Bölgələrdə
mədəniyyətin inkişafı
daim diqqət mərkəzindədir
Azəri
Əhmədzadə,
Mədəniyyət
və Turizm Nazirliyi Regionlarla iş sektorunun müdiri
Ötən
beş ildə Mədəniyyət və Turizm Nazirliyinin
prioritet fəaliyyət istiqamətlərindən biri də
bölgələrlə bağlı olmuşdur. Bu müddətdə
regionlarda mədəniyyət və turizmin inkişafına
xüsusi diqqət yetirilmiş, bir çox maraqlı layihələr
həyata keçirilmişdir.
Regionlarla iş barədə
danışarkən yerlərdə gənc nəslin mədəni
tərbiyəsi sahəsində görülən işləri,
uşaq və yeniyetmə ifaçıların iştirakı
ilə müxtəlif müsabiqələrin keçirilməsini
ayrıca qeyd etmək lazımdır. 2006, 2008 və 2010-cu illərdə
Astara şəhərində Uşaq muğam
ifaçılarının III, IV və V respublika müsabiqələri
keçirilmişdir. 2008-ci ildə Sumqayıt, Xırdalan,
Şəki şəhərlərində və Şamaxı,
Qəbələ, Balakən rayonlarında, 2010-cu ildə isə
Lənkəran şəhərində, Lerik, Yardımlı, Cəlilabad
və Biləsuvar rayonlarında müsabiqə qaliblərinin
konsertləri təşkil olunmuşdur. Həmin illərdə
Gənc aşıqların Aşıq Şəmşir
adına III, IV və V respublika müsabiqələri gerçəkləşmiş,
Bakı şəhərində R.Behbudov adına Mahnı
Teatrında və Gəncə Dövlət Dram Teatrında
müsabiqə qaliblərinin təltif olunma mərasimləri və
onların iştirakı ilə konsertlər
keçirilmişdir.
Ötən müddət ərzində
nazirliyin rəhbər işçiləri Şəki, Quba,
Qusar, Gədəbəy, Sabirabad, Lerik, Balakən, Astara,
Zaqatala, Qax rayonlarında kənd mədəniyyət
işçiləri ilə görüşlər
keçirmiş, onlara müvafiq tövsiyələr
vermişlər. Bundan əlavə, Ağsu, Göyçay, Qəbələ,
Ağdaş, Quba, Xaçmaz, Mingəçevir, Yevlax, Salyan və
Neftçala şəhərlərində yazıçı,
şair, bəstəkar, incəsənət ustalarının
yerli əhali ilə görüşləri gerçəkləşmişdir.
* * *
Hər il mütəmadi olaraq Novruz
bayramı, Milli Qurtuluş günü, Ramazan bayramı, Qurban
bayramı, Yeni il bayramı ərəfəsində Salyan
rayonunda müvəqqəti məskunlaşmış məcburi
köçkün ailələri ilə rayon mədəniyyət
evində görüşlər keçirilmiş, onlara ərzaq
yardımı paylanmış və konsert proqramları təşkil
olunmuşdur.
2006-cı ilin avqustunda Baş
nazirin müavini Əli Həsənovun və müvafiq
rayonların İcra Hakimiyyəti
başçılarının iştirakı ilə «Ərazisi
müvəqqəti işğal olunmuş rayonların mədəniyyət
sahəsində problemləri» mövzusunda keçirilmiş
müşavirənin tövsiyələrinə, habelə həmin
rayonların İcra Hakimiyyətlərinin təqdim etdikləri
təkliflərə əsasən «Ərazisi müvəqqəti
işğal olunmuş rayonların mədəniyyət müəssisələrinin
inkişafı, onların fəaliyyətinin
yaxşılaşdırılması üzrə tədbirlər
planı» hazırlanmışdır.
Həmin ilin noyabrında Salyan
rayonunda Şirvan şəhər, Hacıqabul, Neftçala,
Salyan, Sabirabad, Biləsuvar, Saatlı, Beyləqan və
İmişli Rayon Mədəniyyət və Turizm şöbələrinin
iştirakı ilə zona müşavirəsi
keçirilmişdir.
