Ölkəmiz
Teatr Tənqidçilərinin Beynəlxalq
Assosiasiyasına üzv qəbul olunub
Akademik Milli Dram Teatrının
direktoru, professor İsrafil İsrafilov, sənətşünaslıq
doktoru, professor Məryəm Əlizadə martın 25-dən
31-dək Polşada keçirilən Teatr Tənqidçilərinin
Beynəlxalq Assosiasiyasının XXVI konqresində iştirak
edib.
Konqresdə Azərbaycan Teatr Tənqidçilərinin
Beynəlxalq Assosiasiyasına üzv qəbul olunub. Qurumun yeni
yaranmış Azərbaycan şöbəsinə rəhbərlik
etmək üçün Məryəm Əlizadənin
üzvlüyü təsdiqlənib.
Konqres çərçivəsində
Azərbaycan teatrşünaslarından ibarət nümayəndə
heyəti Polşanın teatr məkanı ilə daha
yaxından tanış olmaqla yanaşı, bir sıra
mühüm görüşlər keçirib.
Gülər
Mədəniyyət.-
2012.- 6 aprel.- S. 8.