Sərgi-yarmarkadan nəşriyyatlar da, kitabxanalar da, oxucular da faydalanacaqlar

 

   Kərim Tahirov: “Tədbir ölkəmizdə kitab nəşri, yayımı təbliği işinin bugünkü vəziyyətinin, əldə olunan uğurların nümayişi üçün əlamətdar fürsətdir

  

   Mədəniyyət Turizm Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 28-dən 30-dək keçiriləcək II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası da hazırlaşır. Tədbirə hazırlıq işlərində iştirak edən kitabxananın direktoru Kərim Tahirovla sərgi-yarmarkanın əhəmiyyətindən, kitabxana nəşriyyatlar üçün faydasından danışdıq.

  

   - Milli Kitabxananın rəhbəri olaraq beynəlxalq sərgi-yarmarkadan gözləyirsiniz?

   - Sərgi-yarmarka artıq ikinci dəfədir ki, keçirilir. Mədəniyyət Turizm Nazirliyi tərəfindən belə mötəbər tədbirin təşkili həm kitabxanalar, həm nəşriyyatlar, həm kitabsevərlər üçün böyük bayramdır. Məlum olduğu kimi, budəfəki sərgi-yarmarka Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümünə həsr olunub. Bu baxımdan tədbir ölkəmizdə kitab nəşri, yayımı təbliği işinin bugünkü vəziyyətinin, əldə olunan uğurların nümayişi əlbəttə ki, xarici tərəfdaşlarla yeni əlaqələrin qurulması üçün əlamətdar fürsətdir. Azərbaycanda kitab nəşri ilə bağlı əldə olunan nailiyyətlər bu sərginin əsas meyarı olacaq. Sərgidə 100-ə qədər nəşriyyat iştirak edəcək. Tədbirə gələn xarici qonaqlar Azərbaycanın 20 ildə nəyə nail olduğunu görəcəklər. Bu tədbirin ənənəvi hal alması nüfuz dairəsinin genişlənməsi o deməkdir ki, Bakı kitab sərgi-yarmarkası gələcəkdə London, Tehran, Moskva kitab yarmarkaları kimi beynəlxalq tədbirlərlə bir sırada dayana, özünü təsdiq edə biləcək.

   Milli Kitabxana olaraq biz sərgi-yarmarkada iştiraka böyük önəm veririk. Əsas gözləntimiz isə insanların kitaba maraq səviyyəsini müəyyənləşdirməkdir. Əgər əvvəlki sərgidə üç gün ərzində 35 mindən çox insan gəlib sərgi ilə tanış olmuşdusa, bu il insanların axını daha çox olacaq. Biz bu dəfə Azərbaycanda insanların kitaba marağının hansı səviyyədə olduğunu daha yaxşı göstərə biləcəyik.

   - Sizcə, sadaladığınız London, Tehran, Moskva s. beynəlxalq sərgi-yarmarkalarının hansı təcrübələrindən yararlanmaq olar?

   - Qeyd olunan sərgilərdə Azərbaycan neçə illərdir iştirak edir biz onların təcrübəsi ilə kifayət qədər tanış olmuşuq. Təbii ki, bu sərgidə həmin təcrübədən istifadə edirik. Onu deyə bilərəm ki, II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası yüksək səviyyəli sərgi olacaq. Sərgi tək kitabların ekspozisiyada nümayişindən ibarət olmayacaq, müəlliflərlə görüşlər, konfranslar təşkil ediləcək. Builki sərgi-yarmarkanın əvvəlkindən fərqi böyükdür. Bu dəfə sərgi-yarmarka daha geniş məkanda - Əl İdman Oyunları Sarayında təşkil olunacaq. Sərgi iştirakçıları üçün daha böyük ekspozisiya qurulacaq. Bu il sərgi-yarmarkada həm satış olacaq. Bundan həm oxucular, həm naşirlər faydalanacaqlar. Biz isə öz işimizdə əlavə təcrübə əldə edəcəyik.

   - Nəşriyyatların beynəlxalq əlaqələrin qurulmasında dərəcədə aktivlik göstərəcəkləri gözlənilir?

   - Nəşriyyatlarımızın bu sahədə təcrübəsi hələ azdır. Nəşriyyatlar özləri belə sərgilərdə iştiraka böyük maraq göstərməlidirlər. Kitabxanalar daha çox aktivlik göstərirlər. Ötən sərgidə 9 ölkənin milli kitabxanası zəngin ekspozisiya ilə iştirak etdi. Bu il isə 13 ölkənin milli kitabxanası iştirak edəcək. Əslində layihə sərgi-yarmarka olduğundan nəşriyyatlar daha çox aktivlik göstərməlidirlər. Bizim dünya miqyasına çıxara biləcək kitablar nəşr etdirməyə qadir nəşriyyatlarımız var. Onlar başqa ölkələrdən sifarişlər alıb, kitablar çap etdirirlər. Hesab edirəm ki, nəşriyyatlar bu sahədə öz işlərini daha geniş fəal təbliğ etməlidirlər.