* * *
2007-ci ildə Salyan və Şirvan
şəhərlərində, 2009-cu ildə isə Mingəçevir
və Yevlax şəhərlərində milli musiqi alətləri
ifaçılarının respublika müsabiqələri təşkil
olunmuşdur. Həmin ilin aprelində Şamaxı rayonunda
Ağdaş, Göyçay, İsmayıllı, Ağsu və
Şamaxı, may ayında Şəkidə Şəki şəhər,
Balakən, Zaqatala, Qax, Oğuz və Qəbələ rayon mədəniyyət
və turizm şöbələrinin iştirakı ilə zona
müşavirəsi keçirilmişdir. 2007-ci ilin iyununda
Şəkidə «Sənətkarlar günü» tədbiri təşkil
edilmişdir.
Həmin ildə daha bir maraqlı tədbir
Sloveniya Respublikasının Novo Qoritsa şəhərində
Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin
büstünün ucaldılması olmuşdur. Eyni ildə
Rusiya Federasiyasının Taqanroq şəhərində
keçirilmiş MDB və Baltikyanı ölkələrin VII
Beynəlxalq “Sodrujestvo” Festivalında Şəki şəhər
mədəniyyət evinin «Zirvə» xalq instrumental ansamblı və
xalq sənətkarlarından ibarət 20 nəfərlik
nümayəndə heyətinin, habelə Acarıstan Muxtar
Respublikasının Kobuleti şəhərində
«Kobuleti-2007» adlı gürcü xalq mahnı və rəqsləri
festival-müsabiqəsində Qax-İngiloy kənd mədəniyyət
evinin «İmedi» rəqs kollektivinin iştirakı təmin
edilmişdir.
* * *
2008-ci ildə Xaçmaz rayonunda
yeni yaradılmış Rəsm Qalereyasının
ekspozisiyasının zənginləşdirilməsi məqsədilə
28 ədəd rəsm əsəri Xaçmaz şəhərinə
göndərilmişdir. Həmin ilin avqustunda İsveçrənin
Bazel şəhərində yerləşən İncəsənət
Xidmətləri təşkilatının rəhbəri Yurrian
Kooimanın İsmayıllı, Qəbələ, Şəki
və Qax rayonlarına səfəri təşkil edilmişdir.
Sentyabrda isə cəbhə bölgələrində yerləşən
hərbi hissələrə və qaçqın şəhərciklərində
yaşayan əhaliyə mədəni xidmət işini
gücləndirmək məqsədilə Bərdə, Tərtər,
Ağdam və Füzuli rayonlarında konsertlər
verilmişdir. Oktyabr ayında Qəbələ rayonunda rəssamlıq
simpoziumu keçirilmiş, Qəbələ Rayon Dövlət
Rəsm Qalereyasının ekspozisiyasının zənginləşdirilməsi
məqsədilə 12 rəsm əsəri alınaraq bu müəssisəyə
əvəzsiz olaraq verilmişdir.
«Elektron hökumət» Dövlət
Proqramının icrasına hazırlıq məqsədilə
2008-ci ildə Xaçmaz şəhərində Xaçmaz,
Quba, Qusar, Dəvəçi, Siyəzən, Xızı və
Abşeron; Şəki şəhərində Şəki,
Zaqatala, Qax, Qəbələ, Oğuz, Balakən, İsmayıllı,
Şamaxı, Qobustan, Ağdaş, Ağsu, Kürdəmir,
Ucar və Zərdab, 2009-cu ildə Lənkəran şəhərində
Lənkəran şəhər, Astara, Masallı, Cəlilabad,
Lerik, Yardımlı rayon; Gəncə şəhərində
Gəncə, Yevlax, Naftalan şəhər, Ağstafa, Qazax,
Daşkəsən, Tovuz, Şəmkir, Gədəbəy,
Göygöl, Samux rayon mədəniyyət və turizm
şöbə müdirlərinin və müəssisə rəhbərlərinin
iştirakı ilə seminar təşkil edilmişdir.
2008-ci ildə Füzuli, Ağcabədi,
2009-cu ildə Salyan, Biləsuvar, Beyləqan, 2010-cu ildə isə
Bərdə, Tərtər, Ağdam, Füzuli rayonlarında və
Ağcabədi rayonu Taxtakörpü qəsəbəsində
məskunlaşmış qaçqın və məcburi
köçkün ailələri üçün “Qış
nağılı” adlı bayram şənlikləri gerçəkləşmişdir.
