Fəaliyyətimizə verilən qiymət Mədəniyyət və Turizm Nazirliyinin cəmiyyətdə nüfuzunun göstəricisidir

 

     Fikrət Babayev, Mədəniyyət Turizm Nazirliyi Mədəniyyət siyasəti şöbəsinin müdiri, 2010-cu ildə ölkə başçısı tərəfindən «Dövlət qulluğunda fərqlənməyə görə» medalına layiq görülüb

 

      - Uzun illər dövlət qulluğunda işləyən bir insan kimi Mədəniyyət Turizm Nazirliyinin 5 illik fəaliyyətini çox gərgin səmərəli bir dövr kimi qiymətləndirirəm. Mədəniyyət turizm sahələrinin bir qurumda birləşdirilməsində məqsəd ondan ibarət idi ki, turizmlə mədəniyyətin resursları bir araya gətirilsin Azərbaycanda adıçəkilən sahələrin inkişafına bir təkan verilsin. Son 5 il ərzində ölkə prezidenti mədəniyyət sahəsi ilə bağlı onlarla sərəncam imzalayıb. Ölkəmizdə kitabxana sahəsinin inkişaf etdirilməsi məqsədilə böyük Dövlət Proqramı təsdiqlənib. Kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması, kitabların latın qrafikası ilə çap edilməsinə dair bir neçə sərəncam var. Bu sənədlərin qəbulu ilə Azərbaycanda kitabxana sahəsi uzun illər mövcud olan böhrandan artıq çıxır.

   Eləcə muzey sahəsində qəbul edilən proqramlar nəticəsində son illər bu sahənin inkişafında bir sıçrayış baş verib. İncəsənət Muzeyinin binasının təmiri, Müasir İncəsənət Muzeyinin fəaliyyətə başlaması, Azərbaycan Xalçası Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin yeni binasının tikintisi, bölgələrdə onlarla muzeyin yaradılması bu sahədəki sürətli inkişafdan xəbər verir.

   Qeyri-maddi mədəni irs sahəsində də xeyli işlər görülüb. Nazirlik tərəfindən Azərbaycanda 2011-2020-ci illərdə qeyri-maddi irs sahəsinin inkişafına dair Dövlət Proqramının layihəsi hazırlanıb və müvafiq orqanlara təqdim edilib. Yaxın vaxtlarda yəqin ki, bu proqram da qəbul ediləcəkqeyri-maddi irs sahəsinin inkişafına zəmin yaradacaq.

   Son illər Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın dəstəyi ilə Azərbaycan aşıq sənətinin, xalçaçılıq sənətinin və Novruz bayramının UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi çox mühüm hadisələrdir.

   Mədəniyyət və Turizm Nazirliyinin apardığı uğurlu siyasət nəticəsində son illər aşıq sənətinin inkişafında bir dirçəliş hiss edilir. Ötən ilin oktyabrında Heydər Əliyev Fondunun dəstəyi nazirliyin təşkilatçılığı ilə Azərbaycanda 1-ci Beynəlxalq Aşıq Festivalının keçirilməsi bu sahənin inkişafına bir təkan oldu. Ümumiyyətlə, nazirlik ötən müddətdə mədəniyyətin bütün sahələrinə, eyni zamanda turizmin inkişafına böyük diqqət ayırıb, bu istiqamətdə mümkün olan vasitələrdən istifadə edib. Mən bu çətin və məsuliyyətli işdə nazirliyimizin bütün kollektivinə tükənməz enerji, müvəffəqiyyətlər arzulayıram.

  

     Şərqiyyə Hüseynova, Mədəniyyət Turizm Nazirliyi Ümumi şöbəsinin müdir müavini, 2010-cu ildə 3-cü dərəcəli «Vətənə xidmətə görə» ordeni ilə təltif olunub

  

