Turizm reklamı kompleks yanaşma tələb edir
Müasir dünyada reklam bir çox sahələrdə,
o cümlədən turizm sektorunda aparıcı rol oynayır.
Ölkəmizin turizm imkanlarının xaricdə
tanıdılmasında reklam mühüm vasitədir. Mütəxəssislərin
fikrincə, dəyişən qlobal turizm mühitində Azərbaycanın
geniş marketinq imkanları mövcuddur.
Reklamın
səmərəsi onun vaxtının düzgün seçilməsindən
asılıdır
Turizm və Ekskursiyalar Şurasının sədr müavini Sabir Rəhimovun sözlərinə görə, turizm sahəsində reklam-informasiya fəaliyyəti iki səviyyədə - dövlət qurumları və kommersiya strukturları tərəfindən aparılır: “Turizmin reklamı kompleks yanaşma tələb edir. Bir çox ölkələr reklam kampaniyasının xüsusi mövzularını işləyib hazırlayır. Məsələn, Almaniya uzun illərdir ki, öz ölkəsini romantik bir diyar kimi reklam edir. İsveçrə bir il qış turizmi ölkəsi, növbəti ildə göllər diyarı və s. kimi özünü reklam edir. Reklam fəaliyyətində məşhur tarixi hadisə və faktlardan, əlamətdar günlərin ildönümü, müxtəlif mədəni hadisələrdən də istifadə olunur”.
Mütəxəssisin dediyinə görə, kütləvi informasiya vasitələri, müxtəlif çap məhsulları, kino və videoreklam, sərgi və yarmarkalar turizmin əsas reklam sahələridir: «Reklamın səmərəsi onun vaxtının düzgün seçilməsindən də asılıdır. Mətbuat səhifələrində vaxtaşırı təkrarlanan çox baha olmayan elanlar birdəfəlik baha elanlardan daha çox fayda verə bilər. Eyni zamanda reklam hazırlanarkən yerli ənənələr nəzərə alınmalı, özəlliklə radio və televiziya efirində gedən reklamlarda etik normalara diqqət verilməlidir”.
Turizm İnstitutunda magistratura
pilləsində reklam
işi ixtisası tədris ediləcək
Azərbaycan Turizm İnstitutunun prorektoru Eldar Aslanova görə, ölkənin çox geniş potensialı, hərtərəfli təbii
imkanları ola
bilər, babalardan bizə zəngin irs də qala
bilər. Amma bu, işin hələ üçdən
biridir. İşin digər üçdən
biri bütün bu imkanları turizm xidməti kimi təqdim edə biləcək kadrların olmasıdır.
İşin qalan üçüncü mühüm
hissəsi isə dünyada səyahət etmək marağında olan insanları düzgün qurulmuş reklam və marketinq strategiyası əsasında ölkəyə
cəlb etməkdir: “Hər il dünyada
1 milyard insan səyahət edir. Biz də çalışmalıyıq
ki, bu insanların
müəyyən bir hissəsini Azərbaycana cəlb edə bilək. Bunun üçün Mədəniyyət
və Turizm Nazirliyi ,
ölkəmizin turizm qurumları tərəfindən
böyük işlər
görülür. Azərbaycanın təmsil olunduğu beynəlxalq turizm sərgilərinin sayı və ekspozisiya sahəsi ilbəil artır. Digər tərəfdən, ölkəmizdə mütəmadi
olaraq beynəlxalq mədəni tədbirlər
keçirilir. Qarşıdan «Eurovision-2012»
beynəlxalq mahnı yarışması gəlir.
Gələn il
oğlanlar arasında
futbol üzrə
«U-16» dünya çempionatı
ölkəmizdə keçiriləcək.
Bu tədbirlər ölkəmizin tanıdılması
istiqamətində aparılan
böyük marketinq və reklam işinin tərkib hissəsidir. Arzu edərdik
ki, bu işdə
dövlət orqanları
ilə bərabər,
ayrı-arı turizm şirkətləri, hotellər
də fəallıq göstərsinlər”.
