Azərbaycanın
turizm imkanları Tiflisdə nümayiş olunub
Aprelin 6-dan 8-dək Gürcüstan
paytaxtı Tiflisdə keçirilən “Caucasus Tourism Fair 2012”
beynəlxalq turizm sərgisində Azərbaycan da təmsil
olunub. Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin
müdiri Aydın İsmiyevin rəhbərlik etdiyi heyətə
şöbənin Turizmin marketinqi və təbliğatı
sektorunun aparıcı məsləhətçisi Leyla
Verdiyeva, Daxili turizmin inkişafı sektorunun məsləhətçisi
Cəmil Kəlbəliyev, Qax Rayon Mədəniyyət və
Turizm Şöbəsinin müdiri Nəzir Omarov və ölkəmizdə
fəaliyyət göstərən “Geo Travel”, “Gilan Tourism”, “Ata
Travel”, “Granit AS Travel”, “Millennium Tourism and Congress DMC” şirkətlərinin
nümayəndələri daxil olub.
Leyla Verdiyevanın sözlərinə
görə, “Caucasus Tourism Fair 2012” sərgisi Mədəniyyət
və Turizm Nazirliyinin bu il iştirak etdiyi sayca 11-ci beynəlxalq
turizm sərgisidir. Azərbaycan Tiflis sərgisinə ikinci dəfə
qatılır. Sərgidə ölkəmizin turizm potensialı
20 kv.m sahədə nümayiş olunub. Ziyarətçilərə
ingilis dilində müxtəlif növ reklam-çap məhsulları
təqdim olunub: “Tiflis sərgisində 200-ə yaxın xarici
şirkət təmsil olunurdu. Yerli turizm qurumlarının və
əhalinin Azərbaycan stendinə də böyük
marağı vardı. Onları xüsusilə ölkəmizin
istirahət mərkəzlərindəki qiymətlər
maraqlandırırdı. Sərgidə iştirak edən turizm
şirkətlərimiz gürcü şirkətləri ilə
əməkdaşlıq müqavilələri imzaladılar».
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.-
2012.- 11 aprel.- S. 5.