Ötən illər ərzində mədəniyyət sahəsində böyük layihələrin şahidi olmuşuq

 

   Səyavuş Kərimi,

   Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti

  

   Mədəniyyət Turizm Nazirliyi ilə çox sıx bağlı insanam. Ötən illər ərzində mədəniyyət sahəsində çox böyük bir irəliləyişlərin, həyata keçirilən maraqlı layihələrin, mühüm tədbirlərin şahidi olmuşam. Bütün bunlar Azərbaycan mədəniyyətinin inkişafı, mədəniyyətimizin dünyada daha geniş təbliği tanıdılması üçün görülən işlərdir.

   Ölkəmizin hüdudlarından kənarda Azərbaycan mədəniyyətinin layiqincə təqdim olunması sahəsində əldə olunan uğurlar bunun bariz göstəricisidir.

   Mədəniyyətlə yanaşı, ölkəmizin turizm sahəsində geniş inkişaf perspektivləri var. Bu sahədə ötən müddətdə görülən işlər, Azərbaycanın regionlarında, müxtəlif gözəl guşələrində yeni turizm infrastrukturunun, istirahət mərkəzlərinin, otellərin, turizmə aid digər obyektlərin yaradılmasını görürük. Düşünürəm ki, bu, daha böyük işlərin başlanğıcıdır. 5 il hələ çox az bir zamandır. Bu az zamanda belə böyük nailiyyətlərin əldə olunması Mədəniyyət Turizm Nazirliyinin rəhbərliyindən sıravi işçisinədək bütün insanların öz işlərində necə səy göstərməsinin nəticəsidir. İnanıram ki, bu siyasətin çox yüksək səviyyədə davamı olacaq. Çünki bizi dünyada tanıtdıran çox dərin möhtəşəm mədəniyyətimiz var.

   Azərbaycanı dünyada zəngin mədəniyyəti, eyni zamanda, təbii gözəllikləri

 

 

   Mədəniyyət.- 2011.- 28 yanvar.- S. 9.