Hər il martın 20-də Bakı
şəhərində keçirilən «Novruz» bayramı
şənliklərində regionlarda fəaliyyət göstərən
şəhər və rayon folklor kollektivlərinin də
iştirakı təmin edilmişdir.
* * *
2009-cu ilin aprel ayında Lənkəran
şəhər, Astara, Masallı, Cəlilabad, Lerik,
Yardımlı , iyun ayında Gəncə şəhərində
Gəncə şəhər, Ağstafa, Qazax, Tovuz, Şəmkir,
Gədəbəy, Göygöl, Samux rayon mədəniyyət
və turizm idarələri və şöbələrinin, mədəniyyət
müəssisələrinin fəaliyyəti nazirliyin səyyar
kollegiya iclaslarında müzakirə edilmişdir.
Həmin ilin iyununda respublikanın
şəhər və rayonlarında «Yaşadığım
dünya» adlı əlillərin yaradıcı aksiyası və
«İstedadlı uşaqlar» Proqramı çərçivəsində
respublikanın şəhər və rayonlarında sərgilər,
ədəbi-bədii gecələr, müsabiqələr,
konsertlər keçirilmişdir. İyunda həmçinin
«Doğma diyar uşaqların gözü ilə» adlı foto və
rəsm festivalı çərçivəsində Quba, Qusar,
Xaçmaz, Dəvəçi, Siyəzən, Xızı
rayonlarında tədbirlər keçirilmiş, Qubada
seçilmiş foto və rəsm əsərlərindən
ibarət sərgi təşkil edilmişdir. İyulda Şəkidə
Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Lənkəran
şəhər, Abşeron, Qax, Quba, Qəbələ,
Xaçmaz rayonlarında təşkil olunan rəsm müsabiqəsi
qaliblərinin iştirakı ilə rəssamlıq simpoziumu
yaddaqalan hadisələrindən olmuşdur.
2009-cu ilin oktyabrında Bərdə
şəhərində «İstedadlı uşaqlar»ın
muğam, mahnı ifaçılığı, aşıq
musiqisi, instrumental ifaçılıq üzrə respublika
müsabiqəsi qaliblərinin yekun konserti təşkil
edilmişdir. Noyabrda Yevlax şəhərində «Azərbaycanım
mənim» respublika vətənpərvərlik mahnıları
ifaçılarının müsabiqəsinin yekun turu
keçirilmişdir.
* * *
2010-cu ilin fevralında Xırdalan,
Masallı, Mingəçevir və Zaqatala şəhərlərində
zonalar üzrə özfəaliyyət rəqs kollektivlərinin
«Çal, oyna - 2010» respublika baxış-müsabiqəsi
keçirilmişdir. Mart ayında Beyləqan, Biləsuvar və
Salyan rayonlarında yerləşən qaçqın şəhərciklərində
incəsənət ustalarının iştirakı ilə
Novruz şənlikləri gerçəkləşmişdir. Apreldə
“Yeni adlar” ədəbi gənclərin ümumrespublika
müsabiqəsi keçirilmiş, şeir və nəsr
nominasiyaları üzrə 10 nəfər gənc qalib elan
olunmuşdur. Şamaxı şəhərində müsabiqə
qaliblərinin təltif olunma mərasimi və ədəbi-bədii
gecə təşkil edilmişdir.
Rusiya Federasiyası Dağıstan
Respublikasının “Ləzginka” Dövlət Akademik Əməkdar
Rəqs Ansamblının 2010-cu ilin mayında Qəbələ
və Xaçmaz rayonlarında konsertləri əhali tərəfindən
maraqla qarşılanmışdır.
İyunda Qaxda, iyulda
Şamaxıda, oktyabrda isə Qusarda rəssamların
yaradıcılıq emalatxanaları təşkil
olunmuşdur. Ötən il həmçinin “Azərbaycan rəqs
geyimi” albomu hazırlanmış və 500 nüsxə tirajla nəşr
edilmişdir.
Mədəniyyət.-
2011.- 26 yanvar.- S. 17.