Azərbaycanda
son orta əsr şəhər mədəniyyəti
və orta əsr Ağsu şəhəri
“Miras” Mədəni İrsin Öyrənilməsinə
Kömək İctimai
Birliyi “Azərbaycanda son orta əsr
şəhər mədəniyyəti
və orta əsr Ağsu şəhəri” adlı silsilə tanıtma seminarlarının həyata
keçirilməsinə başlayıb.
Seminarların muzeylər,
universitetlər, orta məktəblər və kitabxanalarda keçirilməsi
nəzərdə tutulur.
Yanvarın 12-də
İctimai Birlik “Azərbaycanda son orta əsr şəhər
mədəniyyəti və
orta əsr Ağsu şəhəri” adlı ilk seminarı
M.Qorki adına Mərkəzi Səyyar Kitabxana Fondunda gerçəkləşdi.
Tədbiri giriş sözü
ilə açan M.Qorki adına Mərkəzi Səyyar Kitabxana Fondunun direktoru Nüşabə Ələkbərova mədəni
irsin qorunmasında kitabxanaların rolundan danışdı. Daha sonra “Miras” Mədəni
İrsin Öyrənilməsinə
Kömək İctimai
Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli seminarların keçirilməsinin
əsas məqsədindən
söz açdı: “Məqsəd Vətənimizin
qədim tarixinin və zəngin mədəni irsinin elmi ictimaiyyətə və intellektual dairələrə çatdırılması,
ictimaiyyətin Azərbaycan
tarixi ilə bağlı biliklərinin
və dünyagörüşlərinin
hərtərəfli inkişafına
dəstək olmaq, onların mədəniyyət
ocaqlarına maraqlarının
artırılması və
onların gözü
ilə bu sahədəki problemləri
müəyyən etməkdir”.
Tədbirdə Ağsu arxeoloji
ekspedisiyasının üzvü,
tarix üzrə fəlsəfə doktoru Elmira Abbasova, Bakı şəhər Mədəniyyət və
Turizm İdarəsinin
sektor müdiri Gülnarə Seyidova, “Miras” Mədəni İrsin Öyrənilməsinə
Kömək İctimai
Birliyinin Yeni İstedadlar - Uşaq və Gənclər Mərkəzinin rəhbəri Cəfər Mənsimi çıxış
etdi.
Sonda “Ağsu arxeoloji ekspedisiyası” adlı film tədbir iştirakçılarına nümayiş
edildi.
Yeganə
Mədəniyyət.- 2011.- 14
yanvar.- S. 13.