Mədəniyyət və
turizm naziri turizm şirkətləri və hotellərin rəhbərləri
ilə işgüzar görüş
keçirib
Azərbaycan
Prezidenti İlham Əliyevin 2011-ci ili “Turizm ili” elan etməsi
ilə əlaqədar yanvarın 18-də mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə fəaliyyət
göstərən turizm şirkəti və hotellərin rəhbərləri
ilə işgüzar görüş keçirib. «Park İnn»
hotelində gerçəkləşən görüşdə
60-dək turizm şirkəti və hotel rəhbəri, eləcə
də Mədəniyyət və Turizm Nazirliyinin Turizm
şöbəsinin əməkdaşları iştirak edib.
Tədbirdə
çıxış edən nazir Əbülfəs Qarayev
2011-ci ilin ölkə başçısı tərəfindən
“Turizm ili” elan edilməsi ilə əlaqədar bütün
turizm ictimaiyyətinin üzərinə böyük vəzifələr
düşdüyünü vurğulayıb. O, turizmin
inkişafında əldə olunan nəticələr, bu sahədə
həyata keçirilən layihələr, zəruri
infrastrukturun yaradılması ilə bağlı fikirlərini
tədbir iştirakçılarının diqqətinə
çatdırıb. Ölkə prezidentinin
tapşırıqlarını əsas tutaraq turizm sektorunda
çalışanları fəal olmağa, Azərbaycan
turizmini beynəlxalq standartlar səviyyəsinə daha
geniş təqdim etməyə çağıran nazir indiyədək
əldə olunan nailiyyətlərlə kifayətlənməyib
bu sahədə hələ də mövcud olan
çatışmazlıqlara diqqət yetirməyi tövsiyə
edib.
Görüşdə, həmçinin
Azərbaycanda 2011-ci ilin “Turizm ili” elan olunması ilə
bağlı həlli vacib olan məsələlər, ilkin tədbirlər
planı müzakirə olunub, nazirliyin Turizm şöbəsinin
və digər strukturlarının, ayrı-ayrı turizm
şirkətlərinin və hotel rəhbərlərinin
qarşısında duran vəzifələr diqqətə
alınıb. Bu sırada turizmin müxtəlif istiqamətlərinin
inkişafı, turizm xidmətlərinin keyfiyyətinin
yaxşılaşdırılması, peşəkar mütəxəssislərin
hazırlanması, viza problemlərinin həlli, regionlarda
turizmin inkişafı, turistlərin tarixi mədəniyyət
abidələrinə aparılması məqsədilə yeni
marşrutların və şəhər turlarının
yaradılması, ölkənin turizm potensialının
reklam-çap məhsulları vasitəsilə daxil və
xarici turizm sərgilərində nümayiş etdirilməsi, sərgilərdə
turizm şirkətlərinin və hotellərin aktiv
iştirakı, onların Mədəniyyət və Turizm Nazirliyi
ilə yaxından əməkdaşlıq etməsi, daxili
turizm sərgilərinin əhatə dairəsinin genişləndirilməsi
və s. məsələlər vurğulanıb.
Eyni zamanda tədbirdə Azərbaycanda
turizmin qeyri-neft sektoru olaraq respublika iqtisadiyyatında nə
kimi rol oynaya biləcəyi perspektivləri də nəzərdən
keçirilib, “Turizm ili”nin bu sahənin inkişafına təkan
verəcəyi vurğulanıb.
Sonra turizm şirkətləri və
hotel rəhbərləri söz alaraq, mövcud problemlərdən
danışıb, təkliflərlə çıxış
ediblər.
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.-
2011.- 19 yanvar.- S. 3.