«Azərbaycan faciələrinin
təqvimi»
Kitab Klubunun sərgi salonunda Nazim Tapdıqoğlunun «Azərbaycan
faciələrinin təqvimi» adlı kitabının təqdimatı
keçirildi.
Təqdimatda çıxış
edən Kitab Klubunun rəhbəri Elxan Rzayev kitabın əhəmiyyətindən
danışaraq, belə nəşrləri xaricdə də
tanıtdırmağın vacibliyini vurğuladı: «Kitabda
başı tarixən min bir bəlalar çəkmiş Azərbaycanın
ayrı-ayrı illərdə üzləşdiyi fəlakət
və faciələrin təqvim tarixləri toplanıb”.
Daha sonra çıxış edən
müəllif isə kitabda yer alan təqvimlərin tarixindən
danışıb: «Kitab faciəli, eyni zamanda dəyərli
tarixi keçmişimizi əks etdirən sistemli nəşrdir.
Hər təqvim gününün Azərbaycan xalqı
üçün faciəli xarakter
daşıdığını sübut etməyə
çalışmışam».
Qeyd edək ki, N.Tapdıqoğlu Zəngilan,
Füzuli, Qubadlı, Xocalı, Laçın, Borçalı,
Kəlbəcər, Kürdəmir, Saatlı, Şuşa,
Sabirabad, Göyçay, İmişli, Cəbrayıl, Ucar,
Şəmkir, Neftçala, Zərdab, Xocavənd, Ağdam,
Ağcabədi rayon və şəhərlərinin
toponimiyasına aid kitabların müəllifidir.
Gülər
Mədəniyyət.- 2011.- 26
yanvar.- S. 23.