Hotel
və restoranların idarə edilməsi
Seminarda müzakirə olunub
Dünya Turizm
Günü münasibətilə
daha bir tədbir “Kazbegi Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyətin
dəstəyi, Hotellər
və Restoranlar Assosiasiyasının təşkilatçılığı
ilə “Exselsior” mehmanxanasında keçirilib.
«Qonaqpərvərlik:
hotel və restoranların
idarə edilməsi» adlı seminarda Hotellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Babazadə tədbir iştirakçılarına rəhbərlik
etdiyi qurum barədə məlumat verib. Onun sözlərinə görə,
assosiasiya hotellərin
və restoranların idarə edilməsi, açılışa hazırlanması,
personalın təlimi,
daxili strukturun qurulması, böhrandan çıxma imkanları və digər sahələrdə xidmətlər
göstərir: «Bu xidmətlər
yüksək peşəkarlıq
səviyyəsində və
hər bir müəssisəyə fərdi
yanaşma əsasında
qurulur. Bizim layihələr mehmanxanalarda
xidmət səviyyəsinin
artırılması və
maliyyə dövriyyəsinin
yüksəlməsinə yönəlib».
Natiq qeyd edib ki,
ölkə prezidenti tərəfindən 2011-ci ilin
“Turizm ili” elan olunması və “Eurovision” müsabiqəsinin
gələn il
Bakıda keçirilməsi
hotel və restoran şəbəkəsində fəaliyyət
göstərənlərin üzərinə
əlavə vəzifələr
qoyur.
Qurum rəhbəri Yunanıstanda
fəaliyyət göstərən
hotel və turizm sənayesi üçün
kadrlar hazırlayan peşə məktəbi barədə də məlumat verib. Məlum olub ki, yarandığı 30 ildə məktəb dünyanın turizm sektoru üçün minlərlə kadr yetişdirib: «Bu peşə
məktəbi turizm sahəsində Azərbaycanın
müvafiq strukturları
ilə əməkdaşlıq
əlaqələri qurmaq
üçün müəyyən
addımlar atır. Məktəb
tərəfindən yaxın
vaxtlarda Bakıda menecerlərin peşəkarlığını
artırmaq məqsədilə
kurslar təşkil ediləcək».
Seminarda mehmanxanaların təsnifatı,
xidmət standartları,
təlim sistemi və s. ilə bağlı təqdimat da olub. Təqdimatda menecerlər
biliklərə yiyələnməklə
yanaşı, hotelçilk
və restoran biznesinin müasir ənənələri, xidmət
standartlarının tətbiqi
ilə bağlı suallara cavab veriblər.
Seminar iştirakçıları gigiyena
və qida təhlükəsizliyini də
müzakirə ediblər.
Hotel və restoran
aşbazları, masa xidmətçiləri, anbar
işçiləri, sanitar
həkimlər üçün
nəzərdə tutulmuş
təqdimatda gigiyena və qida məhsullarının
saxlanma qaydaları şərh edilib.
Sonda hotel və restoran
şəbəkəsində çalışan mütəxəssislərin
praktiki bilik və bacarıqları nümayiş olunub.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.-
2011.- 30 sentyabr.- S. 9.