   Nəşriyyatlar əsasən adi mətbəə kimi işləyirlər. Belə olmamalıdır. Sorğu apararaq, insanların nəyə ehtiyacı olduğunu öyrənib, oxucu tələbatı böyük olan kitabları nəşr etməlidirlər. Belə olsa, oxucu da olacaq. Xalq yazıçımız Çingiz Abdullayevi misal çəkim. Bir çox nəşriyyatlar onu axtarıb, kitabını çap etdirmək arzusundadırlar. Nəşriyyatlar yazıçılarla, oxucu auditoriyası ilə işlərini daha sıx qursalar, səmərəli olar. Ümumiyyətlə, bizim nəşriyyatlarımız təşkilatlanmalıdırlar onların sayı artmalıdır. Nəşriyyatları, naşirləri birləşdirən cəmiyyət yoxdur. Naşir nəşriyyatların ictimai qurumu olmalıdır. Bu olsa, onlar dövlətdən yardım ala bilərlər. Düşünürəm ki, artıq 3-cü, 4-cü sərgi-yarmarkadan sonra nəşriyyatlar təcrübə mübadiləsindən bəhrələnib, nəşriyyat siyasəti həyata keçirməyə başlayacaqlar. Ən azından digər ölkələrin nəşriyyatlarının təcrübəsindən bəhrələnəcəklər. Sərgi zamanı qurduqları əlaqələr onlara bu işləri görməkdə yardımçı olacaq.

   - Kitablara oxucu marağından söz düşmüşkən, hazırda hansı ədəbiyyata daha çox tələbat var?

   - Bu gün Azərbaycanda ən böyük kasadlıq elmi-kütləvi ədəbiyyat sahəsindədir. Halbuki kütləvi oxucunun ən çox marağı məhz elmi-kütləvi ədəbiyyatadır. Bədii ədəbiyyat az-çox uşaq ədəbiyyatı nəşr olunur. Bu gün bizdə yüksək səviyyədə tərtib olunmuş uşaq ədəbiyyatına ehtiyac var. Gənclər üçün elmi-kütləvi ədəbiyyat tapılmır. Elmi, bədii var, amma elmi-kütləvi ədəbiyyat yoxdur. Elmi-kütləvi ədəbiyyat hamının dilində danışa bilən kitab deməkdir.

   - I Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasından sonra müşahidə apararkən, oxucuların sayında artım müşahidə edirsiniz?

   - Bu, əlbəttə ki, hiss olunur. Dünya ölkələrinin iştirak etdiyi belə bir böyük tədbir keçirilirsə, nəticəsi olacaq. Əsas kitabın təbliğidir. Təsəvvür edin ki, bir həftə ərzində hamı kitabdan danışır. İlk sərgidə iştirak edən doqquz ölkənin milli kitabxanaları gətirdikləri kitabları sərgidən sonra bizim kitabxanaya hədiyyə etdilər. Yəni biz bizim oxucularımız qazandı. Bu il isə qeyd etdiyim kimi, sərgiyə 13 ölkənin kitabxanası gələcək. Həmin kitabxanalar da ekspozisiyada nümayiş etdirdikləri kitabları bizə hədiyyə edəcəklər. Həmçinin bizim kitabxanalarımız da nəşriyyatlarla tanış olub, məlumatlanacaqlar. Kitabxanalar komplektləşmə siyasətini müəyyənləşdirib, hansı nəşriyyatdan, hansı kitab almalı olduqlarını biləcəklər.

   - Milli Kitabxanada necə, oxucu sayında artım müşahidə olunur?

   - Bizim kitabxanada gün ərzində orta hesabla 600 oxucumuz olur. Canlanma gedir, oxucuların sayı artır. Zaman keçdikcə təhsil səviyyəsinin yüksəlməsi, ayrı-ayrı proqramların tətbiq olunması ilə bağlı oxucuların kitaba tələbatı artır. Bu gün əsas çatışmayan cəhət kitabxanalarımızda yeni kitabların sayının az olmasıdır. Yeni kitab qədər çox olarsa, kitabxanaya oxucu bir o qədər çox gələr. Bu gün gənclər yeni informasiya mənbələri axtarırlar. Köhnə kitabda isə yeni informasiya ola bilməz. Ona görə fondun formalaşdırılma siyasətini düzgün quran, fondu yeni informasiya mənbələri ilə zənginləşdirən kitabxananın oxucularının sayı çox olur.

   - Milli Kitabxananın saytında Azərbaycan turizminin təbliği ilə bağlı hazırlanan bölmə vaxt istifadəyə veriləcək?

   - Turizmlə bağlı bölmə artıq hazırdır. Oktyabrın əvvəlində təqdimatı olacaq. Beynəlxalq arenaya çıxışı olan bütün təşkilatlar saytları vasitəsilə turizmi təbliğ etməlidirlər. Bu gün dünya internetlə işləyir. Turizm bir çox ölkələr üçün ən böyük gəlir vasitəsidir. Ona görə hamımız Azərbaycan turizmini - ölkəmizin görməli yerlərini, turizm marşrutlarını, istirahət guşələrini təbliğ etməliyik.

  

 

     Gülər Nizamiqızı

 

     Mədəniyyət.- 2011.- 23 sentyabr.- S. 10.