Prorektor bu ildən ATİ-də magistratura pilləsində reklam işi ixtisasının da tədris ediləcəyini bildirdi: “Təəssüf ki, bakalavr ixtisasları içərisində reklam
işi adlı ixtisas yoxdur. Ali təhsil sahəsində ixtisasların seçilməsi
Nazirlər Kabineti tərəfindən təsdiq
olunmuş «Bakalavrların
ixtisas təsnifatı»na uyğun həyata keçirilir. ATİ də burada
olan ixtisaslara uyğun kadr hazırlığını reallaşdırır.
Təzə təsdiq olunan
magistratura ixtisasları
arasında reklam işi ixtisası var. Mədəniyyət və
turizm naziri Əbülfəs Qarayevin tapşırığına uyğun
olaraq bu ildən bu ixtisas
üzrə magistr hazırlığına başlayacağıq”.
Bu il ölkəmiz
20-dən çox beynəlxalq
sərgidə təmsil
olunacaq
Mədəniyyət və Turizm
Nazirliyi Turizm şöbəsinin Turizmin
marketinqi və təbliğatı sektorunun
müdiri Vüqar Şıxəmmədovun sözlərinə
görə, ölkənin
turizm potensialının
tanıdılmasının əsas yolu bu istiqamətdə düzgün təbliğatın
qurulmasından keçir.
Turizmin reklamı nə qədər sistemli və geniş qurularsa, ölkəyə gələn
turistlərin sayı da bir o qədər
çox olar: “Ölkə daxilində turizm imkanlarının təbliği bu sahədə çalışan
şirkətlər və
regionlarda fəaliyyət
göstərən turizm
obyektləri tərəfindən
həyata keçirilir.
Onların apardığı reklam kampaniyası ilk növbədə yerli vətəndaşlarımıza ünvanlanmış olur.
Mədəniyyət və Turizm
Nazirliyi də bu sahədə müəyyən işlər
görür. Məsələn, mövsümqabağı, mövsüm
zamanı nazirlik tərəfindən insanların
maarifləndirilməsi istiqamətində
müxtəlif tədbirlər
həyata keçirilir».
Azərbaycanın çoxəsrlik mədəniyyətinin, turizm
potensialının xarici
ölkələrdə təbliği
də Mədəniyyət
və Turizm Nazirliyinin prioritet istiqamətlərindən biridir.
Sektor müdiri qeyd etdi ki,
bu səbəbdən də Azərbaycanın turizm potensialı mütəmadi olaraq beynəlxalq turizm sərgilərində nümayiş
olunur, tanınmış
telekanallarda reklam çarxları yerləşdirilir:
«2011-ci ildə Mədəniyyət
və Turizm Nazirliyi ölkəmizi 17 beynəlxalq turizm sərgisində təmsil edib, 2012-ci ildə isə bu sayın
22-yə çatdırılması nəzərdə tutulur. Ötən il
xarici kütləvi informasiya vasitələrində
Azərbaycanın turizm
potensialını əks
etdirən reklam materiallarının yayılmasına
xüsusi önəm verilib. İlk dəfə olaraq Ukraynanın milli telekanalında reklam çarxı, Böyük
Britaniyanın “Voyager” jurnalının
mart, may, sentyabr, oktyabr,
noyabr buraxılışlarında
Azərbaycanın turizm
potensialını əks
etdirən reklam səhifəsi yerləşdirilib.
“ABTA” jurnalında,
Fransanın məşhur
“Le Nouvel Economist” qəzetində
respublikamızın turizm
imkanları haqqında
materiallar verilib.
Hazırda isə Rusiyanın
“Grand Fair” şirkəti tərəfindən
rus dilində Azərbaycan haqqında
“Tomas Kuk” bələdçisi
hazırlanır».
Fəxriyyə Abdullayeva
Mədəniyyət.-
2012.- 6 aprel.- S. 9.