   - 53 ildən çoxdur ki, bu işdə çalışıram. Bunun 18 ili mədəniyyət sahəsinə aiddir. Bəzən mənə sual verirlər ki, sənədlərlə, kağızlarla işləmək sizi bezdirmirmi. Deyirəm ki, mən öz işimdən həzz alıram. Kağızlarla işləmək nəinki məni bezdirmir, hətta etiraf edim ki, vaxtım bitəndən sonra da yarımçıq sənədləri yazıb tamamlamamış evə getmirəm. Bu mənə çox doğmadır. Bakı Dövlət Universitetinin biologiya fakültəsini bitirsəm də, ilk gündən bu sahədə çalışmağa başlamışam. O vaxtdan da işimi dəyişməmişəm. Çalışıram sənədləri qaydasında saxlayım ki, məndən sonra işləyənlər çətinlik çəkməsinlər. Xarici ölkələrdən gələn məktublar, prezident sərəncamları, ümumiyyətlə, Mədəniyyət və Turizm Nazirliyinə ünvanlanan bütün sənədlər ilk olaraq bizim şöbəyə gəlir. İşimlə əlaqədar olaraq bəzən xarici ölkələrə gedirəm. Orada treninqlərdə iştirak edirəm. Yəni sadəcə bildiklərimizlə kifayətlənmirik, çalışırıq ki, bu sahədə əldə etdiklərimizi təkmilləşdirək, yeniliklərlə tanış olaq. Düşünürəm ki, ancaq bu halda insan öz işində irəliləyiş əldə edə bilər.

   Çoxillik zəhmətimin bəhrəsi olaraq ötən il ölkə başçısının sərəncamı ilə 3-cü dərəcəli «Vətənə xidmətə görə» ordeni ilə təltif olundum. Əməyimə verilən bu yüksək qiymət məni çox təsirləndirdi. İnsan əməyinə qiymət verildiyini görəndə yeni enerjı alır, öz işinə daha sıx bağlanır.

      

   Zöhrə Əliyeva, Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi, filologiya elmləri namizədi, KİVDF-nin Müşahidə Şurasının üzvü, Əməkdar mədəniyyət işçisi:

     

   - Hələ jurnalist olaraq televiziyada çalışarkən respublikanın mədəni həyatının mənzərəsi, buradakı təmayüllər mənə çox aydın, mədəniyyət və sənət xadimlərimiz isə çox yaxşı tanış idi. İxtisasca filoloq olmağım isə bu sahədə çalışmağım üçün daha da sağlam zəmin yaradırdı. Bu günün prizmasından baxanda görürəm ki, bədii jurnalistikanın bütün cəhdlərinə baxmayaraq, yenə də bu sahənin dolğun və peşəkarcasına işıqlanmasına böyük ehtiyac var idi. Hələ onu demirəm ki, xəbər jurnalistikasında da mədəniyyət sahəsində ixtisaslaşmaya böyük ehtiyac var. Əslində bu ehtiyac həmişə olacaq, çünki zəngin Azərbaycan mədəniyyəti həm alimlər, həm də jurnalistlər üçün tükənməz bir mövzu mənbəyidir, üstəlik, yüksək bilik həssas yanaşma tələb edir. Ötən beş ildə MədəniyyətTurizm Nazirliyi olaraq biz mediaya, eləcə də bütün cəmiyyətə qədər maraqlı mövzular təqdim etdiyimizin fərqindəyik. Bu gün mədəniyyət sahəsindəki təbliğat işlərinin səviyyəsi əvvəlki illərlə müqayisəyə belə gəlməz. Çünki mədəniyyət sahəsində elə əsaslı bir dönüş yaranıb ki, artıq bu prosesi yalnız informativ şəkildə təqdim etmək dünənki gündür.

   Mədəniyyət Turizm Nazirliyi yarandığı gündən, biz, mən həmkarım İntiqam Hümbətov nazirliyin mətbuat katibləri olaraq, işimizi həmbu istiqamətdə qurmağa çalışırıq. Ümumiyyətlə, bir qurum olaraq biz daha aktiv, ictimaiyyətə daha açıq bir instituta çevrildik. Bu məqam mətbuat xidmətinin daha da səmərəli işi üçün imkan yaratdı. Mətbuat katibi müəyyən mənada nazirliyin siması hesab oluna bilər. Biz də çalışırıq ki, vəzifələrimizin öhdəsindən layiqincə gələk. Hesab edirəm ki, elə bu səbəbdən mədəni və ziyalı ictimaiyyətimizin nüfuzunu qazanmışıq, fəaliyyətimiz yüksək dairələrdə də nəzərə alınır və qiymətləndirilir. Mən fəxri ad almağımı, cənab prezident tərəfindən Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasına üzv təyin olunmağımı həm də Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi kimi çalışmağımın nəticəsi hesab edirəm. Bütün bunlar Mədəniyyət Turizm Nazirliyinin, onun rəhbərliyinin ictimaiyyət arasındakı nüfuzunun, yerinin, cəmiyyətə faydasının göstəricisidir. Mətbuat xidməti olaraq, biz demək olar ki, nazirliyimizin yerli beynəlxalq əhəmiyyətli bütün tədbirlərində - mədəniyyət günlərində, turizm sərgilərində, simpoziumlarda, konfranslarda, forumlarda yaxından iştirak edir, analitik və təəssürat yazıları yazır, xarici mətbuatla işləyir, verilişlər hazırlayırıq. Daha kreativ, daha müasir üsullarla işləməyə çalışırıq. Amma qədər təcrübəli, savadlı və s. keyfiyyətlərə malik olsan belə, şəxsi məzmununa, təcrübənə əlavə etmək üçünnqədər mətləb tapılar. Bunu inkar etmək mümkün deyil: yaşadıqca və çalışdıqca öyrənməyə məhkumsan. Yoxsa zaman səni qabaqlayar. Mətbuat isə öndə getməlidir. Demək, mübarizə bu gün var, yarın da, biz onun ən ön sıralarında... Özü də sevə-sevə...

