Lənkəran teatrında Baba Rzayevin yubileyi keçirilib

 

   Lənkəran Dövlət Dram Teatrında tanınmış rejissor, Əməkdar incəsənət xadimi Baba Rzayevin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

   Tədbirdə Lənkəran teatrının inkişafında böyük xidmətləri olmuş rejissorun həyat yaradıcılıq yolunu əks etdirən sərgi təqdim edilib.

   Qonaqlar B.Rzayevin ifasında Ü.Hacıbəylinin «Sevgili canan» romansını dinlədikdən sonra rejissorun quruluş verdiyi «Olanlardan, keçənlərdən», «Ölülər», «Pənah xan Cavanşirtamaşalarından parçalara tamaşa ediblər.

   Qeyd edək ki, B.Rzayev Lənkəran Dövlət Dram Teatrında 50-dən çox tamaşada aktyor 75 əsərin quruluşçu rejissoru olub. Sənətkar 1980-ci ildə Moskvada keçirilən «Kütləvi bayram tamaşalar» müsabiqəsində «Qızıl medal»la, 1985-ci ildə SSRİ Mədəniyyət Nazirliyi Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Mərkəzi Komitəsinin mükafatı ilə təltif olunub.

  

 

   G.Abdullayeva

 

   Mədəniyyət.- 2012.- 6 aprel.- S. 3.