Əlimiz
çatmayan Vətən torpağı
Kəlbəcərin
işğalının 19-cu ildönümü ilə
bağlı tədbir keçirildi
Aprelin
2-də Beynəlxalq Mətbuat Mərkəzində
“Aşıq Şəmşir” Mədəniyyət
Ocağı İctimai Birliyi Kəlbəcər rayonunun
işğalının 19-cu ildönümü ilə
bağlı tədbir keçirdi. Tədbiri birliyin nümayəndəsi
Həbib Misirov açaraq Kəlbəcər rayonunun tarixi,
1993-cü ilin 2 aprelində erməni silahlı qüvvələri
tərəfindən işğal edilməsi,
işğalçılar tərəfindən bölgənin
tarixi-mədəni irsinin talan edilməsi barədə
danışdı.
Şair Adil Cəmil qeyd etdi ki, Kəlbəcər
rayonu bu gün işğal altında olsa da, ona coğrafi
olaraq əlimiz çatmasa da, bu torpaq mənən kəlbəcərlilərin
könlündə daimi yaşayır: “Kəlbəcər
nisgili bu bölgənin hər bir yetirməsinin qəlbindədir”.
Şair İlyas Tapdıq qeyd etdi
ki, Kəlbəcər təkcə kəlbəcərlilərə
deyil, bütövlükdə Azərbaycana şəfa
vermiş bir torpaq, əsrarəngiz təbiətə malik yurd
yerimizdir.
Filologiya elmləri üzrə fəlsəfə
doktoru İlham Məmmədli çıxış edərək
bildirdi ki, bu gün dünyanın böyük bir hissəsi
şirin su problemi ilə üz-üzədir: “Azərbaycanda isə
ən böyük şirin su mənbəyi məhz Kəlbəcər
rayonundadır. Bu torpaq yeraltı, istərsə də
yerüstü sərvərləri ilə çox zəngindir”.
Daha sonra ziyalılar Ələmdar
Cabbarlı, Əlövsət Ağalarov, Vəlyəddin
İsmayılov və başqaları çıxış
etdilər. Tədbirdə Kəlbəcərlə bağlı
videoçarx nümayiş etdirildi, rayonun işğal tarixindən
bəhs edən bukletlər təqdim olundu.
Xatırladaq ki, Kəlbəcər
rayonu inzibati ərazi vahidi kimi 1930-cu il avqustun 8-də təşkil
edilmişdi. Əhalisi işğaldan öncə 61 min nəfər
idi. Rayonda 1 şəhər (Kəlbəcər), 1 şəhər
tipli qəsəbə (İstisu) və 128 kənd vardı.
İşğal nəticəsində rayonda 200-dək mədəniyyət
ocağı, 90 məktəbəqədər uşaq müəssisəsi,
115 ümumtəhsil məktəbi, 1 texniki peşə məktəbi,
107 xəstəxana və tibb müəssisəsi
dağıdılıb, onlarla tarixi-mədəniyyət abidəsi,
muzey, "İstisu" sanatoriyası xarabazara
çevrilib.
S.Fərəcov
Mədəniyyət.-
2012.- 4 aprel.- S. 13.