Güldürən, düşündürən rejissor

 

  Cahangir Mehdiyev-60

  

   Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin üzvü, Əməkdar incəsənət xadimi, kinorejissor Cahangir Mehdiyev 1951-ci il yanvarın 13-də Bakıda anadan olub. 1968-1973-cü illərdə Dövlət İncəsənət İnstitutununteatr televiziya rejissorluğufakültəsini (rejissor Mehdi Məmmədovun kursu) bitirib. 1974-1979-cu illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda (G. Daneliyanın kursu) “bədii kino rejissoruixtisasına yiyələnib.

    

   Bu yaxınlarda kinorejissor G.Daneliyanın qələmə aldığıBiletsiz sərnişin”, “Tost deyən axıra qədər içirkitabları əlimə düşdü. Maraqla oxunan memuarlarda rejissor bütövlükdə öz yaradıcılıq bioqrafiyasından, müasirlərindən, çəkiliş meydançalarından, kinofestivallardan, bir sözlə, böyük kinematoqrafiya ömrü yaşamış insanın taleyindən bəhs edir. Hər iki kitabda G.Daneliyanın Azərbaycandan olan sevimli tələbəsi Cahangir Mehdiyev haqqında çox səmimi qeydləri diqqətimi çəkdi. Onlarla tələbəsi olan Daneliyanın öz kitabında məhz Cahangiri xatırlaması məndə xoş hisslər oyatdı. Tələbəsinin istedadına inanan sənətkar ona olan inamında yanılmayıb. Bu gün Cahangir Mehdiyev filmləri ilə Azərbaycan kinematoqrafında öz yeri olan rejissorlardan biridir.

   Onun diplom işi olanDiplom müdafiəsiqısametrajlı bədii filmi elə beynəlxalq kinofestivallarda (Karlovı Varda Manqeymdə) mükafata layiq görülməklə, gənc rejissorun istedadından soraq verdi. Daha sonraMosfilmin nəzdində fəaliyyət göstərənDebutdaAzərbaycanfilmin iştirakı iləVah! ” bədii kinokomediyasını çəkdi. İronik təbəssümlə yoğrularaq lentə alınan bu film IX Moskva beynəlxalq kinofestivalının Minskdə keçirilən gənc kinematoqrafçıların festivalında diplomlara layiq görüldü. Bu uğurlu debütlərdən sonra gənc rejissorAzərbaycanfilmkinostudiyasındaEvlənmək istəyirəmmusiqili komediyasını lentə aldı. Beləcə, Cahangir Mehdiyev kinoda xoş, nikbin əhval-ruhiyyəli emosiya yaradan sənət axtarışına başladı.

   Musiqili-komediya janrında kinofilm çəkmək hər rejissorun işi deyil. Çünki bu janrda film ekranlaşdıran rejissorda professionallıqdan başqa, həm yüksək musiqi duyumu, gülüş düşüncəsi bu düşüncəni ekranda reallaşdıra biləcək aktyor seçimi olmalıdır. Bu baxımdan rejissor Cahangir Mehdiyevin kinonun dili ilə ekrandan tamaşaçılarla bölüşmək istədiyi öz sənət həqiqəti var. Bu həqiqət onun kinematoqrafa gəldiyi ilk gündən hiss olunurdu. Belə ki, “Vah!” qısametrajlı bədii kinofilmi bu rejissorun kinokomediyaya olan özünəməxsus fərdi dəst-xətti, ironik təbəssüm baxımından onun bu janra meylinin ilk göstəricisi idi.

   Elə bu işartını ilk hiss edən onun sənət müəllimi, görkəmli kinorejissor G.Daneliya oldu. Ustadın xeyir-duası, məsləhətləri Cahangir Mehdiyevin gələcək sənət axtarışlarına təkan oldu. Amma Cahangir Mehdiyevin bəxti bir onda gətirdi ki, onun ssenarist axtarışında ilk qarşısına çıxan ədəbiyyat aləmində öz əsərlərinin lakonikliyi, şirin, duzlu milli koloriti ilə seçilən istedadlı bir nasir, kinodramaturq İsi Məlikzadə oldu.

   Beləliklə İ.Məlikzadənin görkəmli yazıçı-dramaturq Ə.Haqverdiyevin hekayələrinin motivləri əsasında ssenarisini yazdığıEvlənmək istəyirəm” (1980) filmi ərsəyə gəldi. Filmin operatoru Aleksandr Kovalçuk, rəssamı Nadir Zeynalov, bəstəkarı Cahangir Cahangirov idi. Musiqili komediya janrında lentə alınan filmdə Həsən Məmmədov (Mirzə Səfər), Əlağa Ağayev (Kərbəlayı Zal), Səməndər Rzayev (Həsən ağa), Əfrasiyab Məmmədov (Axund), Şamil Süleymanov (Şamil), Rəqsanə Topçiyeva (Gülsüm), Kamil Məhərrəmov (Hüseyn), Fərhad İsrafilov, Vəliəhd Vəliyev (bəyzadələr) başqaları özlərinə məxsus oyun tərzləri ilə filmə səmimi hiss düşüncə, kolorit verməklə, bədii ekran əsərini ironik təbəssümlə yoğurmaqla, cazibəli, güldürən düşündürən ediblər. Neçə illərdir, film özünün uğurlu ekran taleyini yaşamaqdadır.

