“Hamı”
gəlir...
Vaqif
Bəhmənli
“Çağdaş” nəşriyyatı
istedadlı şair Vaqif Bəhmənlinin “Hamı” adlı
kitabının nəşrə hazırlığını
başa çatdırmışdır. Kitab bu günlərdə
istəkli oxucuların ixtiyarına veriləcək. “Hamı”
kitabı Vaqif Bəhmənlinin son illərdəki maraqlı
yaradıcılıq axtarışlarının yekunu olmaqla bərabər,
çağdaş Azərbaycan poeziyasında baş verən
estetik prosesləri izləməyə də imkan yaradır.
Kitabın bölmələri “O”, “Mən”, “Sən”, “Biz”,
“Siz”, “Onlar”, “Hamı”, “Söz” və “Nöqtə” adlanır.
Kitabdan iki şeiri təqdim edir və
inanırıq ki, “Hamı” hamının xoşuna gələcək.
“Mədəniyyət”
* * *
Qurban
Allah, sənə qurban, keç
günahımdan! (dua)
Qızarır müqəssir
canın harayı
Gözüm qarmaq gəzir
asılmaq üçün.
Haçan ki, yetişir qurbanlıq
ayı
Boğazım udqunur kəsilmək
üçün.
Tanrı qar-yağışı
yanaşı tökür;
Bəlkə günah yuyub deyir ki,
ayıl?
Qışqırıb içimdə
göz yaşı tökür
İbrahim babanın oğlu
İsmayıl?
Lüləyən dalınca
yüyürür uşaq,
Ləyəndə salavat suyu
çırpınır.
Milyard müsəlmanın əlində
bıçaq,
Dizinin altında qoyun
çırpınır.
Deyimmi haradı sürünün
üzü? -
Matəm qırımına, toy
qırımına...
Fələk necə dözür,
göy necə dözür
Dilsiz qoyunların
soyqırımına?
Günah var, Allah da adını bilmir,
Günahın atası şeytan
adamdı!
Heç çoxu qoyunun
dadını bilmir,
Yazıq canavarın adı
beddamdı.
İştaha dişiylə
yazılan qanun
Nə tanrılıqdı, nə
Quranlıq, qoyun!
Axırda dünyanı tutacaq
qanın,
Sənə qurban olum, qurbanlıq
qoyun!
Sanki qisas alır
gora tələsən,
Kimsə yox günahsız
dəfn olunmağa.
Dünən anasının əmcəyin
kəsən
Bu gün
qoç kəsdirir əfv olunmağa.
Allahın min dürlü buyruğun qoyub
Qoyun quyruğundan yapışdıq
nədən? -
Çünki şoralanır ağzının
suyu,
Ət üçün quzu tək mələyir bədən.
Əməli məzhəkə, işi oyunlar,
Bu Məmməd,
bu Nəsir, həsir kişilər...
Qurbana yaramır dişi qoyunlar,
Kişi qoyunları kəsir kişilər!
Qoyun hara qoysun yazıq
canını,
Nə mərhəmət umaq de, səndən, Allah?
Yaşatmaqçün bir mif qəhrəmanını
Milyard baş üzülür bədəndən, Allah!
İsmayıl dirilib yoxdan içimdə...
Ona toxunmayın, qoyun yaşasın!
Hönkürüb
ağlayır çoxdan
içimdə,
Deyir:
- Məni kəsin, qoyun yaşasın!
2010
* * *
Gecdi, oğlum, evə qayıt
Dən Allahdan, biz dəngüdən
-
ovcumuzda,
əlimizdə...
Sən anadan olan gündən
dörd
söz bitib dilimizdə:
- Gecdi, oğlum, evə qayıt!
Bikir olsaq, cəm olarsan,
yol
qıçını yorar,
dedik.
Qarda sətəlcəm olarsan,
istidə
gün vurar, dedik...
- Gecdi, oğlum, evə qayıt!
Qonaq gəlsə əmin, dayın
səni
onlara tayladıq.
Həyətdə
futbol oynayıb
tərləyəndə
harayladıq:
- Gecdi, bala, evə qayıt!
Boşqab düzdük sevə-sevə;
solur
süfrəmiz qurulu,
Cəmi məktəb döndü evə,
gör
haçandı zəng
vurulub:
- Gecdi, oğlum, evə qayıt!
Çox dolandın çöl içində;
ələ
gəlməz tək qovduğun.
Bəsdi batdın gül içində,
yetər
kəpənək qovduğun...
- Gecdi, oğlum, evə qayıt!
Allah bizə oğul verdi,
ayrılıq
da verdi nədən?
Çağırırıq
otuz ildi
örtülməyən
pəncərədən:
- Gecdi, oğlum, evə qayıt!
Ana qəmi anadildi,
ata
fikri qoşun kimi.
Ötür ata, ana dil-dil
İsaq-Musaq quşu kimi:
- Gecdi, oğlum, evə qayıt.
Sim-sim olur damarda qan
-
çəkibən
dara, gedirsən.
Nəfəs kimi qopub candan
baş
alıb hara gedirsən? -
- Gecdi, oğlum, evə qayıt!
Əzəl gündən qəlbin yuxa -
heç
işini pisləmirəm
Gəlib görərsən ki, yoxam
pis
olarsan,
istəmirəm...
- Gecdi, oğlum, evə qayıt!
Atam hanı, anam hanı
Onlar ruhdu,
kölgəsi
yox.
Gəl deməyə adam
hanı,
Dön deməyə özgəsi
yox:
- Gecdi, oğlum, evə qayıt!
Fəndgir fələk amansızdı
-
murad
vermiş,
at verməmiş.
Öz qəbrimi özüm qazdım...
Dar məzarım
çat verməmiş
gecdi,
oğlum, evə qayıt!
2010
Mədəniyyət.-
2011.-28 sentyabr.- S. 7.