Bölgə muzeyləri indi eksponatlara daha çox diqqət yetirir
Son dövrlərdə paytaxt Bakıdakı muzeylərlə yanaşı,
bölgələrdəki muzeylər
də təmir olunur, yenidən qurulur, ekspozisiyaları zənginləşir. Eyni zamanda, muzeylərdəki eksponatların bərpası
da diqqət mərkəzindədir.
Bu xüsusda Muzey Sərvətləri və
Xatirə Əşyalarının
Elmi-Bərpa Mərkəzinin
üzərinə xeyli
iş düşür.
Mərkəzin direktoru Zərifə
Məlikova bildirir ki, bölgələrdəki
muzeylərdən onlara
edilən müraciətlər
artmaqdadır: “İndi
paytaxtdan kənardakı
muzeylər də eksponatların qorunmasının
vacibliyini daha yaxşı anlayır və vaxtında tədbir görülməsi
üçün mərkəzə
müraciət edir.
Gəncə Tarix-Diyarşünaslıq
Muzeyindən 49 ədəd
eksponatı bərpaya
qəbul etmişik. Onların bərpası davam etdirilir. Qəbələ, Şəki,
Ucarda ezamiyyətdə
olub, onların muzeylərindəki eksponatları
bərpa etmişik. Şirvandan da eksponatlar bərpa edirik. Həmçinin Göygöl Tarix-Diyarşünaslıq
Muzeyindən 16 eksponat,
Sumqayıt Dövlət
Rəsm Qalereyasından
15 rəngkarlıq əsərini
bərpa etmişik. Şəki şəhəri
isə daha fəaldır. Belə ki, Şəkidəki Tarix-Diyarşünaslıq Muzeyi,
M.F.Axundovun ev-muzeyi, Xalq Tətbiqi-Sənət
Muzeyindən, Kiş Tarix-Memarlıq Qoruğundan
bəzi eksponatları
bərpaya qəbul etmişik».
Z.Məlikova rayonların əvvəllər
bu məsələdə
heç də fəal olmadığını,
lakin bölgələrə
ezamiyyətlər reallaşdıqdan
sonra bölgə muzeylərinin də eksponatları bərpaya təqdim etdiklərini deyir: «Bakıda yerləşən muzeylərdəki
eksponatlar yetərincə
bərpa olunurdu. Rayonlarımızda isə
belə bir mərkəz yoxdur. Sonradan Mədəniyyət və
Turizim Nazirliyinin dəstəyi ilə müntəzəm olaraq bölgələrdə treninq-sərgilər
keçirməyə başladıq.
Şəki, Lənkəran,
Quba, Xaçmaz, Qusar və digər
yerlərdə muzey əməkdaşlarının iştirakı
ilə treninqlər təşkil etmişik.
Biz onlara bərpa işi necə gedir -bunu öyrədir və suallarını cavablandırırıq. Bu
treninqlərin müsbət
cəhəti ondadır
ki, biz nəinki
bərpadan danışırıq,
əsas odur ki, onlara muzey
eksponatlarının necə
qorunmalı olduğunu,
necə nümayiş
olunmalı olduğunu
göstəririk».
Muzey Sərvətləri və
Xatirə Əşyalarının
Elmi-Bərpa Mərkəzi
bu dəfə Salyan-Neftçalada sərgi-treninq
keçirməyi planlaşdırıb.
Bu treninq mart ayında baş tutacaq.
Onu da deyək ki,
bölgələrdən mərkəzə
təqdim olunan ən qədim eksponat Şirvandan küp olub. Həmin küp birinci əsrə aiddir.
Gülər
Mədəniyyət.- 2011.- 14
yanvar.- S. 6.