Xan Şuşinski adına Respublika Muğam Festivalına yekun vuruldu

 

   Muğam təhsilinin inkişafı, yeni istedadların üzə çıxarılması, şagirdlərə ifaçılıq vərdişlərinin aşılanması məqsədilə Mədəniyyət Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi uşaq musiqi incəsənət məktəbləri şagirdləri arasında Xan Şuşinski adına Respublika Muğam Festivalı keçirib.

  

   Aprelin 11-də Beynəlxalq Muğam Mərkəzində festivala yekun vuruldu. Qeyd edək ki, festivalda Bakı şəhəri respublikanın müxtəlif rayonlarından 200-dən artıq şagird iştirak edib. Onların ifa bacarığı Xalq artisti Aygün Bayramova (sədr), Xalq artisti, Milli Konservatoriyanın baş müəllimi Zabit Nəbizadə Əməkdar artist Gülyaz Məmmədovanın yer aldığı münsiflər heyəti tərəfindən qiymətləndirilib.

   Tədbirdə çıxış edən Elmi-Metodiki Mərkəzin direktoru Vilayət İsmayılov bildirdi ki, bu gün, bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində böyük işlər görülür, incəsənətimiz dünyada geniş təbliğ olunur. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti nəticəsində Azərbaycan muğamı dünya səviyyəsində öz layiqli yerini tutub. Qeyd olundu ki, Xan Şuşinski adına Respublika Muğam Festivalı da muğam sənətimizin inkişafı, təbliği işinə xidmət edir: “Bu festival şagirdlərimiz üçün bir növ böyük müsabiqələrə, festivallara hazırlıq mərhələsidir”.

   Aygün Bayramova öz çıxışında Azərbaycan musiqisinin mükəmməlliyindən danışdı. Keçirilən hər bir festivalın, müsabiqənin gənc ifaçıların həyatında mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı. Tədbirin təşkilinə görə Mədəniyyət Turizm Nazirliyinə təşəkkürünü bildirdi. Zabit Nəbizadə Gülyaz Məmmədova istedadlı uşaqların üzə çıxmasında mühüm əhəmiyyət kəsb edən bu festivalın hər il keçirilməsini arzu etdiklərini bildirdilər.

   Sonra qaliblər təltif olundu. Qaliblərə mükafatları münsiflər heyətinin üzvləri Elmi-Metodiki Mərkəzin direktor müavini Adilxan Bayramov təqdim etdilər.

   Beləliklə, iki qrup üzrə keçirilən festivalın baş mükafatına (Qran-pri) Bakı şəhəri Tofiq Quliyev adına 12 saylı 11 illik uşaq musiqi məktəbinin şagirdi Murad İbrahimov paytaxtın Niyazi adına 22 saylı uşaq musiqi məktəbinin şagirdi Səma Sultanova layiq görüldülər.

   I dərəcəli diplomlarla Mirpaşa Şükürov (Ağdam rayon Cabbar Qaryağdıoğlu adına musiqi məktəbi), Pərviz Ağazadə ( Sumqayıt şəhər Qara Qarayev adına 1 saylı uşaq musiqi məktəbi) Hacıbaba Adurahmanov (Qəbələ rayon uşaq incəsənət məktəbi) təltif olundular. Sonra II III dərəcəli diplomlar sahiblərinə təqdim olundu: Kənan Novruzov (Bərdə), Vəli Vəlizadə (Abşeron), Səbuhi Abdullazadə ( Şirvan), Firuz Həmidov (Gəncə), Əli Hacızadə (Ağdam), Toğrul Məmmədzadə (Abşeron), Əli Eynalov (Bakı), Əziz Əhmədli (Bakı), Aynaz Sultanlı (Oğuz), Mustafa Mustafayev (Mingəçevir), Ruhanə Aslanlı (Ağdam), Mahir Şabanov (Bakı), Maşallah Mirzəliyev (Abşeron), Məsud Eyvazlı (Bakı), Həbibə Məmmədli (Ağstafa), Murad Quliyev (Cəlilabad), Gülnar Ələkbərli (Sumqayıt).

  

 

   Lalə Azəri

 

  Mədəniyyət.- 2012.- 13 aprel.- S. 6.