“Sənət
ustadı, həqiqət carçısı”
Kitab
sərgisində Ukrayna şairi Taras Şevçenkonun
yaradıcılığına həsr olunmuş tədbir
keçirildi
Sentyabrın 28-də II Bakı Beynəlxalq
Kitab Sərgi-Yarmarkasında görkəmli Ukrayna şairi Taras
Şevçenkonun yaradıcılığına həsr
olunmuş “Sənət ustadı, həqiqət
carçısı” adlı tədbir keçirildi.
Tədbiri Mədəniyyət və
Turizm Nazirliyi Nəşriyyat, reklamın təşkili və
informasiya şöbəsinin Nəşriyyat sektorunun
müdiri, şair Çingiz Əlioğlu açaraq görkəmli
ədibin yaradıcılığından danışdı.
Sonra tədbiri aparmaq
üçün söz şair, tərcüməçi Səyavuş
Məmmədzadəyə verildi. O, Azərbaycanla Ukrayna
arasındakı qədim və yaxın əlaqələrdən
danışdı. Azərbaycan ədəbiyyatında
ukraynalı obrazının özünəməxsus yer
tutduğunu deyən şair hələ Nizami Gəncəvinin
yaradıcılığında slavyan gözəli
obrazının olduğunu xatırlatdı. Ukraynanın Azərbaycandakı
səfiri Aleksandr Mişşenko Azərbaycanda Ukrayna mədəniyyətinə
göstərilən diqqəti, Bakı Slavyan Universitetində
Ukrayna mədəniyyət mərkəzinin fəaliyyət
göstərməsini, Bakıda Taras Şevçenkonun abidəsinin
ucaldılmasını yüksək qiymətləndirdi. Səfir
Ukraynada Azərbaycan şairlərinin kitablarının nəşr
olunduğunu, Nizami Gəncəvinin “Leyli və Məcnun” əsərinin
Ukrayna dilinə tərcümə edildiyini söylədi.
T.Şevçenkonun əsərlərini
Azərbaycan dilinə tərcümə edən şair Abbas
Abdulla şairin yaradıcılığı barədə ətraflı
məlumat verdi. Onun şeirlərindən bir parçanı həm
Ukrayna, həm də Azərbaycan dilində söylədi.
Bildirdi ki, 2014-cü ildə Taras Şevçenkonun 200 illik
yubileyi Azərbaycanda da qeyd olunacaq.
Şair-təcüməçilər
Ayaz Vəfalı, Səlim Babullaoğlu və Ağacəfər
Həsənli də Ukrayna ədibinin həyat və
yaradıcılıq yolundan danışdılar. Sonra Bakı
Slavyan Universitetinin ukraynaşünas tələbələri
T.Şevçenkonun sözlərinə yazılmış
musiqi parçaları ifa etdilər.
Reyhan
Mədəniyyət.-
2011.- 30 sentyabr.- S. 5.