Düşüncələr, fikirlər, məqalələr

 

   Xəyyam Mirzəzadənin kitabının təqdimat mərasimi keçirildi

  

   Yanvarın 12-də Xalq artisti, Dövlət mükafatı laureatı, “Şöhrətordenli bəstəkar Xəyyam Mirzəzadənin ikicildliDüşüncələr, fikirlər, məqalələradlı kitabının təqdimat mərasimi keçirildi. Bəstəkar kitabın ərsəyə gəlməsində əməyi olanların hamısına təşəkkürünü bildirdi.

     

   İki hissədən ibarət olanDüşüncələr, fikirlər, məqalələrkitabıNurlannəşriyyatında çap olunub. Kitabın birinci hissəsində Xəyyam Mirzəzadənin 50 il ərzində dövrü mətbuatda çap olunan öz məqalələri, ikinci cildində isə onun barəsində yazılan yazılar müsahibələr dərc olunub. “Bu məqalələrin heç hamısında məni tərifləmirlər. Lakin onların maraqlı cəhəti məhz intriqa xarakterli olmasıdır. Əlbəttə, sözün yaxşı mənasında. Musiqi əsərində olduğu kimi, məqalələrdə intriqa olmayanda, onlar öz məntiqi xəttini itirə bilər. Bu məqalələr mənim üçün maraqlı idi, buna görə onları bir kitab halında toplamışam”, - deyə bəstəkar bildirdi.

   Kitabın tərtibçisi ön sözün müəllifi sənətşünaslıq namizədi Kəmalə Ələsgərli, elmi redaktoru Ülviyyə İmanova, bədii tərtibatçısı Xalq rəssamı Arif Hüseynovdur.

   Xalq şairi Vaqif Səmədoğlu, bəstəkarın şagirdləri həmkarları bu kitabın çapdan çıxması münasibətilə Xəyyam Mirzəzadəni təbrik etdilər.

  

   Təranə Vahid

 

    Mədəniyyət.- 2011.- 14 yanvar.- S. 4.