Son beş il Azərbaycan kinosunun inkişafında
mühüm uğurlarla yadda qalıb
Cəmil
Quliyev,
Azərbaycan
Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət
xadimi
Mədəniyyət və Turizm
Nazirliyi yarandığı gündən Azərbaycan kinosunun
inkişafı istiqamətində çox böyük işlər
görüb. Ölkə prezidenti möhtərəm İlham Əliyev
cənablarının kino ilə bağlı
imzaladığı iki mühüm sərəncam Azərbaycan
kinosunun inkişafına təkan verdi və Mədəniyyət
və Turizm Nazirliyi də bu mühüm sərəncamları
əldə rəhbər tutaraq, çox səmərəli fəaliyyətə
başladı.
Bu illər ərzində Dövlət
Film Fondunun yeni binası tikilib istifadəyə verildi, binaya
müasir avadanlıqlar gətirildi. Bu gün “Nizami”
kinoteatrının əsaslı təmiri, “Azərbaycanfilim”
kinostudiyasının maddi-texniki bazasının yaxşılaşdırılması
istiqamətində böyük işlər görülür.
Təbii ki, bu beş il ərzində
çoxlu filmlər çəkilib. Ötən il 10 bədii film çəkilib.
Hətta sovetlər dövründə belə, bir il ərzində
Azərbaycanda bu sayda film çəkilmirdi.
Bu gün Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan kinosuna gənclər
gəlir, onlar filmlərin çəkilişlərinə cəlb
olunur, beynəlxalq festivallarda iştirak edirlər. Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi ilə həyata
keçirilən “Bu meydan, bu ekran” layihəsi çərçivəsində
gənc ssenaristlər, gənc rejissorlar, gənc aktyorlar,
operatorlar ilk addımlarını atıb qısametrajlı
filmlər çəkirlər.
Mədəniyyət və Turizm
Nazirliyi beş illik fəaliyyəti dövründə sənədli
filmin inkişafına böyük diqqət yetirib. “Yaddaş”
və “Salnamə” dövlət sənədli film studiyaları
çox aktiv, səmərəli fəaliyyət göstərir.
“Debüt” studiyası yenidən bərpa olunub. Hazırda
nazirliyin dəstəyi ilə Azərbaycanda cizgi filmləri
çəkilir və bu cizgi filmlərinin çəkilməsi
üçün ölkəmizə müasir texnologiyalar gətirilir.
“Azanfilm” studiyası səmərəli
fəaliyyət göstərir. Son beş ildə Azərbaycanda
“Hökmdarın taleyi”, “Cavid ömrü”, “Cavad xan” tarixi filmləri
çəkilib, hazırda tarixi mövzuda yeni layihələr
həyata keçirilir.
Mədəniyyət və Turizm
Nazirliyinin dəstəyi ilə Azərbaycan filmləri bir
çox ölkələrdə nümayiş olunub, beynəlxalq
festivallarda iştirak edib. Bu gün nazirlik kinofilmlərin
istehsalatına başqa ölkələrdən mütəxəssislər
cəlb edir, artıq Rusiya, Gürcüstan, Türkiyə ilə
müştərək filmlər çəkilir. Eyni zamanda
qeyd eləmək istəyirəm ki, regionlarda da kinonun
inkişafı, kinoteatrların tikilməsi, kino şəbəkəsinin
yaradılması ilə bağlı çox böyük
işlər görülür. Bütün bunlar sübut edir
ki, Mədəniyyət və Turizm Nazirliyi beş il ərzində
Azərbaycan kinosu sahəsində çox mühüm
addımlar atmışdır.
Xamis
Muradov,
“Azərbaycanfilm”
Dövlət Kinostudiyasının direktoru, Xalq artisti
Beş illik fəaliyyəti
dövründə Mədəniyyət və Turizm Nazirliyinin
kinomuza diqqət və qayğısı bir çox işlərdə
özünü göstərib. Azərbaycan kinosunda
yaradıcılıq nöqteyi-nəzərdən filmlərin
sayı çoxalıb. Son illər istehsalata buraxılan filmlərin
sayı artır. Gənc nəslə daha çox
üstünlük verilir, gənclərin kinoya axını
artıb. Yeni gələn nəsil məhz Mədəniyyət
və Turizm Nazirliyinin göstərdiyi bu qayğı sayəsində
uğurlara imza atırlar. Azərbaycan kinosunun inkişafı
ilə bağlı prezidentin imzaladığı sərəncamlar
kinoya olan qayğıdan irəli gəlir və bu bizi çox
sevindirir. Bu sərəncamlar Azərbaycan kinosunda
sıçrayış olacağına böyük ümid
verir. “Azərbaycanfilm” kinostudiyasının əsaslı təmiri
məni ən çox sevindirən məsələlərdən
biridir. Bu qayğı və diqqətə görə möhtərəm
prezidentə, mədəniyyət və turizm nazirinə təşəkkürümü
bildirirəm.
Oqtay Mirqasımov,
kinorejissor, Xalq artisti
Mədəniyyət və Turizm
Nazirliyinin beşillik fəaliyyəti geniş hadisələrlə
yaddaşımda qalıb. Kinoya aid keçirilən tədbir və
yenilikləri müsbət hal kimi qiymətləndirirəm. Düşünürəm
ki, Mədəniyyət və Turizm Nazirliyinin son illərdə
apardığı siyasət doğrudur və irəli
sürülən təşəbbüslər mədəniyyətimizə
olan qayğının göstəricisidir. Bu illər ərzində
beynəlxalq əlaqələrin qurulması da böyük
uğurdur. Çünki kino elə bir sahədir ki, mütləq
əlaqələr qurulmalı, təbliğ edilməlidir. Bunu
dünya praktikası da göstərir ki, beynəlxalq əlaqələr
nəticəsində nailiyyətlər qazanmaq
mümkündür. Bu yaxınlarda dünya kinosunun məşhur
simalarından olan Jerar Depardyenin ölkəyə gəlməsi
və onunla Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
aparılan danışıqlar dünya kinosuna aparan bir
cığırdır. İstehsalata buraxılan filmlər,
xarici ölkələrlə əməkdaşlıq, birgə
layihələr - bütün bunlar çox müsbət
haldır. Həmçinin mədəniyyətin başqa sahələrində
bu inkişafı görmək mümkündür. Muzeylərdə
də görülən peşəkar işlər göz
önündədir. Sənət adamlarına maddi və mənəvi
diqqəti də doğru qiymətləndirirəm. Mədəniyyət
və Turizm Nazirliyinə növbəti illərdə daha
böyük uğurlar diləyirəm.
Mədəniyyət.-
2011.- 28 yanvar.- S. 13.