisi Marat İbrahimov kitabın hazırlanmasından danışdı. Onun sözlərinə görə, kitabxanada 25 mindən atıq qrammofon valı var. Onları qoruyub saxlamaq üçün «CD» disklərə köçürülməlidir. İlk növbədə Azərbaycanın klassik musiqi əsərləri yazılmış qrammofon vallar CD-lərə köçürülərək «Azərbaycanın səs irsi» bazası yaradılıb. Eyni zamanda dünya klassiklərinin əsərlərinin elektron-informasiya daşıyıcıların köçürülmə işi aparılıb. Bunun paralel olaraq elektron bazası da yaradılır. İnsanlar istədikləri əsəri internet vasitəsilə dinləyə biləcəklər».

   Tədbirdə daha sonra Ü.Hacıbəylinin ev-muzeyinin direktoru Sərdar Fərəcov, Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova başqaları çıxış edərək, kitablarla bağlı fikirlərini bölüşdülər.

  

 

   Gülər

 

   Mədəniyyət.- 2011.- 21 sentyabr.- S. 3.