Azərbaycanda
20 Yanvar faciəsi” Küveytdə bu adda jurnal nəşr
edilib
Azərbaycanın Küveytdəki
səfirliyinin təşəbbüsü
və dəstəyi ilə “Azərbaycanda 20 Yanvar faciəsi” adlı jurnal nəşr edilib, həmin hadisələrə
həsr olunan sənədli filmin ərəb dilində DVD-si hazırlanıb.
Jurnalda
1990-cı il yanvarın 19-dan 20-nə keçən
gecə sovet qoşunlarının Azərbaycana
daxil olaraq, zirehli hərbi texnika və silah tətbiq etməklə mülki əhaliyə divan tutması
fotoşəkillər vasitəsilə
oxuculara təqdim olunub.
Nəşrdə ümummilli lider
Heydər Əliyevin faciənin ertəsi günü Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək,
xalqımıza qarşı
törədilmiş vəhşiliyə
qarşı etirazını
bütün dünyaya
bəyan etməsi xüsusi vurğulanır.
Bildirilir
ki, ulu öndər
Heydər Əliyevin iradəsi nəticəsində
20 Yanvar faciəsinə
siyasi qiymət verilib və bu faciəni törədənlərin adları
dünya ictimaiyyətinə
açıqlanıb.
“Azərbaycanda
20 Yanvar faciəsi” jurnalı və DVD formatında sənədli
film Küveytin rəsmi
qurumlarına, İslam
Mərkəzinə, ölkənin
nüfuzlu ali
təhsil ocaqlarına,
elmi mərkəzlərinə
və kitabxanalarına,
mətbuat orqanlarına
və televiziya kanallarına göndərilib.
Mədəniyyət.- 2011.-
19 yanvar.- S. 9.