        

   Naidə İsmayılzadə, Mədəniyyət və Turizm Nazirliyi İncəsənət şöbəsinin Teatr sektorunun müdiri, 2010-cu ildə respublika prezidenti tərəfindən «Dövlət qulluğunda fərqlənməyə görə» medalına layiq görülüb

  

   - 20 ildən artıqdır ki, Mədəniyyət Nazirliyi strukturunda, o cümlədən 5 ildir ki, Mədəniyyət və Turizm Nazirliyində çalışıram. Bu illər çox məhsuldar keçib. Bu baxımdan bizim nazirliyin fəaliyyəti həmişə diqqət mərkəzində olur. Son beş ildə işimizin həcmi xeyli artıb. Bu gün böyük fəxarət hissi ilə deyə bilərik ki, biz MədəniyyətTurizm Nazirliyində çalışırıq. Sıravi işçilərdən tutmuş, rəhbərliyə qədər bütün kollektiv çox işgüzar bir komanda yaradıb. Mən də bu komandanın üzvü olduğum üçün özümü xoşbəxt sayıram.

   Bu vaxta qədər Azərbaycan teatrının inkişafı istiqamətində bir çox addımlar atılıb. Bununla belə, bir neçə mühüm faktı xüsusilə qeyd etmək istəyirəm. Bunlardan birincisi 2006-cı ildə qəbul edilən «Teatr teatr fəaliyyəti haqqında» qanundur. O zaman hətta bir çox Avropa və MDB ölkələrində belə bir qanun qəbul olunmamışdı. Digər sənəd isə dövlət başçısı tərəfindən təsdiq edilən “2009-2019-cu illərdə Azərbaycan teatrının inkişafına dair Dövlət Proqramı”dır. Bu çox önəmli bir sənəddir. Teatrla bağlı ötən müddətdə görülən və gələcəkdə də həyata keçiriləcək işlərin hamısı bu sənədlə bağlıdır. Dövlət Proqramının qarşıya qoyduğu məsələlər addım-addım öz həllini tapır. Görüləcək işlərimiz isə daha çoxdur. Mən nazirliyimizin bütün kollektivinə uğurlar işlərində nailiyyətlər arzulayıram.

  

   Rafail İmanov, Mədəniyyət və Turizm Nazirliyi Kinematoqrafiya şöbəsinin aparıcı məsləhətçisi, Əməkdar mədəniyyət işçisi

  

   - Ötən beş ildə kino sahəsində də böyük uğurlara imza atılıb. Maraqlı filmlər çəkilib, müxtəlif layihələr həyata keçirilib. Dövlət Film Fondunun maddi-texniki bazası gücləndirilib, Qafqazda hətta MDB-də analoqu olmayan avadanlıqla təmin olunub. Bir çox kinoteatrlarımız təmirdədir. Prokat kinoteatrın olması kino sahəsində irəliləyiş deməkdir.

   Bu illər ərzində kinomuzun müasir texniki avadanlıqlarla təchizi istiqamətində də vacib işlər görülüb. Müxtəlif xarici ölkələrlə bu istiqamətdə əlaqələr qurulub, vəsaitlər gətirilib. Bu sahədə texnologiya gündən-günə yeniləşir və biz bununla ayaqlaşmağa çalışırıq. Məqsədimiz filmlərin ən yeni texnologiyalarla çəkilişinə nail olmaqdır.

   Mədəniyyət və Turizm Nazirliyinin kollektivi mədəniyyətin bütün sahələrinin inkişafı istiqamətində yorulmadan çalışır. Bu işdə nazirliyin bütün kollektivinə uğurlar arzulayıram.

 

 

   Mədəniyyət.- 2011.- 28 yanvar.- S. 8.