   C.Mehdiyevin İ.Məlikzadə ilə yaradıcılıq əlaqəsi daha bir filmin çəkilişinə yol açdı. RejissorunAzərbaycanfilmkinostudiyasında musiqili komediya janrında çəkdiyiKişi sözübədii filmi (1987) ekrana çıxdı. Filmin uğurlu alınmasında rejissorun çox maraqlı aktyor ansamblı seçməsinin xüsusi rolu olub. Leyla Bədirbəyli, Əfrasiyab Məmmədov, Tələt Rəhmanov, Muxtar Avşarov kimi sənətkarlarla yanaşı Əjdər Həmidov, Sənubər İskəndərova, Kəmalə Abdullayeva kimi aktyorlar öz təbii səmimi oyunları ilə filmə canlı, emosional ovqat, ritm bəxş edib. Bəstəkar Vasif Adıgözəlov milli müasir musiqi qaynaqlarından bəhrələnərək kinokomediya janrını tamamlayan musiqi bəstələməklə filmi daha da emosional təsirli etmişdir. Filmdə quruluşçu operator Faiq Əsgərovun rəssam Fikrət Əhmədovun da işləri diqqətə layiqdir.

   C.Mehdiyev çəkdiyi kinokomediyalarda hər bir qəhrəmana, hətta kiçik bir epizod olsa belə, xüsusi sevgi ilə yanaşır. Sevgisiz həyat olmadığı kimi, sevgisiz sənət yoxdur. C.Mehdiyevin insanlara sevgisi ekrandan keçir. Biz bu həqiqətə onun quruluş verdiyiGənc qadının kişisi” (ssenari - Maqsud İbrahimbəyov, 1990), “Hacı Qara” (ssenari - İsi Məlikzadə, 2002) kinokomediyalarından bir daha əmin olduq.

   Rejissor C.MehdiyeviAzərbaycantelefilmYaradıcılıq Birliyi ilə uzun illərin yaradıcılıq əlaqəsi bağlayır. Onun hələ gənclik illərində sazçı qızlar ansamblının rəhbəri, Əməkdar artist Rəhilə Həsənova haqqında çəkdiyi eyniadlı sənədli televiziya filmi maraqla qarşılanmışdı. Bu uğurlu ekran əsərindən sonra C.Mehdiyev üçünAzərbaycantelefilmdoğma bir kollektivə çevrildi. Daha sonra o, görkəmli mütəfəkkir, tarixçi, şair Abbasqulu Ağa Bakıxanovun taleyindən, yaradıcılığından bəhs edənQüdsi” (ssenari müəllifi -Yaqub Əlioğlu) bədii-sənədli televiziya filminə uğurlu ekran ömrü bəxş etdi. Filmdə bəstəkar Tofiq Bakıxanovun yazdığıRahabsimfonik musiqisi filmin daxili ritminin təsir gücünü daha da artırır. Filmdə maraqlı aktyor oyunu ilə yanaşı, operator (M. Cahangirov) montaj işi (Y.Xeyirov) qeyd olunmalıdır. RejissorunAzərbaycantelefilm quruluş verdiyi maraqlı sənədli televiziya filmlərindən biri Ömür urası” (ssenari müəllifləri -Yaqub Əlioğlu, Aygün Diridağlı, operator - Mahir Cahangirov) filmidir. Film Azərbaycan ədəbiyyatında özünəməxsus sanballı yaradıcılıq dəst-xətti olan, Xalq yazıçısı Sabir Əhmədova həsr olunub. Rejissorun Azərbaycan təsviri sənətində xüsusi yeri olan Elturan Avalova həsr olunmuş eyniadlı sənədli televiziya filmi (ssenari - Gülbəniz Hüseynova, operator - Adil Abbasov), “Saxurlar”(ssenari - Camal Yusifzadə, operator - Adil Abbasov) adlı sənədli televiziya filmi özünün orijinal yozumu ilə diqqət çəkir. Son illərdə rejissor Azərbaycan kinosunda ilk dəfə parodiya janrındaGirişmə, öldürər”(1990), hind kinosuna parodiyaCi Mi”(2007) musiqili bədii filmlərini iki hissəliMəxfi planlar”(2010) bədii televiziya filmlərini, eləcə AzərbaycantelefilmVaqif Səmədoğlu”, “Süleyman Rəhimovadlı sənədli televiziya filmlərini çəkib.

   Azərbaycan kinematoqrafında özünəməxsus yaradıcılıq dəst-xətti olan C.Mehdiyev, əldə etdiyi nəticələrlə kifayətlənənlərdən deyil. Elə ona görə inanırıq ki, tamaşaçılar gələcəkdə onun yeni, təbəssüm dolu ekran əsərləri ilə baş-başa qalacaqlar. Sənət dostumuza cansağlığı yeni yaradıcılıq uğurları arzulayıram.

   

  Yaqub Əlioğlu

 

  Mədəniyyət.- 2011.- 14 yanvar.- S. 13.