Milli Kitabxanadan uşaqlara hədiyyə
Aprelin 11-də
Mirzə Fətəli Axundzadə adına Milli
Kitabxana Osman Mirzəyev
adına 190 saylı orta məktəblə
birlikdə Nizami rayonu
1 saylı uşaq evində tədbir keçirdi.
Uşaq evinin gözəl və yaraşıqlı həyəti. Darvazadan içəri daxil olan kimi həyətdə futbol oynayan 12-14 yaşlı 5-6 oğlan məni əhatəyə alaraq “Xanım, siz də uşaqların görüşünə gəlmisiniz? Tədbir hələ başlamayıb. İstəyirsinizsə, sizə akt zalının yolunu göstərək” - dedilər.
Uşaqlarla
bir az söhbət edib akt zalına
qalxıram. Musiqi sədalarından hiss edirəm
ki, içəridə
xoş bir ab-hava var. Uşaq evinin balaca sakinləri
sakitcə əyləşib
gələn qonaqlara baxırdılar. Milli Kitabxananın direktor
müavini Mələk
Hacıyeva isə gətirilən hədiyyələri
sahmana salırdı.
Budur, 190
saylı məktəbin
2 a sinif şagirdləri
öz çıxışlarına
başlayırlar. Uşaq
evinin sakinlərinə
“Cik-Cik xanım“ nağılını kukla teatrı variantında təqdim edirlər. Tamaşanın ərsəyə gəlməsində məktəbin
müəlliməsi Nərgiz
Məmmədovanın əməyini
xüsusi qeyd etmək gərəkdir.
Çünki 8 yaşlı məktəblilərin
istedadlarının üzə
çıxmasında, gələcəkdə
püxtələşib inkişaf
etməsində Nərgiz
müəllimənin rolu
əvəzsizdir.
Tamaşa həm uşaqlar,
həm də tərbiyəçilər tərəfindən
böyük maraqla izlənilirdi. Bundan əlavə,
məktəblilər rəqs
və mahnılar da ifa etdilər.
Hər bir nömrə nümayiş olunduqca sinif rəhbərinin məsuliyyəti, öz şagirdlərinə göstərdiyi
diqqət nəzərdən
qaçmırdı.
Şagirdlərin
maraqlı ifalarından
sonra Mələk Hacıyeva çıxış
edərək dedi: “Çox şadam ki, bugünkü tədbir belə maraqlı keçdi, bizi bu uşaqlara
bir addım da yaxınlaşdırdı.
Milli Kitabxananın müdiriyyəti
adından uşaq evinə hədiyyə olunan kitabları böyük məmnuniyyətlə
sizə təqdim edirik”.
Nərgiz Məmmədova da gül balalara sevinc bəxş edən tədbirdən razılığını bildirdi:
“Bu layihəni həyata
keçirməkdə məqsədimiz
uşaq evlərində
böyüyən balaları
sevindirmək və sinfimdə təhsil alan fəal
şagirdlərin istedadını
üzə çıxarmaqdır.
İnanıram ki, əməkdaşlığımız
davamlı olacaq.
Azərbaycan Dövlət Kukla
Teatrı kuklaları əldə etməyimizdə
bizə kömək oldu. Bu gözəl layihəni həyata keçirməkdə bizə
köməyi olan hər kəsə çox sağ
ol deyirəm”.
Tədbirin sonunda uşaq
evinin sakinlərinə
paylanan kitablar onların sevincinə sevinc qatdı.
Lalə Azəri
Mədəniyyət.-
2012.- 13 aprel.- S. 6.